Rus dilindən tərcümə edən mən

Bir gün bir insan dəniz sahilinə gəlir və üfüqə doğru, uzaqlara baxmağa başlayır. Ona ikinci adam yaxınlaşır və ondan bir şey soruşmayıb onun kimi edir. Onları və bu mənzərəni görən və kənardan ötüb keçən üçüncü şəxs onlara qoşulmağı qərara alır. Bir müddət keçdikdən sonra dəniz sahilində onlarla insan dayanıb üfüqü seyr edirdi. Hər kəs öz tərəfinə baxır və özünə məxsus olacaq nəyisə gözləyirdi. Kimsə uzaqlarda gəmini görəcəyinə, ümid edirdi, kimsə sadəcə olaraq üfüqə baxırdı, kimsə nəyinsə baş verəcəyini gözləyirdi. Onlar səssiz çox dayandılar və demək olar ki, cınqırlarını belə çıxartmır, tərpənmirdilər.
Amma birdən birinci dəniz sahilinə gələn adam diz üstünə çöküb ağladı. Ona heç kim fikir vermədi. Kimsə düşündü ki,o, yorulub, kimsə qərara gəldi ki, o, görmək istədiyini görmədi, kimsə buna heç fikir vermədi. Heç kim belə düşünmədi ki, o, nə üçün buraya gəlib uzaqlara baxırdı, onlar onun yanında idilər, lakin ona diqqət göstərmirdilər. Onların hər biri nəyisə gözləməyə aludə olmuşdular. Bəs nəyə görə o, dəniz sahilinə gəlmişdi? Nə üçün səssizcə uzaqlara, üfüqə baxırdı? Nə üçün diz çöküb ağlamışdı? Sadəcə, o gün o, hər şeyini itirmişdi, hətta tənha olmaq hüququnu belə…
Комментарии