

Əziz oxucularım, bilirsiniz ki, mən obyektiv, tənqidçi, cəsarətli insan və yazaram, ağı ağ, qaranı qara görüb yazıram, reklam, yaltaqlığı da sevmirəm.
Hər şey sağlamlıqdan başlayır, sağlam bədəndə sağlam ruh olar, sağlam olmasaq, tam xoşbəxt ola bilmərik…
Mənim üçün mənim sağlamlığım çox önəmlidir, ölkəmizdə səhiyyəmizin səviyyəsini nəzərə alaraq, bir çox insanların xaricdə müayinə və müalicə olunduğunu danmaq olmaz…
Gizlətmirəm, mən yerli həkimlərimizə canımı və səhhətimi, sağlamlığımı etibar etmirəm, onların yazdıqları və səhhətə ziyan olan dərmanları da almıram, qəbul etmirəm, yazdıqları reseptləri isə zibil qabına tullayıram, çünki çoxusu beynəlxalq farmaseptik şirkətlərlə və bir sıra bahalı apteklərlə əlbir olub, bahalı və müalicə etməyən, təsirsiz dərmanları sırıyırlar pasientlərə… Hər yerdə belə deyil, amma belə yerlər də az deyil… Yalnış qoyulan diaqnozları, səhv yolla edilən müalicə və insan ölümlərini hələ demirəm…
Gizlətmirəm, mən yerli həkimlərimizə canımı və səhhətimi, sağlamlığımı etibar etmirəm, onların yazdıqları və səhhətə ziyan olan dərmanları da almıram, qəbul etmirəm, yazdıqları reseptləri isə zibil qabına tullayıram, çünki çoxusu beynəlxalq farmaseptik şirkətlərlə və bir sıra bahalı apteklərlə əlbir olub, bahalı və müalicə etməyən, təsirsiz dərmanları sırıyırlar pasientlərə… Hər yerdə belə deyil, amma belə yerlər də az deyil… Yalnış qoyulan diaqnozları, səhv yolla edilən müalicə və insan ölümlərini hələ demirəm…
Xahiş edirəm, səbrlə sonadək oxuyasınız, qəzəb və ya şəxsi, milli ədavətçilik, radikallıq kimi aqressiyanızı özünüzdə saxlayasınız, mənə şəxsən lazım deyil, mən tolerant insanam, mənim üçün insanların milliyyəti, dini, irqi, cinsi olmur, yetər ki, əsl insan olsun, sahəsinin peşəkarı olsun!
Yanvar ayının 8-də Azinforum saytının baş redaktoru tərəfindən təklif aldım. “Mediaya tibbi dəstək” layihəsi çərçivəsində media nümayəndəsi, bloqqer, jurnalist, köşə yazarı kimi bu layihədə iştirak etməyi və pulsuz olaraq tam tibbi müayinədən keçməyi təklif etdi. Düzünü desəm, çoxdandır ki, tam tibbi müayinə olunmaq istəyirdim, uyğun yer tapa bilmirdim. İlk verdiyim sual, tibbi mərkəz haqqında oldu, biləndə ki, “Azərbaycan – İsrail” Beynəlxalq Tibb Mərkəzidir, razı oldum. Çünki İsrailin səhiyyə və tibb sahəsində necə inkişaf etdiyini dana bilmərəm. Nəzərə alsaq ki, burada müayinə və müalicə edilə bilməyən bir çox xəstələr məhz İsraildə müalicə olunur və sağlamlığına qovuşur, təklifi qəbul etdim.
“Bir güllə ilə iki dövşan vurdum” deyimi yadıma düşdü. Dəvət edilən media nümayəndələrinin arasında real və virtual həyatda tanıdığım, media sahəsində əməkdaşlıq etdiyim bir çox dostlarım da var idi. Həm sağlamlığımla bağlı müayinə, həm də dostlarla görüş… Necə deyərlər, həm ticarət, həm ziyarət…
Bilirsiniz, ən yaxşı müalicə sevgi ilə, pozitiv ruh və düşüncələr ilə başlayır… Bilirsinizmi, beyin hər şeyi idarə edir, özünə təsir böyük önəm kəsb edir? Bilmirsinizsə, bilin. Bilirsinizmi, xəstənin müalicə olunması üçün həkimin peşəkarlığından əlavə, xəstəsinə hörmətlə və sevgiylə yanaşması, anlayışlı, səbrli, pozitiv olması, xəstənin həkimə etibar etməsi önəmlidir? Bilmirdinizsə, indi bildiniz.
Keçək əsas mətləbə. Bu gün saat 11-də artıq adı çəkilən mərkəzdə idim, qeydiyyatdan keçdikdən sonra tam tibbi müayinə üçün ilk növbədə, məni laboratoriyaya yönləndirdilər. Öz xəstəliklərimdən xəbərdar olan insan kimi konkret hansı həkimlərə müraciət edəcəyimi öncədən bilirdim, ən əsası peşəkar allerqoloq, kardioloq, ailə həkimi terapevt, nevroloq, dermatoloq, genekoloq axtarırdım. Axtaran tapar…
Bilirəm ki, qanım azdır, allergikəm, uşaq vaxtı epidemiya zamanı sarılıq xəstəliyinə tutulmuşam, məlum səbəblərdən kardioloji və nevroloji bəzi problemlərim ola bilər. Yalandan niyə deyim ki, sağlamam?!
Qan təhlili verəndən sonra keçdim, USM-ə, daxili orqanlarım-öd kisəsi, qaraciyər, böyrəklər, mədə altı vəzi, dalaq müayinə olundu, şükür bir xəstəlik çıxmadı, şəkərli diabet də, olmadı, hələ əlavə olaraq sarılıq xəstəliyinin insandan keçməyən mənfi nəticələrindən ehtiyat edib, hepatit B və C üzrə də, qan təhlilini verdim, şükür o da neqativ çıxdı.
Sonra dermatoloq, allerqoloq Nurlan bəyin qəbuluna getdim, desəm ki, cəmi 3 dərman yazdı, ünsiyyət zamanı bütün suallarıma cavab tapdım, yəqin ki, inanmayacaqsınız, amma bu belədir, cəmi 3 dərman, özü də ki, bahalı olmayan və orqanizmə zərərli olmayan dərmanları yazdı. Mən özüm də həm sevindim, həm də təəccübləndim.
Sonra qan təhlilinin nəticəsi təsdiq etdi ki, qanım azdır, hemoqlabinim azdır.
Bizim bəzi həkimlərimizin qoyduğu nevroz və digər əsəb xəstəliyi diaqnozları səhv çıxdı, nevroloji problemlərim yoxdur. Buna görə nevropotoloq həkim Xəncan bəyə təşəkkürümü bildirirəm, çox xoş ünsiyyətimiz oldu, həqiqətən də sakitlik və rahatlıq gəldi iç dünyama… O qədər pozitiv, maraqlı və səmimi insan və həkimdir ki, onunla saatlarla danışmaq olar.
Ailəvi həkim terapevt Hikmət Ramixanov da, şikayətlərimi, verdiyim sualları dinlədi və məsləhətlərini verdi, suallarımı cavabsız qoymadı. Məsləhətləri dəyərli olduğundan və doğru hesab etdiyimdən. dedikləri ilə tam razılaşdığımdan məsləhətlərinə əməl edəcəyəm.
Kardioloq Vüsalə xanımın qəbulunda da oldum, eko-kardioqrammadan keçdim, nəzərə alsaq ki, ailəmizin üzvləri arasında ürək xəstəliyinə meyllik var, işimdə stress və həyəcanlar, kəskin yorğunluq, narahatçılıq olur, bunların hamısı ürəyə təsir edir, ürək insanın önəmli daxili orqanıdır, ürəksiz həyat yoxdur, insan yaşamır, o zaman Vüsalə xanımın işinin nə dərəcədə məsuliyyətli olmasını anlaya bilərik. Həqiqətən də çox savadlı və işini bilən kardioloqdur. Ciddi bir problemim olmasa da, ürəyimi qorumalıyam…
Genekoloq həkim Səbinə xanımın adını xüsusilə vurğulamaq istəyirəm. Çünki həqiqətən də, “göydə axtardığımı yerdə tapdım”. Birinci gün USM etdirib, genekoloji problemlərimin olub olmadığını və olduğu halda, müalicə yollarını müzakirə edəcəyik. Çox səmimi, istiqanlı, mehriban xanım həkimdir.
Bir məsələni də qeyd edim, Tibb Mərkəzinin təmsilçisi Aleksandr Şapiro və onun xanımı Tibb Mərkəzinin Direktoru Səbinə Mustafayeva (həkim genekoloq) çox sadə və mehriban insandırlar. Azərbaycanda baş həkimin və ya xəstəxana, tibb mərkəzinin direktorunun qəbuluna düşmək çox çətindir, qalsın ki, onunla ünsiyyətdə olmaq və müəyyən mövzularda maraqlı müzakirələr aparmaq. Dostlaşdıq. Səmimi, təbii, mehriban, ünsiyyətcil və ağıllı insandırlar. Cənab Şapiro Suliman həm də sülhməramlı səfir və insan haqqları üzrə komissar, yaxın şərqdə beynəlxalq diasporanın rəhbəridir.
Azinforum saytının verdiyi məlumata görə Beynəlxalq Tibb Mərkəzinin Bakı şəhərində olan ofisində Mətbuat Şurasının sədr müavini Umud Mirzəyev, Nərimanov rayon Gənclər İdman idarəsinin rəisi Nəcəf Novruzov, Beynəlxalq Diaspora Mərkəzinin sədri İsmayıl Ağayevin təşəbbüsü ilə ölkənin tanınmış KİV-lərini təmsil edən 40 nəfər jurnalist və media orqanının rəhbərləri pulsuz tibbi müayinədən keçmişdir. Saat 10-00 -da başlayan aksiya 16-00 qədər davam etmişdir.
Aleksandr Şapiro və xanımı Səbinə Mustafayeva başda olmaqla,“Azərbaycan – İsrail” Beynəlxalq Tibb Mərkəzininin əməkdaşlarına, Məhəmmədəli Qəribli öndə olmaqla, Azinforum saytının əməkdaşlarına, Mətbuat Şurasının sədr müavini Umud Mirzəyev, Nərimanov rayon Gənclər İdman idarəsinin rəisi Nəcəf Novruzov, Beynəlxalq Diaspora Mərkəzinin sədri İsmayıl Ağayeva və jurnalist dostlarıma bu gün və bu cür xeyriyyə təşəbbüsünə görə öz dərin minnətdarlığımı bildirirəm.
Doğru seçim etmək və sağlam olmaq, sağalmaq və ya ölmək seçimi insanın öz əlindədir, hər sahədə uğurlu olmaq istəyirsinizsə, ancaq o sahənin peşəkarları ilə işləyin.
Sonda isə sizə Tibb Mərkəzinin Bakı ofisinin əlaqə vasitələrini verirəm.
«Azərbaycan-İsrail Beynəlxalq Tibb Mərkəzi» MMC
Tel: (+994 12) 436 28 31
Mob: (+994 55) 577 83 63
FB.com/ Azerbaycan Israil Beynelxalq Tibb Merkezi
E-mail: azerisra@hotmail.com
Sağlam olun, xəstələnmisinizsə, tez şəfa tapın və peşəkar həkimlər tərəfindən müayinə və müalicə olunun, xəstələnməyin.
Комментарии