
Zamiq Mehdisoyun eyni adlı şeirinə cavab
Yaşamağa nə vardı ki?!
Qoysaydılar, yaşamağa,
Ölmək də çox asanlaşıb,
Qoymurlar amma ölməyə…
Deyirlər, çəkməliyik əzab,
Deyirlər, yara, dərdlər,
Xəstəliklər yaraşıqdır,
Həm həyata, həm ölümə…
Yaşamağa nə var ki,
Hər kəs yaşaya bilsə…
Baş qoşmasa, insanlara,
Yaşamaq da asanlaşar…
Yaşamağa nə var ki,
Öz yükümdür, onun yox,
Qoy daşıyım öz yükümü,
Çəkisi olsa da ağır
Yaşamağa nə var ki,
Tərəzidir daha çox
Bir tərəfdə sevincim,
Bir tərəfdə kədərim…
Комментарии