
Bir gecə bəs etdi ki, darıxım sənin üçün…
Bəs etdi ki, anlayım nə qədər yaxın, həm də uzaq olduğunu…
Bəs etdi ki, insanlığını görüm, etibar edim sənə…
Bir gecə bəs etdi ki, susum, gözlərimdən oxuyasan demək istədiklərimi, deyə bilmədiklərimi, söylədiklərimin alt mənasını tutasan…
Bəs etdi ki, qoxun hopsun mənə, çəkim içimə…
Bir gecə bəs etdi ki, yanım ehtirasında, odunda alışım, soyuqqanlığında donum, üşüyüm…
Bəs etdi ki, qucaqlayasan məni, buraxmayasan… Hiss edim özümü, qadınlığımı, əsl kişisən, bilim ki, sən varsan, məni qoruyacaqsan. Dəyməz xətrimə, incitməzsən məni…
Bəs etdi ki, həm uzaq olum səndən, həm də yaxın, bir az məsafə qalsın aramızda… Mən sənin deyiləm, sən də deyilsən mənim…
Bir gecə bəs etdi ki, bir gecədə yaşandı, başladı, bitdi…
Bir gecə bəs etdi ki, birlikdə ağlayaq, gülək… Bu qədər ziddiyyətli oldu bir gecə…
Tək özümə yetmədi bir gecə… Mənə az oldu, ya çox bir gecə?! Bilmirəm hələ…vvvvv
Комментарии