Peşəkar təlimçi-Sənan Nəcəfov


12248877_1135185683158585_1648787677_n
Məni tanıyan hər kəs bilir ki, mən haqqın tərəfindəyəm, mədhiyyələr, tərifnamələr, yaltaqlıq mənlik deyil… Həmçinin onu da bilirlər ki, hər zaman axtarışdayam və bilik, təcrübə əldə etmək mənim ən böyük uğurum və sərmayə obyektimdir.
Təlim və seminarlara getməyi sevirəm, çünki bildiyim sahə olsa da, yeni nəsə öyrənirəm, bildiklərimlə paylaşıram, təcrübədə rastlaşdığım hallarla paylaşıram…
Sənan Nəcəfovu sosial şəbəkədən tanıyırdım, dost siyahımda var idi… Çox ünsiyyətdə deyildik, çünki ikimiz də işgüzar insanlarıq və boş vaxtımızı səmərəli istifadə edirik, vaxtımıza qənaət edirik, vaxtımızı düzgün idarə edirik. Zəruri hallarda, zəruri mövzuları müzakirə edirdik. Mən onu çox savadlı, işini sevən, paxıl olmayan və işinin peşəkarı, mədəni insan kimi tanıyıram, onun həm də gözəl və maraqlı yumor hissi və hadisələrə yanaşma metodu, baxışı var. Həmişə maraqlı insan kimi diqqətimi çəkmişdir. Vaxtımın az olmasına, işdən sonrakı vaxtı digər yerlərdə olduğuma görə təlimlərə az gedirdim.
Bir gün təsadüfən Sevda xanımla (M.Ə.Sabir adına Fondun direktoru Sevda Tahirli, eləcə də Mirzə Ələkbər Sabirin nəvəsi) bir tədbirdə tanış olduq, təsadüflərə inanmıram, zəruriyyətdən doğur. Tanışlıqdan sonra Sevda xanımla sosial şəbəkədə dost olduq, təsadüfən onun səhifəsində Sənan bəyin Fondda keçirilən təlimindən şəkil və anonsları gördüm və özümə dedim ki, dünya dağılsa belə, bu təlimlərdə iştirak etməyimi təxirə salmayacağam. Getdim, peşiman olmadım, hər təlimdə gərginlikdən azad oldum, yeni bilik əldə etdim, bildiyim biliklərimi artırdım, beynimi inkişaf etdirdim, təlimlərin müsbət təsiri ilə yeni yazılar yazdım, kitabımı çıxartmaq qərarına gəldim, maraqlı, savadlı, mənə uyğun olan insanlarla tanış oldum və dostlaşdım.
Sənan müəllimlə qrup daxilində müxtəlif təlim mövzuları üzrə praktiki məşğələlər, dialoqlar, sorğular oldu. Nəticəsindən çox razıyam.
Maliyyəçi olmağıma baxmayaraq, hər zaman düşünmüşəm ki, əlavə bilik heç vaxt yük deyildir, əlavə bilik insanın özünə lazımdır.
Sənan müəllimin təlimlərinin təsiri ilə özümə inamın daha da artdı, daha da pozitiv və məhsuldar işçi oldum, konfliktlərdən uzaqlaşdım, uğurlu və pozitiv insanları öz ətrafıma cəlb etdim, hədəflərimi və məqsədlərimi düzgün təyin etdiyimi, vaxtımı doğru şəkildə idarə etdiyimi və beynimi çalışdırdığımı və aktiv saxladığımı öyrəndim.
Sənan müəllimin sayəsində kütlə qarşısında uğurlu çıxışın, NLP, PR, bədən dili, fizioqonomika, həyat kouçinginin, işçə düzəlmə, özünü təqdimetmə, vaxtın idarə edilməsi, beyin matrisi, motivasiyanın, yaddaşın gücləndirilməsi, işgüzar nüfuzun yaradılması taktikalarının sirlərini öyrəndim.
Fərdi özünü inkişaf təlimləri həqiqətən də hər bir insana zəruri olan təlimlərdir. Hər kəsi dəvət edirəm. Çünki bu təlimlər çox maraqlı, pozitiv, rahat və daha çox bilik və təcrübə əldə etmək mühitində keçir, təlimin necə başlayıb bitməsini hiss etmirsən, vaxt elə keçir ki, anlamırsan və təlim bitəndən sonra da, təlimin davam etməsini istəyirsən…
Kim bu təlimlərdə olmayıbsa, çox şey itirib mənim fikrimcə, gec deyil, öyrənmək üçün gec deyil. Ölənədək hər birimiz öyrənirik.
Buyurun, gəlin, siz də bu bilik və təcrübələri əldə edin.
Öz növbəmdə, Sevda xanıma, Sənan bəyə öz dərin minnətdarlığımı bildirmək istəyirəm. Təşəkkür edirəm.
Təlim iştirakçılarına da öz dərin minnətdarlığımı bildirirəm. Sizi tanımağıma çox şadam.

Комментарии