
Yığ ovcuna bir az suyu, susuzlayan zaman içim ovcundan...
Ovcuna yığ bir daha suyu, yuyum əl-üzümü, günahlarımı...
Yığ ovcuna bir az torpaq, olsun əsası başlanğıcın, davamın...
Yığ ovcuna bir az torpaq,tök yerə, bellə, ağac ək, versin bar...
Yığ ovcuna meyvələri, birdən ürəyim yolda istəyər, nəfsim çəkər...
Yığ ovcuna meyvələri, xəstəyəm axı, təbii dərmanım olar...
Yığ ovcuna pullarını, bax yaxşı, mənə onlar lazım deyil...
Yığ ovcuna pullarını, al hər şeyi, hər kəsi, məndən başqa...
Ovcun boşaldısa, yum gözlərini, bağla əlinlə onları...
Qaranlıq, zülmət, əsarət, bir azdan gələcək kadr, xəyallar...
Tıx qulağının dəliyini, eşitmə, kənar səsləri, dinlə ürəyinin səsini...
Qoy əlini ürəyinə, vurur nəbzin, say birdən yüzədək...
Bir dəqiqədə neçə dəfə vurdu qəlbin, yaşayırsan hələ də...
Nəfəs al dərindən, ver, aç gözlərini, qulaqlarını, bax, dinlə, həyat var!
Комментарии