Rus dilindən tərcümə
Bu yaxınlarda oturub insanın daxili insanı haqqında düşüncəyə dalmışdım. Fikirləşirdim, bu insan necə bizi hərdən idarə edə, hərdən isə bizə lazım olmayan, ya da bizim üçün təhlükəli olan işləri görə bilər! Hərdən bizim zahirən göstərmək istədiyimizdən kəskin fərqlənə bilər, məsələn: biz zahirən sakit və səssiz görsənə bilərik, halbuki o, mülayim deyil, dəlisov ola bilər, biz çox gözəl və hətta çox cəlbedici ola bilərik, amma o, qorxunc və iyrənc ola bilər. Bəzən isə, əksinə ola bilər, insan özünü güclü və lazımlı göstərə bilər, halbuki daxilən zəif və inanılmaz komplekslərlə dolu olmasıyla yanaşı, çox gözəl,çox zərif ola bilər, zahirən bunu görməmək də mümkündür! Budur, nə şeydir, fikirləşdim mən, bəs bu insanla daxili kompramissə-razılığa gəlmək ola bilərmi? Ona uyğunlaşmaq, ya da onu özünə uyğunlaşdırmaq olmazmı? Axı, biz hərdən tam başqa cürə hərəkət edirik! Biz onu gizlətməyə, bəzəməyə, bəzən isə ona “Sus, tss, özünü araya soxma, sənə görə utanacağam” deməyə çalışırıq! Düşündüm, düşündüm, bir anlıq bir fikirlə qarşılaşdım, axı bəzən belə edirəm. Bəzən onun bəzi cəhətlərini, vərdişlərini, adətlərini gizlətməyə çalışıram, sanki onlar heç yoxdurlar, amma nə qədər cəhd etsəm də, o boşluqlar tapır və özü bildiyi kimi etməyə qərar verir! Mən çaşmağa başladım, onu azaltmaq üçün nə etməliyəm, variantları seçməyə başladım. Onunla razılığa gəlməyə başladım (yox, düşünməyin, mən dəli deyiləm, şəxsiyyətin ikiləşməsi məndə yoxdur), onun könlünü almağa başladım, hətta onu ələ almağa çalışdım, lakin o, yenə də, inadkarcasına öz bildiyini etməyə davam edirdi! Mənim üçün artıq adət halını almış, yaradılmış obrazdan çıxmağa başlayır. Bu anda ağlıma fikir gəldi ki, onunla razılığa gəlmək lazımdır, amma əvvəllər razılığa gəlmək cəhdləri ilə deyil, bilikli, savadlı insanlar etdiyi kimi razılığa gəlmək lazımdır! Deməli, onunla razılığa gəlməyə kömək edən təsir dərəcəsi vardır! Bu mənə nə üçün indi olduğum kimi olmaq istəyimdə cəhdlərimi anlamağa kömək etdi, bu ona görədir ki, mən onu gizlətməməliyəm, yuxarıda yazdığım kimi, onu dəyişməli, yəni yeniləməliyəm! Bu isə, öz növbəsində, çoxlu güc tələb edir. Mən bunu əvvəl də çox gözəl anlayırdım, amma indi bunu daha yaxşı dərk edirəm. Bu işdə mənə onu itirməyim kömək etdi. Bu anda onu idarə etməməyə, ona tabe olmağa, ya da onun nə etmək istədiyinə qərar verməsinə icazə verməyə başladım! Etiraf edim ki, bu məni sevindirmirdi! Doğurdan da, mən bunu niyə yazdım! Bəlkə, ilk növbədə, özümə görə, necə deyərlər, özümü bunu qəbul etməyə məcbur etməklə, onun doğru olana qarşı çıxmaması üçün onu sındırrmağa məni sövq edəcək qənaətlərə gəlmək və bunu etiraf etmək üçün etdim! Buna görə də doğru olmayana doğru yönəlməyə belə fəal can atmırdım! Demək olar ki, gündəlik həyatımda məni idarə edən nəyisə dəyişməyə özümü məcbur etməkdir!
Комментарии