Yazı aktual sosial yazıdır, fikirlər müxtəlif ola bilər.Bu yazıdakı fikirlərin subyektiv və obyektivdir, kimsə razılaşmaya bilər.Amma real həyatda baş verən hadisələrdən götürülmüşdür. Ciddi, ağır mövzudur, əsəbi zəif olanlar, ürək xəstələri, yaşı 18-dən aşağı olanların oxuması məsləhət deyil!Bir qadının qismində qadına və uşaqlara münasibət haqqındadır!
Qadınım ol...24.03.2015-24.04.2015
O, boş otaqda videokamerani yandırıb stulda oturdu və həyatı ilə bağlı etirafı etməyə başladı:
-Mənim adım Mələkdir. Atam bir vaxtlar anamla sevərək ailə qurmuşdur. Amma buna baxmayaraq, atam biləndə ki, qız uşağının atası olub, yəni anam oğul yox, qız doğub, məndən də, anamdan da imtina edib və bizi doğum evində atıb getmişdir.
Doğulduğum andan həyatımın ilk dərsini aldım: Nə kişilərə inanmaq olar, nə də onların sevgisinə...
Bizə ana babam və ana nənəm sahib çıxdı. Südəmər körpə olmağıma baxmayaraq, anam məni 6 ayım tamam olan kimi nənə və babamın öhdəsinə buraxıb bizi saxlamaq və dolandırmaq üçün işə düzələsi oldu.İki işdə işləyirdi ki, 4 nəfərin xərclərini çəkə bilsin...
Yeni bir dərsimi götürdüm anamdan: Qadın ən çətin və dar məqamda ancaq özünə güvənməlidir, çünki nənəm həmişə deyərdi anama: "Qızım, qadına, qıza təhsil çox önəmlidir, təhsil al, işlə, nə bilirsən bəlkə elə bu gün, ya da sabah biz olmadıq, öldük, ərə gedəndə, quracağın ailə həyatın uğursuz oldu, bəlkə boşandın, ya dul qaldın, övladınla küçələrdə qalmamağın üçün, ac yaşamamağın üçün təhsil al, işlə, öz çörəyini qazan, kimdənsə asılı olma!"
Atamla anam rəsmi olaraq boşanan kimi atam yenidən ailə qurdu, o həyat yoldaşından bir oğlu oldu, anam qardaşımla ünsiyyətdə olmağa icazə vermirdi, çünki atam məni qəbul etmək və görmək istəmirdi...
Mən bir övlad və nəvə idim, olmuşdum bir bacı, sevinmək və o xoşbəxt anları yaşamaq mənə qismət olmadı ancaq...
10 yaşım tamam olanadək anam bir neçə işdə işləməklə məni böyütdü, nənəm və babam rəhmətə getmişdi. Anam məni tək böyüdürdü...Onu hərdən tənhalığım, sirdaşım olmadığı, ancaq madiyyatı düşündüyü üçün qınayırdım...Amma zaman keçdikcə, çox sonra anladım ki, anamın seçimi düz imiş...Başqa yolu yox imiş...Anam atamla ailə quranda cəmi 20 yaşı var idi...
Artıq atamın məndən savayı, iki övladı var idi, bir oğlu və bir qızı...Bacı idim...Amma çox uzaq və soyuq bir bacı...Üzümü görmədikləri bir bacı...
Anam yenidən sevdi, ailə qurdu...
Artıq boyümüşəm 16 yaşım var, orta məktəbə altı yaşım tamam olanda getmişdim...Tezliklə, orta məktəbi bitirəcəkdim...Həyatımız gözəl idi...
Mən zahirən çox gözəl idim, çox adam bunu mənə deyirdi, xarakterim də pis deyildi, məktəbdə əlaçı idim, məktəbin əksər oğlan şagirdlərinin məndən xoşu gəlirdi, gün ərzində çoxlu sevgi məktublarını alırdım rəfiqələrim vasitəsilə...Çoxusunu oxumadan çırıb zibil vedrəsinə tullayırdım...Atamın elədiklərini unuda bilmirdim.Onların sevgisi cavabsız və platonik idi, onların əlçatmaz və arzuolunan sevgilisi olmuşam xəyallarında...Mən onlara, onların sevgilərinə, səmimi olmalarına inanmırdım, atamın bizə etdiklərini nənəm mənə danışdığından nə unuda bilirdim, nə atamı bağışlaya bilirdim...Sevə bilmirdim, özümə söz vermişdim, inanmayacağam kişilərə və sevməyəcəyəm...
Zaman keçdikcə, statusum qız, nəvə, bacı statusundan sevgili statusuna keçirdi...Sevmədim, sevə bilmədim, sevmək istəmədim ancaq...
Yeni il gecəsi idi, o il mən orta məktəbi bitirəcəkdim...Yeni atam dostu ilə evə gəldi, spirtli içki çox qəbul etmişdilər...Oncə atam dostu ilə birgə anamı sğöyüb döydü, zorladı, mən qaçmaq istəmədim, anama kömək etmək istədim, amma olmadı, anamı pis vəziyyətdə buraxıb məni söyüb, döydülər, zorladılar, özü də anamın gözlərinin önündə...Həyatımın üçüncü dərsi idi: Qadın zəif olmamalı, güclü olmalı, mübariz olmalı, özünü qorumağı bacarmalıdır...
Bu atamı dostu ilə birlikdə həbs etdilər, anam yenidən boşandı, daha mənim üzümə baxa bilmirdi, məndən hər gün daha da uzaqlaşırdı...Media bunu işıqlandırdı, bütün ölkə bu işdən xəbərdar idi, insanların üzünə çıxa bilmirdim, məktəbdə kimisi mənə qınaqla, kimisi yazığı gəlirmiş kimi baxırdı...Hər kəs bizi barmağıyla göstərib pıçıldaşırdı...
Həyatımın dördüncü dərsini aldım: Bəzi insanlar bildiklərini də, bilmədiklərini də danışır, yazır, tanıdığını, tanımadığını da qınayır...Ona görə də kimsəni özünə yaxın bilməməlisən, açıq kitab kimi oxunaqlı olmamalısan, bağlı olmalısan, özünə qapanmalısan, kimsə bilməsin qəlbində, ağlında, arzu, xəyal və xatirələrində kimlər və nələr var...
Bizə yazığı gələnlər fleşmoblar etdi, dəstək aksiyalarını keçirtdilər, sosial şəbəkələrdə paylaşdılar, olay unudulmaq əvəzinə, bitmək əvəzinə, böyüdü, unudulmadı, mən isə uşaq idim, məni düşünən və mənim gələcəyimi nəzərə alan yox idi...Anam belə məndən uzaq idi...Hər kəs və hər yerdə adım hallanırdı...Həyat davam edirdi, amma mənim üçün zaman da, həyat da dayanmışdır...İnsanlardan, özümdən, həyatımdan bezmişdim...
Bunlar azmış kimi, bütün 16 il ərzində məni, anamı axtarmayan, mənimlə, anamla maraqlanmayan, bayramlarda, ad günlərində zəng edib təbrik etməyən doğma atam bu olayı eşidib gəldi evimizə, guya nəhayət ki, axtarıb tapdı...İçəri girən kimi anamla dalaşdı, anamı bu olayda günahkar çıxardı, soydü, F... belə adlandırdı, anama dedi: "Sən pis anasan, qadın, anasan, əxlaqsızsan, qızıma pis nümunəsən, onun həyatını, gələcəyini sən məhv etdin, günahkarsan".Hələ anama hədə-qorxu gəldi ki, onu məhkəməyə verib məni onun əlindən alacaq. Bu yerdə mən susa bilmədim: "Bu vaxtadək hardaydın, atam idinsə əgər?Niyə yanımızda olub bizi qorumadın, sən axı kişi idin?" dedim və qapını açaraq ona əlimlə evimizi tərk etməsini tələb etdim...O getdi və bir daha geri dönmədi...O birdəfəlik getdi bu dəfə...
Mənsə, dərslərə belə getmək istəmirdim...Son dəfə üzümün nə vaxt gülməsi, nə vaxt içdən, qəlbən sevinməyim yadımda deyil...Olubmu elə anlarım?!
Nə qədər bədbəxt və bəxtsiz bir insan olduğumun fərqindəydim...Gecələrim göz yaşları içində keçirdi...Yuxu getməzdi gözlərimə, gözlərimi yummaq istəyəndə yaman yanırdı gözlərimin içi qəlbim yanan kimi...Anam da öz otağında uzanıb ağlayardı...Səsini öz otağımda eşidirdim, ikimiz də özümüzə görə bədbəxt, bəxtsiz, günahkar idik, amma anlamırdıq niyəsini?!
Həyatım mənə beşinci dərsini verdi: Başqalarının yanında ağlama, hər zaman zəif tərəflərini gizlət, göz yaşlarını içində saxla, ağlamaq istəsən, tənha qal, istədiyin qədər, bağır, qışqır və ağla, amma tənhalıqda, yanında insan olmasın!!!!Əsla, insan olmasın!
O gün gecə yarısı idi... Həyatda itirdiklərim daha çox olub, nəinki qazandıqlarım...İtirməyə nəsə qalmamışdı...Həyatımdan və canımdan başqa...Hər şeydən və hər kəsdən o qədər yorulmuş, bezmişdim ki, ancaq özümü öldürmək barədə düşünürdüm...Məni anlayan, dərdimə şərik çıxan, qucaqlayıb "Ağlama, yanındayam, səninləyəm" deyib mənə təsəlli verənim belə yox idi...Anam isə susmağa davam edirdi...Məni bir vaxtlar sevdiyini söyləyən bütün dost, rəfiqələrim, qonşu, qohum uşaqları belə üz döndərmişdi, uzaq dururdu, sanki əxlaqsızam və ya infeksion və sağalmaz bir xəstəliyin daşıyıcısıyam...
Anam özünü günahkar bilirdi...Gözlərimin içinə belə baxmırdı...Sanki bir evdə iki yad insanlarıq...
Altıncı dərsim həyatdan bu idi: Bir gün ən doğma insanlar belə səndən üz döndərə bilər, sənə yad ola bilər...Kiməsə bağlanma!
Dəniz sahilinə getdim, evimiz dənizə yaxın idi, yay ayları idi, kimsə yox idi, mən belə zənn edirdim... Üzməyi bacarmırdım, Kəlmeyi şəhadətimi deyib dalğalanan dənizə doğru gedirdim, artıq çox uzağa getmişdim, su burnumadək çatırdı, geri çıxmaq istəmirdim, boğulub ölmək istəyirdim, bir güclü dalğa gəlsin, məni vurub yıxsın dənizə və boğsun, bunu istəyirdim...
Vaxt keçirdi, boğulmağı və rahatca ölməyi istəyirdim...Qismətim yox imiş, arxadan bir nəfərin məni qucağına alın sahilə doğru dartdığını hiss edirdim, mübarizə aparırdım, qışqırırdım, onun üzünü əllərimlə cırmaqlayırdım, saşlarını yolurdum ki, məni buraxsın, qoysun rahat ölməyə...
O daha güclü idi, sahilə çıxartdı məni, təcili tibbi yardıma zəng etsə də, ilk tibbi yardımı mənə göstərdi, huşumu itirdim, oyananda başımın üstündə anam, həkimlər var idi, o isə kənarda dayanıb baxırdı, adını belə öyrənə bilmədim...O mənim heç kimə lazım olmayan canımı və həyatımı xilas etmişdi...
Bu olay da mediada yayımlandı...Yenidən keçmiş olay üzə çıxdı...Yenə depressiyaya düşdüm...Çox adam məni dəli zənn edirdi, özümə və özlərinə qarşı təhlükəli olduğumu deyirdilər...
Mənsə, mən idim, həminki Mələk...Xilas olunmu həyatım, qəlbim və ruhumla, məhv olmuş gələcəyimlə, gəncliyimlə...
Yadımdadır, son olayın üstündən bir ay keçmişdi. Birdən qapımız döyüldü.Elə bildim, yenə atamdı, kişiliyi yadına düşüb və atalıq etmək istəyi yaranıb, vicdana gəlib! Qapını açdım, önümdə duran atam deyildi, həyatımı qurtaran oğlan idi...Arzu eləmədiyim xilaskarım...Şokda idim, yerimdə donub qalmışdım...O isə əlində iki gül dəstəsini uzadib gülümsənirdi, o sanki işıq saçırdı, sanki günəş idi, yeni inam, ümid, güc idi...Bəlkə də, yeni həyat idi...Bir gülü mənə, bir gülü anama verdi...

Комментарии