Sağlam ruhumuz


IMG_5902
Nə canımız sağlamdır, nə bədənimiz, nə xarakterimiz, nə ağlımız, beynimizdəki fikirlərimiz, düşüncələrimiz, qərarlarımız, nə qəlbimiz, qəbimizdəki hiss və duyğularımız…
Sağlam bircə bu bədənimizi tərk etməyə tələsən ruhumuzdur…
Nostalji hisslər, musiqi, gözlərimizdəki itkini, dərin yaralarımızı, kədərimizi unutmuruq, unudulmuruq, unuda bilmirik… Unutmuruq ki, sağalmasın əzab çəkək, ağrıtsın, xoşbəxt olmayaq… Layiq bilmirik özümüzü xoşbəxtliyə, bir səbəb axtarıb tapırıq…
Yaxşı insan deyilik, nümunə deyilik kiməsə… OLmaq da istəmirik…Bizə hər kəsin ərk edib verdiyi sual, ərkyanə məsləhətləri bizi bezdirir…Susmaq istəyirik… Susduqca, daha çox əzab çəkmək, itkilərimizi unutmamaq, səhvlərimizlə yaşamaq istəyirik…
“Bizi sevməyin”-deyirik… “Sevginizə layiq deyilik”-deyirik… Bunu Sizə əminliklə deyirik…
Ruhumuzu xilas etmək, sağlam qalmasını təmin etmək istəyirik əslində hər kəsdən uzaqda… Müdafiə olunuruq, hücum edərək…

Комментарии