Darıxmaq…


Ramil Merzili 1
Ramil Mərzilinin eyni adlı şeirinə cavab
Yenə onsuz darıxırsan,
Adı yoxdur Darıxmağın…
Səhər gəlir, anlayırsan,
Gecə gəlir Darıxmağın…

Bu darıxmaq elə sənsən,
Özün üçün darıxırsan…
Darıxmağın dadı birdir,
Ya şirindir, ya da acı…

Darıxmağın yolu birdir,
O da gəlir qəlb, könlündən…
Darıxmağa qədər yollar,
Üçdür, beşdir, yüzdür, mindir…

Darıxmağın vardır sağı,
Darıxmağın vardır solu,
Darıxanda, bax yuxarı,
Darıxanda, bax aşağı…

Darıxmaqdan asan nə var?
Bəs edər bircə xatirə…
Darıxmaqdan çətin nə var?
Xəyallar verər işgəncə…

Darıxmağın rəngi sənsən,
Darıxmağın qoxusu O,
Səndən ona əsir külək,
Küləkdə də var darıxmaq…

Darıxmağı burax artıq,
Darıxmağın özü getmiş…
Darıxmağın sözü bitmiş…
Darıxmağı üzmə, barı…

Комментарии