Olsa da, işsiz, cibində vertu, çoxlu para,
Sürsə də, son model avtomobil, özü avara,
Yaramaz bir işə, olmaz dərman yaralı barmağa,
Uşaq mənimdir, toxunma, uşaqdır uşağım...
Getsə də, piyada yolundan, vursa da, adamı,
Çəksə də, kameralar, sus, dinmə, uşaqdır o, hələ
Qanmaz, savadsız, qudurğan olsa da, mənimdir,
Tək övladım, oğlum, qızım, varlığım, uşağım...
Yolda döysə də, kimisə, atsa da atəş kiməsə,
Neyləyim, ərköyündür, yetimdir bir tərəfdən,
Böyüyüb tək, tükənməyən pul içində, uşağım,
Döymə, tutma, toxunma, uşaqdır uşağım...
Qoy kəssin kiminsə yolunu, alsın onun pulunu,
Qoy öldürsün, yaralasın kiminsə qızını, oğlunu,
Salsın dava, söysün qadını, milləti, var-yoxunu,
Dəymə, anlamır, "çox sadədir" mənim uşağım...
Çəksin maşına qoy qara pərdə,
Saxlama ay polis, mənim övladımı,
Saxlasan, zəng edəcək rəisinə,
Olanım budur, oxşayıbdır özümə...
Комментарии