"Böyük 8-lik"

«Böyük 8-lik»- Tural Əhməd

30705437_2151642484860907_267819381596094464_n
  1. Jurnalist və aktyor – hansının yerində olmasını kiməsə diləməzsiniz? Yəni daha mürəkkəb, təhlükəli işdir?
Dünyada asan sənət yoxdur. Sənətinə sadəcə şərəflə yanaşmaq var. Fərq eləməz jurnalist və ya aktyor. Hər ikisinə şərəflə yanaşsan, sənətinin peşəkarı olarsan. Təəssüf ki, hər iki sənəti ucuzlaşdırıblar. Hərəsinun ayrı-ayrı çətinlikləri var. Aktyorun fərqi ondadır ki, aktyor jurnalistdən tutmuş fəhləyə kimi rola girir.
  1. Bizim paytaxtımızı hansı salata bənzədirsiniz?
Paytaxtımız elə Paytaxt olaraq qalsa, yaxşıdır. Salata bənzəsə, heç yığıb –yığışdırmaq olmaz.
  1. Sizin üçün son hədd nədir?
Mənim üçün son hədd doğmalarımı itirmək və sevdiyim işlə məşğul olmamaq olar.
  1. Gecə qonağının gəlməsinə sevinənsiniz, ya qəzəblənən?
Qonağa həmişə qapım açıqdır) (burada gülür.) Qonağı geri döndərə bilmərəm.
  1. Dünyanız nə vaxt yarım qala bilər?
Dünyam sevdiklərimi itirsəm, yarım qalar. Nələr əldə etsəm də, sevincimi bölüşəcək insanlarım olmayandan sonra o sevinci yaşaya bilmərəm.
  1. Sevgini nifrətə nələr çevirir?
Sevgini nifrətə etinasızlıq, diqqətsizlik, vəfasızlıq, yalan, sədaqətsizlik, ən əsası fikir ayrılıqları və fikirlərə hörmətsiz yanaşmaq çevirir.
  1. Pərdəli yaşamaq, yoxsa pərdəsiz? Nəyi seçirsiniz?
Baxır məqama və məkana. Elə şeylər var ki, pərdəli yaşamaq məcburiyyətindəsən. Elə şeylər də var ki, pərdəyə ehtiyac duymursan.
  1. Qarabağdan və Qarabağa namə yazsanız, ilk və son cümləsi nə olar?
Qarabağ, qara bağına qara bağ bağlayıb, bu qaranlığın açılmağını  gözləyirəm…
P.S. Onu da qeyd edim ki, Tural bəyə verilən suallar onun çəkildiyi filmlərə bir işarədir.

Son hədd (Fitva)(serial, 2012)
Qarabağnamə (film,2013)
Edam məhkumunun son günü (Film, 2013)
Xəlvətdə qalmış müdrik (film, 2014)
Nifrət (serial, 2014)
Paytaxt salatı (serial, 2014)
Hope (film, 2014)
Yarımdünya (film, 2015)
Gecə qonağı (film, 2015) — Mamed
Əli və Nino (film, 2015)
Pərdə (film, 2016) — Zaur

Комментарии