Bu dünyada həyatın rəngləri kimi fərqli cəhətlərə malik insanlar vardır. Sən isə onlardan biri idin, təzə tanış olan anda. Bu təəssüratların aldadıcı olması fikri yanlışdır. Sən həqiqətən də rəngarəng xasiyyətə maliksən. Səni gördüm, elə ilk anlarda anladım ki, həyatımı işıqlandıracaq bir dosta rast gəlmişəm… Səni gördüm, birdən-birə həyatımdakı ağ və qara rənglər digər rənglərlə əvəz olundu, daha da sevindirdi, gözəoxşayan oldu, həyatımı maraqlı etməyə başladı.Sanki, sənin həyatıma daxil olmaq üçün atdığın ilk addım mənim həyatımı daha rəngarəng, daha əyləncəli, daha mənalı və işıqlı etdi. Sanki sənin həyatıma daxil olmaq üçün qarşına qoyduğun yeganə məqsəd həyatımı müsbət istiqamətdə dəyişmək, məni xoşbəxt etmək idi. Bunu bacarsan, bacarmasan da…
Həyatın rəngləri kimi gözəl görsənirdi ilk addımın, sözlərin, isti nəfəsin və mehriban, cazibəli təbəssümün, xoş əhval-ruhiyyən kimi.
Musiqi tək həzin, ürəyə yatımlı, musiqi notları kimi fərqli xasiyyətə maliksən… Gah qalın səsli notlarınla məni oyatmağa çalışırsan, qaşıdan gələn təhlükədən məni qorumaq üçün, xəbərdarlıq etmək üçün… Gah da zərif notlarınla məni xəyallara daldırır, yeni arzuların doğulması üçün şərait yaradır, gah da ki, mənim rahat qəlbimi rahatlaşdırmağa, sakitləşdirməyə can atırsan, həzin melodiyanın cazibəli və nağıla bənzər ritmlərini səsləndirməklə… Məni nağıllar dünyasına gözəl, romantik şeir misraların və musiqi nömrələrin ilə… Sanki mənim bu dünyada yaşamağımın əleyhinəsən, bu dünyaya məni layiq görmürsən…
Sən istəyirsən ki, mən də sənin nağıllar aləminin daimi sakini olum, səninlə bərabər, səni tərk etməyim, sona kimi bərabər olub birlikdə ölər…
sən bilirsən ki, bu arzun çox böyük və arzuolunmazdır, yəni yerinə yetirilməsi qeyri-mümkündür. Bu istəyin sadəcə arzu kimi qalacaq, onu həyata keçirməyə cəhdlər göstərsən də… çünki nağıllar aləmini gerçəkliklər aləmi əvəz etmişdir. İndi hər kəs ancaq gördüyünə inanır, nağılı isə sadəcə olaraq eşidirsən… Deməli, nağıl da həqiqətdən çox uzaqdır…
Комментарии