
İnsana xas olan mənfi emosiyalı hissdir nifrət! Amma bu hiss hər bir kəsdə yaşayır, gec – tez müəyyən amillərin təsiri altında özünü göstərir, bir çox bəlaları özü ilə gətirir. Hər bir kəs nifrət edə bilər, bu insan çox zaman bizim sevdiyimiz şəxslər olur. Bizi incitdiklərinə, qəlbimizi yaraladıqlarına, qürurumuza toxunduqlarına, hərdən isə sevgimizi cavabsız qoyduqlarına görə nifrət etməyə başlayırıq, özümüzdən asılı olmayaraq.
Kiməsə nifrət edəndə ona bütövlükdə nifrət edirik. Hər bir əlamətdə onu gördüyümüzə görə əlamətlərə də nifrət etməyə başlayırıq. Hirsimizi soyudanadək onunla bağladığımız hər şeyə və hər kəsə nifrət edirik. Mən də insanam və mən də günlərin bir günü nifrət etdim. Mənim bu nifrətimin səbəbləri var idi:
- Yalançı olduğuna və süni göründüyünə görə TƏBƏSSÜMÜNƏ nifrət etdim.
- Diqqətləri özünə cəlb etmək məqsədilə seçdiyi GEYİM STİLİNƏ nifrət etdim.
- Həqiqəti məndən gizlətdiyinə görə SÖZLƏRİNƏ nifrət etdim.
- Sonadək bir an belə olsa, qəlbinin aynası olmadığından, yalana öz tutduğundan GÖZLƏRİNƏ nifrət etdim.
- Səmimilikdən, incəlikdən və saflıqdan uzaq TƏMASINA nifrət etdim.
- Gözlərinin yalanlarına şərik çıxıb həqiqəti gizlətdiyinə görə BAXIŞINA nifrət etdim.
- Kinayə dolu ZARAFATLARINA nifrət etdim.
- İradəcə çox zəif olan XASİYYƏTİNƏ nifrət etdim.
- Fikir və düşüncələrindəki, baxışlarındakı TƏRƏDDÜDLƏRİNƏ nifrət etdim.
- Hər kəsə və hər nəyəsə olan şübhələrin məhsulu olan İNAMSIZLIĞINA nifrət etdim.
- Daha çox xəyanətə bənzər VƏFANA nifrət etdim.
- Bir vaxt gizlətməyə can atdığı, lakin gizlədə bilmədiyi QARA KEÇMİŞİNƏ nifrət etdim.
- Sevgidən savayı yaşatdığı və yanlış olaraq sevgi adlandırdığı HİSSLƏRİNƏ nifrət etdim.
- Sevməmək sandığım və belə qələmə verib sevilməməyimi anlatdığı SEVMƏYİNƏ nifrət etdim.
- BİZƏ olan ümidləri doğrultmadığına, məni məyus etdiyinə və inamımı və BİZƏ olan ən saf hissslərimin qədrini bilməyib MƏNDƏN SADƏCƏ İSTİFADƏ ETMƏYİNƏ nifrət etdim.
- Qəlbindən gəlməyən və minnətəbənzər sevgi yolunda apardığı “SAVAŞINA” nifrət etdim.
- Gözlərindəki sevinc və heyranlıq parıltısını gördüyümdən BAŞQALARINA OLAN YALANÇI BAXIŞINA nifrət etdim.
- Ziddiyyətli səslənən və qəlbinə hökm edən, ağlına yad olan DÜŞÜNCƏLƏRİNƏ nifrət etdim.
- Qənaətlə və məna ilə sərf etmədiyi PULLARINA nifrət etdim.
- Ləyaqətsizliyə və mənəviyyatsızlığa doğru gedən HƏYAT YOLUNA nifrət etdim.
- Az da olsa, özünə və ən çox başqalarına – mənə əzab verən ÇIXARILAN QƏRAR və VERİLƏN HÖKMLƏRİNƏ nifrət etdim.
- Tək mənim və tək BİZİM olmayan XATİRƏLƏRİNƏ və tək mənə və BİZƏ bağladığın XƏYALLARA, DİLƏDİYİN ARZULARA və CIZDIĞIN GƏLƏCƏK BİRGƏ PLANLARIMIZA nifrət etdim.
- Məqsədinə çatanədək bezdirdiyi TELEFON ZƏNGLƏRİNƏ, İSMARICLARINA, daha sonra isə SƏNLƏ BAĞLI SÜKUNƏTƏ nifrət etdim.
- Gerçəkdə məğlubiyyət olan QƏLƏBƏLƏRİNƏ nifrət etdim.
- Qızların önündə özünü daim alçaldan QURTULMAZ ƏSARƏTLİ “AZADLIĞINA” nifrət etdim.
- Dağınıqlığı və səliqəsizliyi ilə fərqlənən SAÇLARINA nifrət etdim.
- Qəm və kədərlə dolu olan SEVİNCİNƏ nifrət etdim.
- Tənhalığı mənə dəfələrlə yada salan SƏNLƏ KEÇƏN GÜNLƏRİMƏ nifrət etdim.
- Tək mənim üçün darıxmadığını bildiyimdən DARIXMAĞINA nifrət etdim.
- BİZİ unutmağa icazə verməyən və hər dəfə ötməyə və keçməyə, getməyə məcbur olduğum YOLLARA, YERLƏRƏ nifrət etdim.
- Cavabsızlığı və qeyri – müəyyənliyi ilə fərqlənən layiq olmadığım, lakin onun tərəfdən bağışlanılan və mənə “taleyin hədiyyəsinin ünvan sahibəsi”nə çevirən İZTİRABLARIMIZA nifrət etdim.
- Ona bənzəyən və onun kimi qeyri – sabit olan FƏSİLLƏRƏ nifrət etdim.
- Hər səmimi sandığı və dediyi, yazdığı HAQSIZ SÖZ və İFADƏLƏRİNƏ nifrət etdim.
- Onun uğur adlandırdığı İTKİLƏRİNƏ nifrət etdim.
- Onun üçün zirvə sayılan, əslində isə alçaqlıqda olan MÖVQEYİNƏ nifrət etdim.
- Hər təsadüfi olmayan görüşlərdə barışdığımızı bildirdikdən sonra göndərdiyi qəzəb və kinayə dolu İSMARICLARINA nifrət etdim.
- Hər dəfə əsassız etdiyi MÜBAHİSƏLƏRİNƏ, İDDİALARINA, HÖMRANLIĞINA nifrət etdim.
- Olmayan, lakin hey danışdığı və varlığını sübut etməyə çalışdığı, bunu bacarmadığı QÜRURUNA nifrət etdim.
- Hər dəfə sevgimi xatırladan və onu yaşadan dostlarımızla birgə çəkdirdiyimiz ŞƏKİLLƏRİMİZƏ, bayram günü özünü diqqətli göstərmək naminə etdiyi, əslində isə süni və təbiətinə yad olan TƏBRİKLƏRİNƏ nifrət etdim.
- Sonda öz QƏLBİMƏ, orada BİZƏ yeri boşalmayacaq və başqa birisi ilə əvəzlənməyəcək yeri verdiyinə görə nifrət etdim, AĞLIMA BİZİMLƏ bağlı fikir və düçüncələri yaddaşdan poza bilmədiyi və onları yaşatdığına görə nifrət etdim, doğrulmayacaq ÜMİDİMƏ, ölməyəcək İNAMIMA nifrət etdim. Özümə nifrət etdim, qəlbimlə, ağlımla, ümidimlə, inamımla bərabər BİZƏ sözdə nifrət etdiyim və qəlbimdə əslində nifrət etmədiyim, hələ də BİZİ sevdiyimi dərk etdiyim üçün SEVGİMƏ nifrət etdim. Onu sevgimə layiq bilməsəm də, onu sevirəm, günahım var, özümə də nifrət etməyə haqqım var!!!
Mənim daxili aləmimdə qış fəsli olan zaman zahiri aləmimdə yay fəslini necə sezə bilərdin axı?! Məni necə süni adlandıra bildin?!
Комментарии