Foto: Nofəl Ümid
Bəxtsizlik bilirsən nədir?!
Hər səbəbdən bəxtim yoxdur deyir bir çox insanlar...
Əsl bəxtsizlik qalıb kənarda...
- Bəzisi üçün bəxtsizlik işə gedəndə, geyinəcəyi dikdaban ayaqqabının evin pilləkanında düşən zaman qırılması, 100 ayaqqabı içində başqasını axtarıb, tapıb geyinməsi və işə gecikməsidir;
- Bəxtsizlik işə gedəndə İçərişəhər qatarına çatmayıb, 6 dəqiqə növbəti qatarı gözləməkdir ayaq üstə;
- Saçını bahalı yerdə rənglədəndə, görürsən ki, arada bir iki ağ saç var, tərslikdən başın ön tərəfindədir, gözə girir o saat;
- İşdən evə qayıdanda, yolun Nərimanov metrosundan sonrakı stansiyalar olanda, qatar boş gəlsin, minmək istəyəsən, sonra biləsən ki, qatar bakmilə gedir;
- Lazım olmayanda mobil telefonunda internetdə, balansında pul da olar, lazım olanda bitər hamısı;
- Maaş verilən günü plastik kartı evdə qoymaq;
- Uzun müddət istifadə etmədiyin gold plastik kartın pin kodunu unutmaqdır;
- Şənbə günü səhər tezdən oyanıb işə getməkdir;
- Bir bazar günü istirahət günün olanda, o günə bir həftəyə yığılıb qalmış işləri saxlamaq, görmək və yorğun halda, yuxuya getməkdir;
- Ac olanda, yemək, bir az yeyəndən sonra tox olmaq, doymaqdır;
- Gözəl havada evdə oturmaqdır, evdə oturmayıb gəzməyə çıxanda, külək və yağışın soyuğu altında üşüməkdir;
Комментарии