
Səbəbsiz olmur bəzən inkarlar, rəddlər, qadağalar… Əsası, səbəbi var hər birinin təməlində, mənalı, mənasız, məntiqli, məntiqsiz… Fərq etməz… Bəzən bizdən asılıdır… Bəzən isə bizdən asılı olmaz…
Hər “niyə”nin cavabı “ona görə”, “çünki” ilə başlar…
-“Mən səni sevirəm. Mənim olmalısan…”
- “Yox, olmaz!”, “Çünki evlisən… Evdə səni gözləyir xanımın, uşaqların…”
- “Mən səni sevirəm. Səni istəyirəm…”
- “Yox, olmaz!”, “Çünki yaşca məndən balacasan. Get yaşıdlarından birini seç… Mən sənin üçün artıq qocayam…”
- “Mən səni sevirəm. Mənə ərə get…”
- “Yox, olmaz!”, “Çünki ya boşanmışam, ya da ki, dulam… Ailən razı olmaz… Adımı qoyublar artıq… Barışmalısan…”
- “Mən səni sevirəm. Sən arzularımın qadınısan…”
- “Yox, olmaz!” “Ona görə ki, sənin üçün başqa namizəd tapıblar, tezliklə evlənəcəksən onunla…”
- “Mən səni sevirəm. Mənimlə yaşamalısan…”
- “Yox, olmaz!”, “Yoxdur öz evin… Kirayələrdə yaşamaq istəmirəm ölənədək…”
- “Mən səni sevirəm. Səni çox sevirəm…”
- “Yox, olmaz!”, “Sən mənim dostum, qardaşımsan…”
- “Mən səni sevirəm. Səni çox sevirəm…”
- “Yox, olmaz!”, “Anla artıq, hər sevginə, təklifinə, bir səbəbim, “Yox” cavabım mütləq vardır…”
Комментарии