Çox adam tənha olmaq istəyir, müəyyən bir vaxt ərzində tənha qalmaq istəyir, bezir insanlardan, hər kəsdən, bəzən elə sakitlik istəyirsən ki, başını götürüb harasa qaçmağı arzulayırsan, tənha, adamlar olmayan yerə… Fikirlərini, hisslərini yerbəyer etmək, həyatını, gələcəyini planlaşdırmaq üçün tənha qalmaq istəyirsən… Tənha qalmaq bəzən yaxşıdır, uzun müddətə deyil, qısa müddətə…
Tənha qalmaq nə deməkdir?Tənhalıq!
- Tənhalıq tək ağlamaqdır, başını boynuna qoyacaq, sarılacaq və birgə ağlayacağın bir kimsənin olmamasıdır;
- Tənhalıq etibar edib, paylaşacağın. məsləhətləşəcəyim kiməsə ehtiyac duymaqdır;
- Özündən asılı olmaqdır;
- Xəstələnəndə xəstə hal, qızdırmayla yemək bişirmək, çay dəmləmək, aptekə gedib dərman almaqdır;
- Tənhalıq marketə, bazara tək gedib, tək özün üçün bazarlıq etmək, yükünü ağırlığından asılı olmayaraq özünün daşımasıdır;
- Öz-özünə yazmaqdır, sanki gündəliyin olmaqdır özünə;
- Tənhalıq tənha olduğun və evdə səni kimsə gözləmədiyi üçün evə ancaq yatmağa gəlməkdir;
- Tənhalıq evdən uzaqlaşmaq, qaçmaqdır;
- Tənhalıq iştahsızlıq, yemədən yatmaq, təklikdə gəzməkdir;
- Tənhalıq göz yaşları və düşüncələrlə, ağrılarla baş-başa qalıb yuxuya getməkdir;
- Tənhalıq evindəki və ya iç dünyandakı sükunəti özünün pozmağındır;
- Tənhalıq vaxtın tez keməsini və günün tez keçməsini arzulmaqdır;
- Tənhalıq bayramlardan imtina etməkdir, onları qeyd etməməkdir, çünki qeyd etməyə kimsən qalmayıb artıq;
- Həyatındakı yaxşılıqları və yaxşıları, pislikləri və pisləri unutmamaqdır;
- Darıxmaq, həsrət çəkmək, ümid etmək, inanmaq və bunlarla özünü təsəlli edib, aldatmaqdır;
- Bir qadın üçün qadınların da, kişilərin də sənə olan pis niyyəti, paxıllığı, söz-söhbəti, ittihamı, söyüşləri, təhqirləridir, kişilər tərəfindən edilən əxlaqsız təkliflərdir;
- Tənhalıq hər an öləcəyini anlamaq və öləcəyin zaman kimsənin vecinə olmamasını qəbul etməkdir;
- İntim həyata vida deməkdir;
- Hər işi özünün görməsidir;
- Başını işlə qatmaqdır və tənha olduğunu unutmağa çalışmaqdır…
Комментарии