Görəsən, bu və ya digər vəziyyətdə İlahi
yerimizdə olsaydı, ya da bizimkilər-şərq əhli onun yanında olsaydı, nə edərdi?
Təsəvvür edin ki, İlahi görür şərq
əhlini, necə “müsəlmandılar” başını yellənir, əlini havada yellədir, öz-özünə
düşünür: Sonrakı peşimançılıq fayda verməz!
Təsəvvür edin ki, bir müsəlman namaz
qılır bayramdan bayrama, sədəqə verir, zəkat verir yadına düşəndə, o da halal
olmayan pulla, özü də ki, ehtiyacı olmayanlara… İlahi bunu görüb, qəzəblənir: –
Mən demədim axı, belə edin, sədəqəni halal pulla edin, ehtiyacı olanlara,
məzlumlara…
Şərq əhli gözəl yaşayır, heç nədən
korluq çəkmir, kiməsə kömək etmək lazım olanda, ağlayır ki: Valllah, Billah,
Allah haqqı pulum, imkanım yoxdur! İlahi məyus olur, onun adını nədə və kimin
hallandırmasına görə üzülür: Hər istədiyini vermişəm sənə, sənsə naşükürsən,
hey narazısan, ağlayırsan, “yoxdur” deyirsən…
Şərq əhlindən ağır xəstə birinin dalınca
Əzrail gəlir, deyir “vaxtındır, ölməlisən, sənin dalınca gəlmişəm…”, İnsan da
deyir ki: Dünən ipoteka krediti götürmüşəm, 15 illiyə, rəhm elə, imkan ver,
kreditimi ödəyim, bitirim, sonra gəlib apararsan!” Beləcə 15 illik həyatda
yaşamaq şansını qazanır…
Şərq əhli az qalıb ki, öləndə ölməmişdən
öncə cənnətdə yerini bron edə, düşmən bildiklərini isə cəhənnəmə salmağı
sifariş etməyə, mələklərə rüşvət təklif etməyə ki, mən gəlirəm yerimi hazırla…
Yaxşı ki, İlahi, yoxdur mobil telefonu,
atardılar vizv, özü də gizli nömrədən ki, geriyə zəng etsin, imkansızlıqdan
gücləri vızv atmağa çatır, həm də O hər şeyi bilir, görür, kimin zəng etdiyindən
də xəbəri var…
Yaxşı ki, İlahi enməyib yerə, gözlərə
dəymir, yoxsa hamı selfi çəkdirərdi onunla, müxtəlif pozalarda, sonra sosial
şəbəkələrə yerləşdirib adını tağ edərdi, İlahi də baxardı və dilemma qarşısında
qalardı, geri göyə qayıdım, ya yox, mən dünyanı, insanları bu günə salmamışam
axı…
İlahi yerdə olsaydı, işə düzəlsəydi,
şərq əhli deyərdi ki, birinci gün işləmə, ağır gündü, düşər düşməzi olar,
beşinci gün də həftəsonudur, beynimiz yorulub, dincəlməliyik, onu da yoldan
çıxartmaq istəyərdilər…
Bir gün yaşasa insan cismində, şeytana
rəhm edərdi, çünki indiki şərq əhli şeytanı da aldadır, barmağında dolayır…
Radikalları, qondarma dindar və
mollaları, toleyrant olmayan “missioner” insanları görüb, şükr edərdi ki, insan
deyil, yerdə-şərqdə yaşamır…
“Allah içimdə, qəlbimdə yaşayır
neyləyirəm dini, əməli düz, niyyəti xoş insanam” deyənlərin, dinini reklam
edənlərin, namaz qılan yerdə selfi çəkdirənlərin, cihada getməsi ilə fəxr
edənlərin, “din yolunda” bəhanəsilə insanları döyüb öldürənlərin vicdan
və qəlbinin olmasına şübhəsi olardı İlahinin, baxardı və deyərdi, mən vermişəm
onlara həyatı?!
Yolda yalandan dilənən, İlahinin adını
çəkib, yalvaran qaraçılarla bir cəmiyyətdə yaşasaydı, bəlkə də özü deyərdi
göydəkiləri, məni burdan götürüb aparın yanınıza…
Ardı var
Комментарии