К основному контенту
Biz elə cəmiyyətdə yaşayırıq ki (IV hissə) (satirik, tənqidi, yumoristik yazı)

- Biz elə cəmiyyətdə yaşayırıq ki... Dəniz kənarında geyçimlə görsənən və yanında oğlanı olan və olmayan xanımlara pis baxırlar, müazkirəyə, məzxərəyə qoyurlar... Yanında oğlanı varsa, məşuqudur, əxlaqsızdır, yoxdursa, pisdir ki, tənhadır, yoxdur... Ya da ki, oğlan tutmağa gəlib, özünü, bədənini göstərib, toruna kimisə salmaq niyyətindədir... Sanki çimərliyə kostyumda, klassik və ya işgüzar geyimdə gəlmək lazımdır...
- Kitab təqdimatı və digər ciddi, ictimai tədbirlərə maraqlı və önəmli olduğu üçün deyil, kimisə "tutmaq", beynini yumaq üçün gedir bir çox insanlar...
- Bir xoş olmayan xəbərin çıxmasını gözləyirlər ki, onu müzakirəyə qoyub, qulpundan yapışsınlar, qazandırsa, dibi yanana və yanıq iyi çıxanadək bişirsinlər...
- Metroda eskalatorda sol tərəfi boş buraxmırlar ki, ötüb keçənlər sol tərəfdən keçsin... Hamısı solçu olub bizdə...
- Tənqidçiləri tənqid etdikləri, müşahidə, təhlil etdikləri, araşdıqları üçün tənqid edirlər... Guya hər şey yaxşıdır bu cəmiyyətdə...
- Rəhmətə gedənin dalınca nəyi var danışırlar... Guya dirilib səhvlərini düzəldəcək və ya ölənin yerinə səhvlərini bunlar düzəldəcək, özləri sanki günahsız, səhvsizdirlər...
- Kluba, diskotekaya gedənləri, ictimai şəkildə dostları ilə rəqs edənləri əxlaqsız bilirlər... Guya özləri evdən bayıra heç çıxmırlar...
- Harasa və ya kiminləsə, tək gedəndə hökmən orada bir şəkil çəkdirmək, məkanı tağ etmək, lazımdır...
- Virtual aləmdə olanlara "ovçunun ov axtarışı" prinsipi ilə yanaşanlar var... Bəlkə bir az mırt tutar, məzələnər, cool görsənərlər... Kimsə bəyənər... Deyər, "nə bomba şeydi"...
- Futbola canlı olaraq stadionda izləyən, futbol komandasına azarkeşlik edən aktiv qızlarımıza "babat şeydi, nə yanında olaydım", "təkcə sən səslə məni", "otur, sakit bax" deyənlər var... Sanki qadın cinsindən olanlar futbol azarkeşi ola bilməz... Baxanda da, sakit baxmalıdır, emosiyasız... Ətrafdakılar da futbola yox, qızlar olan yerə baxırlar...
- Ancaq bizdə qızlardan ibarət fan kluba oğlanlar da üzv olmaq istəyir... Görür ki, fan klubda qəşəng qızlar var...
- Yas zamanı molla Qurandan savayı hər şeydən danışır, hər sözü deyir, əsas surələr, Quran qalır kənarda və yas yerindəkilər mollaya deyir, nə deyilməlidir, nə edilməlidir... Kül olsun belə mollaların təpəsinə... "Əl-Fatihə" və digər qısa surələri belə doğru deyə bilmirlər... Beləcə yası yaxşıca yola verirlər... Mollanın da mobil telefonu susmaq bilmir, zəng zəng dalınca... Birisi onlara gərək başa salsın ki, belə yerlərdə telefonu ya səssizə qoymaq lazımdır, ya da söndürmək...
- Qəlyan, siqaret çəkən, şərab, çaxır içən qızlara əxlaqsız kimi yanaşırlar... Guya bunların nənələri tənbəki çəkməyib, tütün olmayıb evlərində... Guya evlərində nənə, babaları qəlyan nədir bilməyiblər, üzümdən ev çaxırı edib, içməyiblər... Hamısı mələkdir, hamısı pakdır...
- Dövlət və milli qürur mənbəyimiz olan dilimizə digər dillərdən sözləri qatıb o günə qoyuruq ki, rəhmətliklər rəhmətə getmələrinə sevinirlər ki, bu günləri görməyiblər...
- Hələ də ictimai nəqliyyat vasitələrində yer davası döyüb tərbiyə, mədəniyyətimizi göstəririk... Guya yer tapıb oturmasa, təcili yardım maşını ilə onu xəstəxanaya çatdırası olacaqlar, ya da elə yerindəcə bağrı partlayıb öləcək...
Комментарии