Mənim guşəm-Gündəliyim

Bu gün ilk günümdür...
Xoş gəlmisən bloquma, yeni guşəm...
Səni başqa səhifələrimdən fərqləndirəcəm...
Sən mənə məxsussan...
Mənim günümü özündə saxlayacaqsan...
Bax, silmə ha...
Cümə günü:
Dindarlar və inanclı insanlar virtual aləmdə ancaq "Cüməniz mübarək" kimi paylaşımlar edir. Ona görə xəbər lentinə baxmıram ki, ətim tökülməsin.
Həftə ərzində nə kimi yenilik oldu? Sevgilim ola biləcək subay bir kişiyə "yox"dedim.
Rejimlə yemək və yatmaq rejimimi pozmamağa çalışıram. İşdə isə çətin nail olsam da əsəbləşməməyə çalışıram. İrəliləyiş var...
Bir də İraqda yaşayan türkmanla tanış olmuşam. Öncə Türkiyəyə, sonra Azərbaycana səfər edəcək. Turist kimi əsas vəzifəm ölkəmizi ona sevdirməkdir. Qrup şəklində gəlməyi nəzərdə tutur deyə fikrim var ki, ona rayonlarımızı da göstərim. Başlayacağam Şamaxı, Qəbələ, İsmayıllıdan.
Şənbə günü 3 nəfər dostumla görüş, birinci görüşdə pivələdim, hər mövzuda müzakirələr etdim, ikinci görüşdə dostumun başını yedim, 1 saata qaçdı. Üçüncü görüşdə maraqlı söhbət alındı.
Elə bir adamam ki, şeytan məni görəndə, dabanına tüpürüb qaçır, mən də ardınca qaçıram ki, "sən öl, özüm ölüm, sənlə işim yoxdu, sən ki, Ağdamlı deyilsən".
Bazar günü
Gecə gec yatım səhər tez oyanmışam. Elə haldayam ki, elə bil, qatar keçib üstümdən.
Əvvəl kişilər girişirdi ki, guya xoşuna gəlirik, indi isə onlar kimi kişi və qardaş oluruq. Sonra deyirlər ki, qadınlar məntiqsizdi.
Homoseksual kişi və transseksualları görəndə, yadıma düşür ki, mən də Qadınam. Qadınlıq məktəbidirlər, qadının unutduğu bütün qadınlıq əlamətləri onlarda var... Düşünməyə dəyər, qadınlar!
Dostum zəng etdi ki, sürprizi var, o sürpriz gül və tort idi. Amma elə təəssürat oyandı ki, mənim üçün deyil. Bu təəssüratım axşam o status yazanda, öz təsdiqini tapdı.
Sonra rəfiqəmlə görüşdük, elə maraqlı keçdi ki, evə yatmağa gəldim. Atam məndən öncə gəlib yemək-içmək gətirmişdi. Eşq olsun...
Bazar günü dostum mənim həyat və yaradıcılığımla bağlı fotoşəkillərimdən ibarət video hazırladı. Çox bəyəndim, sürprizləri sevməsəm də, çox gözlənilməz olsa da, çox sevindim.
İşdə iş yoldaşım məzuniyyətə gedir, onun yerinə də işləyirəm. Evə vaxtında gəlir, yemək yeyir, yatıram.
Bir dostumla görüşüb pivə içdik. Gecə evə gec gəlsəm, gec yuxuya getsəm də, rahatlıq tapdım, özümü unutdum deyə. O problemlərindən danışdıqca, özümə şükür etdim.
Çərşənbə axşamı
Hələ ki, işdə problem yoxdur. İşimdə səhv yoxdu.
İşi çatdıra və boş vaxtımda yazı yaza, kitab oxuya bilirəm.
Həftəsonu bayrama görə 4 günümü istirahət və mütaliəyə qurban verəcəyəm.
Şənbə
Qarabağın oyununa getdim fan klubla birgə. Udduq. Əvvəlki kimi aktiv deyiləm.
Çərşənbə axşamı
Bizim medianın iş prinsipi sanki Umberto Ekonun "Sıfırıncı nömrə" əsərindən götürülüb.
İnsanların çoxusu Luzer olsa da, başqalarını Luzer olmaqda ittiham edirlər. Halbuki, ən böyük və ən çox itkilər məhz başqalarını luzer hesab edənlərdə olur.
Bizim yaradıcı insanlarımız istedadları limit çərçivəsində olduğu üçün heç bir zaman dahi ola bilməyəcəklər.
Возраст в сочетании с чувством юмора спасает положение.
В общем, каждый жалуется на свои обстоятельства. У кого что есть, тот на то и жалуется.
Умберто Эко "Нулевой номер"
Indi media xəbərləri deyil, xəbərlər medianı formalaşdırır.
Hansı alma günahkardır? - Nyutonun, Stiv Jobsun, nağıl yazanın, Adəmlə Həvvanın?
Zaman adamı cinsindən asılı olmayaraq maddi durumuna görə 3 yerə bölünür:1. Gəl, səni saxlayım, imkanım yaxşıdır. 2. Gəl, məni saxla, imkanın yaxşıdır. 3. Öz başımı girləyirəm, qəmiş olma.
Cümə axşamı :
Çatana qaçıb çatır, ayaq qoyub yıxır, çatmayanı iri daşlarla daşlayıb yıxır insan övladı.
Əzizlərim, qadın kişinin mazgisini qayırmasa, kişi qadını başqa yerdən qayırmaq istəməz.
Beynim yanmaq əvəzinə işdəki kompüterimin beyni yandı. Şellənirəm. Elə bil oğlum doğulub, atasına göstərmirlər.
Ömrümdə bir dəfə DYP məni piyada kimi 2012-ci ildə cərimələyib, 5 il yarımdan sonra ödəmək istədim. Dedilər, dövlət cərimənizi silib, cəriməniz yoxdur.
Dövlət gördü ki, ödəyən vətəndaş deyiləm, kommunal xidmətlərin xərclərinə belə qənaət edirəm, qalsın ki, 20 manat cərimə ödəyim. Siz də dövləti tənqid edirsiniz. Olmaz belə. Dövlət bağışlayandır Allah kimi...
Cümə
Bir münasibətin arxasında, bir qadının yanında dura bilməyəcəyiniz halda, onunla görüşməyin, onun vaxtını almayın, onu və özünüzü aldatmayın, bu sevgi deyil, sadəcə ötəri maraq, ehtirasdı.
Çatana qaçıb çatır, ayaq qoyub yıxır, çatmayanı iri daşlarla daşlayıb yıxır insan övladı.
Şənbə
Kişi keçmiş, xatirə, olub bitənlərlə yaşayır, qadın isə gələcək arzu, xəyallarla. Ortaq məxrəc-indi ilə yaşayan cütlüklər ayrılmırlar.
-Günel, sən adam deyilsən ki...
- Sənə oxşamışam, geri qalmamağa çalışıram.
Bazar
Ən gözəl və sevilməli mahnını o qədər rastkrutka edirlər ki, adam iyrənir, bezir. Elə bil sovetin kommunist nəzəriyyəsini, millət vəkilinin seçki öncəsi çıxış platformasını camaata yeridirlər.
Belə başa düşdüm ki, mənim oxucularım arasında burdakı dostlarım yoxdu. Çünki yazmaq üçün elə mövzular təklif edirlər ki, o mövzularda dəfələrlə yazı yazmışam. Yaradıcılığım kimə maraqlıdırsa, o ən azı bloq, ən pis halda, googleda axtarış verib tapa bilər. Bir mövzunu dəfələrlə təkrar etmək onu təsdiqləyir ki, oxucu oxuduğunu iddia edib oxumur. Bir yeni, fərqli mövzu təklif etməmək odur ki, oxumursunuz, bilmirsiniz, o mövzuda yazım var, ya yox. Bloqumu özüm üçün yazacağam. Burda paylaşmayacağam. Hər kəs bloq ünvanımı bilir, kimə maraqlıdırsa, ara sıra girib yeniliklərlə tanış ola bilər. P. S. Bir pozitiv mövzu təklifi yoxdur. Hamısı neqativ, Ağlamalı mövzular. Ağlamaq istəyən kiminsə yazısını bəhanə etməsin, bəhanə yoxdursa, bəhanəsiz ağlayın. Mən özümü və oxucularımı neqativə kökləyən deyiləm.
Bazar ertəsi
Yığma komandamızın oyunu. Futbolda ilk sevinci yaşadıq.
Çərşənbə axşamı
İnternetdə kitab yükləmə proqramı, saytlarına baxırsan, hər mövzuda var, yükləyirsən, bizim və Türk qardaşımızın sayt və proqramlarında kitab mövzusu 70% dindir, İmam Əli, Namaz, hədislər və s. Hələ bədii ədəbiyyatdakı bədii, ədəbi tərcümələri lap bərbad vəziyyətdədir, amk. OMG
Cümə axşamı
Çox danışan insanı iki cür susdurmaq olar:1. Ağzının üstünə sillə ilişdirməklə, sevgisiz, neqativ metod. 2. Dodağından gözlənilmədən öpməklə, sevgi dolu, pozitiv metod.
-Günel, mən ölürəm. - Canlı yayım et, görüb əmin olum. - Öl elə... - Ölən sənsən, mən yox.
Sual budur : Qoz qoyummu, qoymayımmı?
Akif Əlinin məntiqi də qeyri-səlisdi. Lütfizadə bizimkilərə baxıb o nəzəriyyəni kəşf edib, real həyata tətbiq edib. Ona görə bu xalq üçün heç nə etməyəsən. Nə yaxşılıq, nə pislik. Zatən çoxluq sənin etdiyində pislik görüb təhqir edəcək. Özü də heç sənə tay ola bilməyəcək insanlar. Adamı bu yandırır. Qoz qoymursan, içində yanırsan, qoz qoyursan, hamı yanır.
Deyəsən, söyüş yiyəsi olacağam.
Baş ölçüsü kiçik ola bilər, əsas içində beyin olsun, beynin çəkisi ağır gəlsin, baş boş olmasın.
Nə xəbərləri bir xəbərdi, nə insanları bir insan, gündəmdə zövqsüz, səviyyəsiz, bambılılıq öndə gedir. Mənim kimi pofiqist, nihilist insan belə bezib, dözmür.
 Çərşənbə axşamı
Денег и комплиментов не может быть слишком много. (Сильвия Чиз)
Əzabkeşlikdə yəhudiləri ötüb keçmişik. Bəlkə bir az yavaşlayaq?!
Ən mükəmməl gördüyümüz iş səhv etməkdir. Eyni səhvi təkrarladıqca, daha çox səhv etdikcə, səhvlərimiz daha da mükəmməl olur.
Belə bir cəmiyyətdə qız övladı doğub bədbəxt edəncə, qız olduğunu bilib bəri başdan abort edib övladın canını qurtarmaq daha məqsədəuyğundur. Zatən onu fiziki cəhətdən zorlayıb öldürə bilməsələr, mənəvi baxımdan zorlayıb öldürəcəklər. Neçə ilini niyə əzab çəkərək yaşasın, yazıq deyilmi?!
Cümə axşamı
Facebuk və vatsappda profil şəklimi dəyişmişəm ki, kontaktında olduğum evli kişilərin xanımları qısqanclıqdan məni bloka atmasın.😂😂😂😂
Medianın sayəsində Natavan Həbibi ərindən hamilə olduğunu öyrəndi.
- Günel, sən bilirsən, nəsən?! - Təxmin edirəm... ERROR, 404 NOT FOUND
Bazar günü
Gəlirlər çox olduqca, xərclər də artır, qənaət etmək olmur, nəfs ac olur. Gəlirlər azaldıqca, xərclər də azalır, qənaət də edirsən, nəfsi də soxursan müvafiq bir yerə, çıxmır, anlayırsan ki, gəlirin çox olanda, lazımsız, istifadə etmədiyin çox şey alıb, bədxərclik etmisən. Mən artıq ayına 150 manatdan çox xərc çəkmədən 1 ay yaşamağı öyrənmişəm, fikrim var, master klass dərsləri keçim.
Dostlara münasibətdə kəmiyyəti yox, keyfiyyəti üstün tuturam deyə, azdılar, amma canımdılar, çox sevirəm onları. Özləri bilir kimi nəzərdə tuturam.
Uşaq vaxtından indiyədək hər dəfə döyüləndə həmişə üzümü tutmuşam, qorumuşam, döyən adamdan xahiş etmişəm ki, üzümə dəyməsin. Üzdən başqa harda göyərti, yara olurdusa, onu gizlətmək olur, üzdən savayı bütün zahiri yaraları gizlətmək olur, gizlədirdim ki, kimsə bilməsin döyüldüyümü. Bilirdim ki, kimsə anlamayacaq, qınayacaq, günahkar məni biləcək. Uşaq vaxtından döyüldüyümü, döyülmə iz və yaralarını, döyənləri də içimdəki yaralar kimi məharətlə gizlətdim. İstəmirdim, kiminsə mənə yazığı gəlsin, kimsə dərdimi bilsin, kimsə zəif bilsin, müzakirə etsin. İndi də həyat döyür hər gün, arsızcasına döyülməkdən həzz alıram, adətkar olmuşam döyülməyə.
Çərşənbə axşamı
İlanın ağına və qarasına lənət düşürsə, Ağdamlının ölüsünə də, dirisinə də rəhmət düşməlidir. Günel sözü
Əjdahayam. Boş vərəq versələr də, orada qanun pozuntusu, saxtakarlıq aşkarlayacağam...😁😁😁
Ayaq üstə ölməyim gəlir...
Cümə axşamı
Bizdə hər şey saxta, qondarmadı, görüntü xətrinədir, tükrçülük də, müsəlmançılıq da. İnsanlarda insanlıq olsaydı, insanlıq xətrinə edərdi hər şeyi, dost və düşmən axtarmazdı. Çünki sevgi və insanlıq sayəsində istənilən düşmən sizin doğma və dostunuz ola bilər.
 İndiki zamanda sən pulu axtarıb tapan kimi pul səndən qaçır...
 
Dar ağacım dardır mənə
Kəsilibdir budaqların...
Dar ağacım çək çarmıxa,
Müqəddəs deyiləm axı...
Qoy asılım şux gövdəndən,
Asılmağa gövdən qalıb...
"Yapma yavrum" deyirsənsə,
Var cavabım:
Dar ağacım, dillənmə sən,
yavrusuyam təbiətin,
sən ağacsan, mənsə insan,
qoy qovuşum torpağa mən...
 
 
Şaxta babamdan yeni ildə pullu layihələr, qonorarlı yazılar, yeni vəzifə və yüksək maaş istəyirəm...
 
Allah dəvəyə, filə qanad vermir ki, uçar, dünyanı viran qoyar, amma insanlara görmədiyi günü göstərib qudurdur.
Bir deistin, ateistin kimisə Allaha tapşırmasından böyük cəza, qarğış ola bilməz. 😁😁😁
 
Azər Qismətlə müzakirə zamanı bir tarixi, elmi araşdırma aparıb, nəticə əldə etdik, kəşf etdik:
Bilirsinizmi, Azıx mağarasında ən qədim sümük qadının çənə sümüyüdür?!
Çünki o vaxtdan qadınlarımız çənə olub çənədən saz olub, çənədən çox istifadə edib. İnsan harasını çox işlədib, orası işlək, saz qalır.
Bilirsinizmi, indiki dövrə niyə kişi sümükləri az gəlib çıxıb ?!
Çünki bütün işi qadın görüb kişilərimiz passiv olub, heç bir yerini işlətməyib.
Nəticə: Azıx mağarasından bu yana heç nə dəyişməyib. Kişilər passiv, qadınlar isə aktivdir😁😁😁😁
 
Bizdə kişilər ya borc içində olur, uğursuz, pulsuz, bədbəxt, məsuliyyətsiz , qeyri-ciddi olur, söz adamı olur, pullu, uğurlu, xoşbəxt, məsuliyyətli, ciddi kişi təəssüratı oyadanın da həyatında bir neçə qadın olur. Ortada qalanı da vəhşi, acgöz, kişi üzünə həsrət qadınlar ora-bura dartır, paylaşa bilmir. Ona görə də hədəfim xarici şirkətdə xaricilərlə işləyib, biri ilə ailə qurub xoşbəxt olmaqdı. Ağlınız olsun, öz kişilərimizi sevməyin 😁
 
Hər şeyə "Allah qoysa" deyəndə, arada dayanın, düşünün, Allahın qoyması üçün mən nə etmişəm, zəhmət çəkmişəm, mübarizə aparmışam, nəsə bir tədbirlər görmüşəm?! Bunları etmədən Allahın üzərinə yıxıb seçimi ona buraxmaq, onun qoyub qoymayacağını gözləmək təsəlli, tənbəllikdir. Siz bunları edin, sonra bəhrə, nəticəsini görün. Allah təkdir, siz ən azı 2 mlrd., hansı birinizin nazıyla oynasın?! Söz yerinə hərəkət edin ki, ona da xoş getsin, qoysun!
 
 
Hər ona salam verən kişiyə potensial ər kimi yanaşan, hər ünsiyyət və görüşdən sonra "alacaqsan məni?" sualını verən qızların aqibəti necə oldu, aldılar onları?
 
Allah ağıl paylayanda, tələsdiyindən, bəzi adamlara ondan "istifadə qaydaları" təlimatını verməyi unudub. Onlar da beləcə ağıl ola-ola istifadə etmirlər...
 
 
- "Acmışam... Yeməyə nə var? Bu günə nə bişirmisən?" sualına "Səni" cavabını vermək istəyirəm... Sadəcə sən Kim sualına cavab verirsən.
2019
Mənim xoşbəxt olmağım üçün sağlamlıq, hüzur, pul və azadlıq kifayət edir. Sevgi isə sağlamlıq, hüzur, pul və azadlıqdan məhrum edir. Ona görə də özümü sevirəm...
Vəzifə və pul insanları kəskin dəyişir. Mən dəyişməmişəmsə, demək ki, ya insan deyiləm, ya da məni dəyişəcək məbləğdə pul və səviyyədə vəzifəm yoxdur. Ən qısa zamanda kəskin dəyişib insan olacağam.
"Mən yalanı sevmirəm" cümləsi "Mən yalan danışmıram" demək deyil. Bu o deməkdir ki, "Mənə yalan danışmasınlar, mən isə yalan danışım." Ən böyük yalan isə bu cümlədədir: "Mən heç vaxt yalan danışmamışam."
Mən özümdən yazım, sənsə səsləndir... Sənin səsinlə özümü tanımaq maraqlıdır...
Mən elə insanam ki, savaşmağa adam çoxdur, sevişməyə yoxdur. Ona görə də savaşıram, sevişmirəm...
Dünən 1 may münasibətilə məni o qədər təbrik etdilər ki, bundan sonra işdə gecələməsəm, günah, ayıb olar...
"Forenqeyt üzrə 451 dərəcə"yə doğru gedirik... İnsanların beyinlərinin kütləşməsi, fikirlərinin yuyulması, kütləvi savadsızlaşma, mədəniyyətsizləşdirmə...
Yuxuya gedib oyanmamaq istəyirəm.
 
Yaponiya sevdiyim və yaşamaq istədiyim ölkələrdən biridir. Çox heyif ki, orada zəlzələ, sunami, tornadolar gündəlik məişət hadisəsi sayılır. İnsanlar buna adi yanaşır və hazır olduqları üçün panikaya düşmürlər.

Təsəvvür edirəm, eyni zəlzələ, sunami və tornadolar bizdə olsaydı, şəhərdə salamat bina və adam qalmazdı.
 
Biri mənə kosmetika ilə yuxuya gedib kosmetikasız oyanmağın hikmətini məntiqi, rasional əsaslarla anlatsın...
 
- "Acmışam... Yeməyə nə var? Bu günə nə bişirmisən?" sualına "Səni" cavabını vermək istəyirəm... Sadəcə sən Kim sualına cavab verirsən.
 
Mən sevgilimə, dostlarıma heç vaxt quzu deməmişəm, çünki onları qoyun hesab etmirəm.
 
Maliyyəçi olmaq da bir şey deyil. Nə edirsən, etmirsən, pul ekvivalentini hesablayırsan, gəlirin və xərcin kimi...
 
Spirtli içkini içməyi tərgidəndən bəri yumor hissim axsayır, yeni yazılar yazmıram...
 
Biriylə münasibətdə (sevgi, dostluq, tanışlıq), ünsiyyətdə olanda, "Mən sənə yalan demirəm" sözünə bilirsiniz necə "inanıram"? Sanki kimsə mənə deyir ki, "Hindistanda 5 dəqiqəlik qısametrajlı film çəkiblər", ya da "Hindistanda bundan sonra çəkiləcək yeni filmlərdə mahnı və rəqslər, milli geyimlər olmayacaq" cümlələrinə inandığım kimi...
 
Mən səni harada qoyub gəlmişəm?
Bu gün tikiləni sabah sökürlər...
İzini yollarda necə tapım mən?
Yollara yenidən asfalt çəkirlər...
 
Evə gəlirdim. Yolda qara pişiklə üz-üzə gəldim. Çönüb məni görəndə, gözləri bərəldi. Qaçıb özünü qara cipin altına atdı. O andan içimdə bir cinin olduğuna əmin oldum...
Qara pişik məni görəndə yolunu dəyişir ki, şərə düşməsin...
 
Barəmdə ictimai rəyin nə olması, cəmiyyətin, insanların haqqımda nə düşünməsi məni dəyişmir, çünki mən onlar barədə düşünmürəm...
 
Ən səviyyəsiz və maraqsız əcnəbi filmdə belə ən mənfi obraz, qəhrəman maşın yolunu zebradan, ya da yolüstü, yolaltı keçidlərdən istifadə edərək keçir, sükan arxasında təhlükəsizlik kəmərini taxır.
 
"Allah mənə ölüm ver" cümləsinin elmi analoqu olan cümləsini tapıb əvəzləmişəm. Kafirlər, deistlər, aqnostiklər, ateistlər istifadə edə bilər: "Ey Kosmos, qurban sənə, mənə kosmosdan təpəmə elə bir cisim sal ki, yerindəcə gəbərib ölüm".
İstifadə edərkən, müəllif kimi adımı çəkməsəniz, özüm təpənizə düşəcəyəm.
 
Kimsə sizə "Fofogeniksən" deyəndə, dərhal sevinməyin. Bu o deməkdir ki, "Həyatda adama oxşamasan da, şəkillərdə gözəl görsənirsən"
 
O qədər susuruq ki, danışmağı unuduruq... O qədər sükunəti dinləyirik ki, səslərə cırnayırıq...
 
Paradoks budur ki, diriykən rəhmət düşməyənlərə öldükdən sonra rəhmət diləyirik...
Çılpaqlıq əxlaqsızlıq və mənəviyyatsızlıq olduğundan cənnət əhli, heyvanlar və yeni doğulan körpələr də, ruhumuz da əxlaqsız və mənəviyyatsızdırlar...
 
Bizi yanıldan ilk təəssüratlar insanlar barədə olur.
 
Zövqüm belə kəşf etdiyim yaradıcılıq nümunələri üzrə bölünür, özü də ardıcıllıqla. Məsələn, bir yazıçını kəşf edirəmsə, əlçatan bütün əsərlərini oxuyuram, sonra başqasını kəşf edir, oxumağa başlayıram, musiqiçini kəşf edirəmsə, musiqisini dinləyirəm, filmlərdə də oyunçu və rejissor işinə görə təsnifata bölürəm. Bütün filmlərinə baxıram. Ardıcıllıq, sabitlik əsasındakı yeni seçimim İran rejissoru Əsgər Fərhadinin filmləridir. Bu insanın bütün filmləri beynəlxalq film festivallarında nominat olur, qalib gəlir. Kommivoyajer, Keçmişin labirinti (Hamı bilir), Keçmiş, Nadir və Siminin boşanması, Elli barədə... Bu insanın filmlərini Nuri Bilgə Ceylanın filmləri ilə bir səviyyədə tuturam. Cəsarət, səmimiyyət, həqiqət, həyatın daha dərin dibi...
 
Yeni həyata xatirələr olmadan başlamaq lazımdır.
 
Dəli olmaq yaxşıdır, dərdi çəkmirsən, çəkdirirsən...
 
Bir kompleksim var. Sirr kimi paylaşım, bilin. Toyda gəlin gül dəstəsini atanda subayların sırasında dayanmıram. Bəxtimi bilirəm də, hökmən mən tutacağam və adəti üzrə kiminsə oğlunu bədbəxt edəcəyəm😂😂😂🤣🤣🤣
 
Məni öldürən bütün yolların Kürdəmirdən keçməsi olacaq.
 
Özümə bu gündən söz vermişəm. Bir çoxuna münasibətdə məni necə başa düşürlərsə, mən onları elə başa düşəcəyəm, yəni sözdə...
Bu gündən hamını anlamaq, empatik olmaq, hamıya yarınmaq, hamıyla xoş davranmaq, dost bilmək kimi cəhətlərimi bitirdim. Kim mənə necədirsə, onu da qaytaracağam. Kimsə inciməsin. Ədalətli olmalıyam.
 
Hər əfv fərmanından sonra həbsxanalarda dustaq vəzifəsinə vakansiya olur...
 
Birinci dəfə çətin olur, sonra davamı gəlir, adiləşir, öyrəşirsən. Sevməyə də, ayrılmağa da, dostlaşmağa da, uzaqlaşmağa da, özünə də, yaşamağa da, ölməyə də. Ən çətini təkliyinə öyrəşməkdir. İkinci adamın yeri olmur.
Aclıq da təkliyə öyrəşmək kimidir. Ünsiyyət aclığın olur, danışmağa və səni dinləyəcək, anlayacaq adamların olmadığını görəndə, susursan, aclığını arada özünlə danışmaq və yazmaqla pozursan ki, aclıqdan ölməyəsən.
 
Kafkanın atasına yazdığı və atasının oxumadığı məktubda bir çoxumuz onun atası qismində ya anamızı, ya da atamızı görəcəyik. Valideynlərimizə demədiyimiz və ya deyə bilmədiyimiz sözlər Kafkanın "Atama məktub"unda var. Oxumağa və oxuyaraq düşünməyə dəyər.
 
Sevmək sənətində əsas problem bilirsiniz nədir? Biz hamımız istəyirik ki, bizi sevsinlər və biz kimisə sevməyək. Yəni elə bizə versinlər, biz də alaq, amma verməyək. Bizi sevməyənləri isə eqoist adlandırırıq, əslində sevgi elə özümüzdən başlayır. Sevgidə ilk təcrübə obyektimiz elə özümüz oluruq. Eqoist insanlar daha empatik olurlar. Amma eqoist insanlar daha çox özlərindən alır, özlərinə verirlər, özləri ilə harmoniyada olurlar. Bəlkə əsl sevgi elə budur, eqoist insanlarda özlərinə sevgi qarşılıqlı olur. Eqoist insanlar qarşılıqlı alış-verişin nə olduğunu bilirlər.
Bir də fikir vermişəm, sapio insanlar həm də faber insanlar olurlar, özü də təkliyi seçirlər və eqoist hesab edilirlər.
 
Bu yaxınlarda bir qız profilindən mənə yazmışdı:
- Sizin kimi qadınlara görə biz ərə gedə bilmirik.
Cavabım çox gecikmədi:
- Önünüzə ağıllı kişilər çıxıb, sizin kimi qadınları özünə həyat yoldaşı və övladlarının anası kimi görməyib.
 
Bir zamanlar sözə, fikirə görə repressiya olunur, güllələnirdik, indi söz və fikirlərimizi repressiya edir, güllələyirik.
 
- Xanım, sizi tez-tez şəhərdə görürəm.
- Konkret olaraq harada?
- Nəriman Nərimanov metrosu yaxınlığında.
- Anladım. Məni tez-tez görməməyiniz üçün evə gec-gec gedərəm.
 
"Sən öl" və "Mən ölüm"ü and yeri olan cəmiyyətdə kiməsə yalanımızı sırımaq üçün öz canımızı, həyatımızı və qarşımızdakının canını və həyatını qumara qoyuruq. Sanki bir insana inam bitərsə, ölərsə, bu andlar nəyisə dəyişəcək?! Bir yandan da bu andlarda bir məsuliyyətsizlik və biganəlik görürəm. Mənə belə and verən və məni inandırmağa çalışanlara "Mən niyə ölürəm, özün öl" deyirəm. Gopçu, yalançı, ikiüzlü insanların and içməkləri əsl andları beləcə dəyərdən salır.
Məzxərə obyektim olub. Məndən bu və ya digər iş, layihə, xidmət və ya məhsula ad qoymaq təklifi kimsə istəyirsə, deyirəm ki "Milli mənəvi dəyərlər və mentalitetin çoxluğa təsir dairəsini nəzərə alıb adını ya "Alver" qoy, ya "Sən öl, mən ölüm", ya da ki, "Bərəkət haqqı". Yalançı olsan, ya alverin getməyəcək, ya öləcəksən, ya da bərəkət olmayacaq".
 
Ən praktik hədiyyə pul və ya hədiyyə kartıdır. Getsin, özünə nə istəyir, alsın.
 
Kimin xətrinə dəymişəm, incitmişəm, yana-yana qoymuşam, heç peşman deyiləm, əcəb eləmişəm.
 
Kredit ödəyicilərinin banka hər gün zəng vuraraq "Bu gün gəlib borcunuzu ödəyin, əks halda, qanun önündə cavab verəcək, məhkəməyə veriləcəksiniz" cümləsi ilə hər gün beyinlərini xarab etməsini ilahi ədalət hesab edirəm.
Kişilərdən xahiş edirəm, icazə verin, bacınız, sevgiliniz, nişanlınız, həyat yoldaşınız, qızınız işləsin. Ən azı ona çəkdiyiniz xərclərdən canınız qurtarar, pulunuzu yığarsınız. Çox praktiki və qənaətcil yoldur.
Kitab da borca verilmiş pul kimidir. Öz əlinlə verib yalvararaq da geri ala bilmirsən...
Sevgidə sevən tərəf hərif, sevilən tərəf hərifləyəndir
- Привет. - Я антиментал. - Пока.
 
 

Комментарии