
- Sizin üçün Sevinc Səfərova kimdir?
Sevinc Səfərova mənim üçün – okeanda üzən delfin.
- Sevinc adının mənası “Sevinmək, müsbət əhval” deməkdir, bu sözləri özünüzə aid edirsinizmi?
Kənardan xoşbəxt görünsəm də, deməzdim ki, həyat üzümə gülüb, adımla bərabər. Bəzən düşünürəm, adım kədər olsaydı, daha uyğun olardı.
- Sizin üçün uğur düsturunun elementləri nədir?
Hər kəs deyəcək ki, savad məntiq, mən isə bir az fərqli yanaşardım. Uğur şansdır, istək öncə olsa da!
- “Qızıl ortaqlıq, hər şey və ya heç nə” prinsiplərindən hansını seçirsiniz?
Hər şey. Qızıl ortaqlıq olmur… Ya hər şeyə sahib olursan ya da …Mən hər şeyi seçirəm.
- Sizcə təsadüflər zəruriyyətdən doğurmu?
Təsadüflər … Həyatımda gözləmədiyim təsadüflər olub… Məncə, doğrudur…
- Həyat bir məktəbdir, bu məktəb sizə hansı dərsləri keçib?
Mənim həyat məktəbim mənə əməlli şəkildə dərs keçib. Gördüyüm hadisələrdən tutmuş yaşadıqlarım məni okeanın dibindən göyün boşluğunacan gətirib çıxardıb.
- “Hər şərdə bir xeyir var” fikri ilə razısınızmı?
Baxır vəziyyətə… Hər şeydə xeyir olduğu kimi, hər şeydə 1000 ziyan var… Yalnız 1000 xeyir bir ziyan ola bilməz.
- “İt hürər, karvan keçər” bu prinsipə riayət edirsinizmi?
İt hürər karvan keçər… Bəzən hürən it bizi məğlub edilməyəcək qədər qüvvətli edir.
- Sonrakı peşimançılıqda fayda varmı?
Peşimançılıq səhvdən yaranan amildir, faydası da o olar ki, bir də peşman olmamaq üçün o səhvləri etmərik. Burda isə dediyiniz təsadüflər ortaya çıxır… Bilmirik ki, o an yenə hansı gələcək peşimaçılığa yol açacaq.
- Sizcə susmaq razılıq əlamətidir, yoxsa yola vermək və ya mübahisələrdən qaçmaq?
Nə deyim?Hər şey vəziyyətdən asılıdır.
- Sizin üçün ən uğurlu sərmayə nədir?
Maraqlı sualdır.Bu gün atdığın hər düzgün addım gələcəyin sərmayəsidir.
- Sabah öləcəyinizi bilsəydiniz, nə edərdiniz?
Bu haqqda hər gün özümə sual verirəm…Hətta uşaqlıqdan məni izləyən bir sualdır. İllər keçsə də, cavabların bəzisi qalır, məsuliyyət isə artır. Əslində, real o anı hiss etmək xəyaldan və təsafürdən çox uzaqdır.Ona görə də qorxuram bu suala cavab verməyə.
- Zaman içində səyahət maşınınız olsaydı, hansı dövr və məkana getmək istəyərdiniz və niyə məhz o zaman və məkanı seçirsiniz?
Sürət maşını? Nağıllar aləmini seçərdım. Zamanı və məkanı olmayan yeri.
- Əsl dost –xoş günün dostudur, ya dar günün?
Əsl dost hər zaman yanında olmalıdır. Dost elə bir varlıqdır ki, səninlə bərabər yaşayır və ya yaşamır.
- Maraqlı yazılar yazmaq, fəlsəfəni anlamaq başqa bir yaradıcı istedadınız varmı?
Maraqlı yazı fəlsəfə olmasa da… Fəlsəfi yazı yazmaq üçün həyatı dərindən anlamaq lazımdır. Onu da yaza bildiyimi bilirəm.
- Tənqidə münasibətinizi bilmək olarmı?
Tənqidi sevirəm. Çünki tənqid yalnız insanı prinsipləşdirir, irəli və daha kreativ olmağa vadar edir.
- Riski sevənlərdənsiniz, yoxsa riskdən qaçanlardansınız?
Risk yoxdursa, həyatda maraq olmaz. Sevirəm və risk edirəm.
- Sizcə Siz özünüzü yaxşı tanıyırsınızmı? Sizin dost və düşməniniz olan cəhətləriniz hansılardır?
Özümü tanımıram bəzən. Dost cəhətimi deyə bilmərəm. Düşmən cəhətim isə hamıya inanıram. Kimsə “pisdir və ya pis ola bilər” fikirləri məndə olmur.
- Sizcə, yazılarınızın qəhrəmanları Sizin yerinizdə olmaq istəyərdimi?Bəs Siz öz yazılarınızın qəhrəmanlarının yerində olmaq istəmisinizmi?
Yazılarımın qəhramanına özüm olmağı arzulamazdım, lakin çox qəhramanlarda özüm varam.
- İndiki gəncləri necə təsvir edərdiniz və onlara tövsiyyəniz nə olardı?
Gəncləri daha çox müvəffəqiyyətə doğru gedən görmək istərdim. Sabah utanmadan yaşamaqlarını arzu edərdim.
Çox sağ olun Günel Fərhad qızı. Sizə də uğur və xoşbəxt olmağınız diləyi ilə ayrılmıram, hər zaman yanınızda sevincinizə sevinmək arzusu ilə sağ olun.
Təşəkkür edirəm, Sevinc xanım.
Söhbətləşdi: Günel Fərhadqızı
Комментарии