Bəzən elə sevərsən ki…


12545716_1742870005942635_1793808602_o
Bəzən elə sevirsən ki, özündən də çox… Özünü də unudarsan… Varlığını bağlarsan sən tək varlığa, ona olan duyğulara…
Bilirsən ki, bu sevginin başlanğıcı varsa, sonu da olacaq… Hazır olmalısan bitməsinə, bitməsini istəməsən də…
Bəzən elə sevirsən ki, birgə çəkilən fotolara baxanda da, ağlayırsan, o fotodakı xoşbəxt anların, sevincin düşür yadına… İçdən dərin bir ah çəkirsən… Nə olsun ki, bu ah bizə qaytarmır həyatımızdan gedənləri…
Bəzən elə sevirsən ki, ölümü gözə alırsan… Evlənməsən də, pis günündə də, xoş günündə də yanında olursan… Anlamağa çalışırsan, anladığını düşünürsən, əslində isə yanılmış olursan…
Bəzən elə sevirsən ki, əvəzini gözləmədən sevirsən, verirsən… Verdikcə də, sevdikcə də, ərköyün edirsən, qudurdursan qarşı tərəfi…
Bəzən elə sevirsən ki, demirsən sevdiyini, susursan, əməllərində yaşayır sevgin… Sözlərin, sevgi sözlərinin dəyəri qalmayıb artıq…
Bəzən elə sevirsən ki, günahın olmasa da, barışırsan, üzr istəyirsən səhv etməsən də…
Bəzən elə sevirsən ki, səni sevmirlər sən sevsən belə… Unutmaq istəmirsən sevdiyini, unutmaq istəmirsən onsuz qaldığını, çünki bu özü bir dərsdir, bu ayrı bir sevgidir… Ayrılıqda da sevgi var…
Bəzən elə sevirsən ki, yandırır səni, külə döndərir… Bu odda yana – yana sevməyə davam edirsən…

Комментарии