
Foto: Nəriman İsmayılov
O, sənin arzularındadır, o, sənin xəyallarındadır… O, qadındır… Sənin istədiyin, arzuladığın, xəyal etdiyin… Bəlkə yanılırsan?! Bəlkə, o, deyildir, başqa birisidir? Və ya əksinə, o, sənin arzuladığın, xəyal etdiyin, istədiyin insandır… O, kişidir… Bəlkə yenə yanılırsan?!
O, yataqda səni anlayır, arzularını gerçəkləşdirir, həzzə qovuşdurur…
O, ehtirası ilə səni dəli edir, yandırır, sənsə onunla birlikdə yanmaqdan həzz alırsan, dayanmasın, bitməsin istəyirsən…
Onunla dəlilik etmək istəyirsən, ova getmək, meşədə azmaq, istiqaməti tapmaq, otların üstündə uzanıb, təmiz havanı ciyərlərinə çəkmək, orada ona baxıb, dəlicəsinə sevişmək istəyirsən…
Sən onunla qürur duyursan, qısqanırsan onu, mülkiyyətinə çevirirsən, məhdudlaşdırırsan, azadlığını alırsan əlindən…
Onu sevdiyini sözlə deyil, hərəkətlərinlə, baxışlarınla, toxunuşlarınla sübut edirsən…
Onunla birlikdə uca zirvədən çaya atılmağı, suda dəlilik etməyi, suyun damcıları ilə uşaq kimi oynamağı istəyirsən…
Meşədə meyvələri dərib yarısını dişləyib, ona uzatmağın, bir meyvəni bölüşdürməyi istəyirsən…
O, insanları kitab kimi oxumağı, anlamağı, təhlil etməyi, müşahidə etməyi bacarır, səni doğru yola yönlədirir məsləhətləri ilə…
Onun bilik və təcrübəsi hərtərəflidir…
O, massaj etməyi bacarır…
O, sənə rahatlıq gətirər, o, sənə ruh zənginliyi gətirər…
Onun uzaqdan görməsi var, onda intuisiya güclüdür…
Onunla vaxt elə keçir ki, hiss etmirsən… Onunla olanda, onunla ünsiyyətdə olanda, onun gözləri, dodaqları, hərəkətləri, səsi səni valeh edir, sən onun tilsiminə düşürsən…
Sən onu istədikcə, istəyirsən, ehtirasla, dəlicəsinə, dayanmadan, aqressiv, limitsiz, sərhədsiz, sadəcə istəyirsən… Dərin istəkdir, birlikdə həzz almaqdır bu istəyiniz… Məkan və zaman fərq etməz… Estrimalsınız ikiniz də…
O, çox cəlbedici və gözəldir, yaşına uyğun olmayan cavanlığa malikdir…
Hər dəfə onu görəndə, cəlb edir səni, həyəcanlanırsan… Soyundurursan onu baxışlarınla, təsəvvür edirsən onun necə tərəfdaş olduğunu, nələri gerçək edə bilərsiniz birlikdə olarkən… Qiymətləndirirsən, təhlil edirsən…
Od qalayıb, soyuqdan qorunmağı, çadır qurub çadırda təbiət qoynunda gecə səslərinə qulaq asmağı və qorxulu nağıl danışmağı və onu cuşa gətirməyi istəyirsən…
Onun yanında sevinmək, xoşbəxt olmaq kimi arzuların gerçəkləşir…
O, əlavə və lazımsız suallar vermir, qayğına qalır, qayğısına qalırsan…
O, səni görcək qucaqlayır, öpür, qucağına alırsan onu, fırladırsan, gülüşürsünüz… Bərk qucaqlayırsan, əllərindən bərk-bərk tutursan, buraxmırsan…
Onunla birlikdə vanna, duş qəbul edirsən… İsti su üzərinizə axır və sizi aydınlığa çıxardır, təmizləyir…
Hər dəfə dəlicəsinə sevişdikcə, onun səslərini, yeniliklərini, dəyişik pozalarını görüb, dəli olmağa hazırsan… Özünü ona təslim edirsən…
Özünü onda görmək sanki aynadakı əksindir, özündə onu görmək, bir-birinizi tamamlamağı istəyirsən… Çox oxşarsınız, həm də çox fərqli…
Səni ona, onu sənə nəsə çəkir, cəlb edir, nə ondan uzaqda ola bilirsən, nə də ki, çox yaxın, uzaqda olanda darıxırsan, çox yaxınında olanda doymaqdan, bezməkdən ehtiyat edirsən…
Fiziki çox yaxınsınız… Mənəvi yaxınlığı da istəyirsən… Bəzən isə yox… Bəzən sənə yalnız ehtiras və sevişmələr yetir… Bunun adını sevgi və sevgiylə məşğul olmaq qoyursan… Evində bəyin, xanımın ola bilər, xoşbəxt olmaya bilərsən ailədə, başqasını axtara bilərsən kənarda… Doğru deyildir kənardan, qınanılırsan… Amma ailədə xoşbəxt deyilsənsə, nə özünü aldat, nə də ki, onu… Ayrılın, yeni həyata başlayın, şans verin özünüzə… Yaşayın…
Комментарии