Bəzən istəyirəm…

12143294_10205704050460874_7902984232569522705_n
Bәzәn elә istәyirәm ki, birisi olsun hәyatımda, qucaqlayım yatım, birisi üçün fәrqli vә dadlı yemәklәr bişirim.
Birisiylә paylaşım, mәslәhәtlәşim, işә birisiylә gedim vә onunla qayıdım, saçlarımla oynasın, öpüb, әzizlәsin, vurğun baxışlarla baxsın…
Birisini sevim vә o, mәni sevsin, o, birisi mәnә yanlışımla doğrularımı desin, o qәdәr doğma, o qәdәr yaxın olsun ki, hәyatıma çevrilsin, ayrılmasın, dәyişmәsin mәni, olduğumtәk qәbul edib, anlamağa çalışsın, o, kişi әsl kişi olsun, xoşbәxt olum onun yanında, onun varlığına sevinim…
Birisi olsun, qәrarları bir verәk, bir az nazımla oynasın, bir az zәhmiylә vurğununa çevirsin, ağlıyla ağlımı, qәlbiylә qәlbimi, ruhuyla ruhumu alsın mәndәn, yarım olsun, mәni tamamlasın.

Комментарии