Allaha yazdığım son məktubum...

Sənə son məktubumu yazıram...
İncimişəm səndən növbəti dəfə...
Daha məni eşitmirsən... Daha dayaq deyilsən mənə... İtirdikcə itirirəm, bezdikcə, bezirəm, yoruluram, əzab çəkməyə başladıqca, daha çox əzab çəkirəm, yaşamaqdan usanmışam... Aldıqca, alırsan əlimdən hər şeyimi... Bircə qalıb işim, bir də mənim olmayan ev... İnsanlar da gəlib keçir həyatımdan...
Keçmişimə daha çox nəzər salıram, həyatımda olan insanlara, hadisələrə, hər kəsə və hər şeyə... Nəticə çıxarmağa çalışıram... Səhvlərimi təkrarlamamaq istəyirəm, insanlara inanmamaq, sevməmək, sevilməmək üçün özümü qorumağa çalışıram...
Sənə yazmaq, səninlə danışmaq da mənasızdır... Öz öhdəmə buraxmısan məni, həyatımı...
Daha nə şikayət edə bilirəm, nə də ki, xahiş... İndi daha çox ağlayıram, susuram, yenə də ağlayıram, paylaşıram danışdıqca, xeyri olmur, ağlayıram...
Bəlkə heç ərə getməməli idim, sevməməli idim, olmamalı idim ana... İndi bu cür çəkməzdim iztirab, ağlamazdım, atam haqlıdır...
Yalan danışmağa çalışıram, başqaları sevinməsin bədbəxtliyimə... Mahircəsinə gizlədirəm kədərimi, həsrətimi, gülürəm, zarafat edirəm... Artıq özümü də aldatmağı bacarmışam... Afərin mənə... Böyük qüvvəyəm...
Güclüyəm, amma zəifəm öz önümdə... Yarım qalmışam axı, tam deyiləm... Ağrılarım var, yaralarım var, unutdurmuram onları özümə...
Onsuz da unutmusan məni, biganəsən... İçməyə, çəkməyə başlamışam, sənin kimi özümü unutmaq üçün...
Bir tək səninlə səmimiyəm, nə gizlədim axı səndən... Səndən nəsə gizlətmək olar ki, məgər?! Əsla! Sən məni də görürsən, ətrafımdakıları da, mənim etdiklərimi də görüb, bilir, eşidirsən, ətrafımdakıların mənə etdiklərini də... Qınama məni, dəyişməyimi, anla məni, dəyişməliyəm... Sən məndən imtina etdiyin gündən özüm-özümü qorumalıyam... Özüm varm özüm üçün...
Bilirəm, niyə susursan, sən də bezmisən məndən, səni də yormuşam...
Neyləyim, tək həmdəmim sən idin, tək sənə etibar edə bilirəm... Sənə dediklərim səndə qalır, sirr saxlamağı bacarırsan...
Tək dostum sənsən... İnsanlardan insanlara dost çıxmaz... Heyvan insanlardan daha yaxşıdır... İnsanlarla duz -çörək kəsirsən, etibar edirsən, yaxın bilirsən, o isə sənə zərbə endirir, pislik edir... İnsanlardan bezmişəm...
Bir xahişim var, son xahişim, apar məni bu dünyadan... İstəyirsən sal cəhənnəmə, istəyirsən cənnətə, istəyirsən, ruhum dünyanı dolaşsın, fərq etməz... Təki bu bezdiyim dünyadan, həyatımdan xilas et... Al məni insanların əlindən... Al məni öz əlimdən... Qoyma artıq günaha daha çox batıb... Batdıqca, bataqlığa yuvarlanıram, batdıqca, palçıq, çirkaba, dəyişirəm simamı, itirirəm insanlığımı... Məni hamı kimi olmadığım, qəlbimin saflığına görə sevmişdin axı... Xilas et qəlbimi, qoyma ləkələyim onu... Qoyma ruhum olsun əxlaqsız...

Комментарии