Bizim Məkan


12387833_134998183537600_107420456_n
13 Dekabr 2015-ci ildə Xəyalə Manaflı dostları ilə birlikdə yeni məkan sahibəsi oldu və açılış etdi. Məkanın adı Bizim Məkan…
13 Yanvar Bizim Məkan Grill and Barın 1 ayının tamam olması qeyd edildi. Bu məkan həqiqətən də Bizim Məkandır.
Hər kəsin zövqünə oxşayan, göz yormayan, zamanla ayaqlaşan dizayn və musiqisi ilə insanı rahat, qəlbə yaxın bir dünyaya, öz məkanına aparır.
Məhz bizim məkanda dostlarımla oturub səmimi, qeyri-rəsmi, təbii mühitdə, xoşagələn aurada istirahət edir, əylənir, ünsiyyətdə oluram və hər kəsi də dəvət edirəm Bizim Məkana.
Yeməkləri dadlı, çoxlarının maddi imkanına uyğun, baha olmayan qiymətlərlə, yüksək səviyyəli xidmət göstərməklə, hər bir müştərisinə qarşı xüsusi diqqət və qayğı bəsləməklə, daha doğma və sevimli, bizim məkanımız edir mənə Bizim Məkanı…
Qəlyansevənlər müxtəlif çeşidli qəlyan keyfini yaşaya bilər, fərqli pivə və şərab, digər spirtli və spirtsiz içkilərin dadına baxa bilər.
Yerli və dünya mətbəxlərinə məxsus şirniyyatların dadına söz ola bilməz…
Bundan başqa, burada zövqlü musiqi, disko, rəqslər də insanın içinə rahatlıq gətirir.

Bizim Məkanın 13 yanvar 1 ayının tamam olması münasibətilə onu təbrik etmək üçün jurnalist Aynur Talıbova, Zümrüd Bədəlova, Mina Türksoy, Xəyalə Şirinova, Günel Fərhadqızı, Atropat mehmanxanasının meneceri Qoşqar Məmmədov, azpress.az saytının əməkdaşları- fotoqraf Rüstəm və Nəriman İsmayılovlar, sia.az saytının əməkdaşları- Ceyhun bəy və Aslan Vəli, apa.tv-dən Nigar Həsənli, müğənni-sənət yoldaşlarından Mirkamil Kamilov, əməkdar artist Xəyyam Mustafayev, DJ Çina-Çingiz Mustafayev,  bəstəkar Emil Şahin, Gülnarə Əkbər, Mamed Şaxtaxtinski və yaxın ailə dostları Xəyalə xanımın yanında idilər, tədbirə gələnlərin sayı artmaqdadır.
Şəxsən mən Bizim Məkana gəldim, gördüm, seçdim, sevdim.
Bəs Siz? Siz hələ də məkan axtarışındasınız? Axtarmayın, çünki artıq Bizim Məkan var.
Bizim Məkan hər birimizin məkanıdır!
Bizim Məkan-hər kəs bu məkana bizim məkan deyə bilər.

Комментарии