
Bir halda ki, vətəndaşıq
Bir halda ki, lalıq, karıq
Faciəyə göz yumanıq –
Vətənə bizmi övladıq?!
Qarabağı qorumadıq,
Soyqırıma məruz qaldıq
Tökülən qana baxmadıq
Vətənə layiq olmadıq –
Vətənə bizmi övladıq?!
Keçmişi tək pozammadıq
Tarixi də yaşatmadıq
Şəhidlərçün ağlamadıq
Dərdimizə heç yanmadıq –
Vətənə bizmi övladıq?!
Vətən bizi çox yaşatdı
Sevgi ilə, hörmət ilə
Tarixə bir cümlə yazdı
Qana batmış qələm ilə –
“Layiqli övladım varmı?!”
Torpaqları biz itirdik
Sülh əmrinə cavab verdik
Qarabağdan sülhlə getdik
Soydaşları evsiz etdik –
Biz sülhə niyə aldandıq?!
Vətən bizim yerimizə
Şəhidlərçün yas saxlayır
Təbiət də Vətən kimi
Illər boyu hey ağlayır
Göz yaşını saxlamayır!
Bir vaxtlar var idi döyüşə həvəs
Vuruşmadıq, sülh istədik nədənsə?
Qərbin sülh toruna biz düşdük əbəs
“Sülh!” əmri verildi vuruşan kəsə.
Комментарии