"Bağışla"

Deyirsən mənə, "Bağışla",
Nəyim var ki, bağışlayım?!
Ağlım özümə lazımdır,
Sözlər isə özgəsinə...
Qəlbim özümə lazımdır,
Hisslər başqa birisinə...
Paylamışam hər şeyimi,
Saxlamadım mən özümə,
İndi nəyim qalıb axı,
Bağışlayım, yenə sənə?!
Hər gələnə nəsə lazım,
Götürür gedərkən, verməz...
Hər gələn nəsə istəyər,
Əvəzində heç nə verməz...
Verdikcə mən, almamışam,
Yığmamışam nələrisə...
Bəs sən mənə nə vermisən?!
Düşünürəm, axı, heç nə!
Əlim boşdur, ürəyim də...
Mənə qalan mən özüməm,
Özümü də qıymıram mən,
Kiməsə vermərəm əsla!
Sən nə tək, nə də ilksən,
Nə sonuncusan axı,
Hər kəs məndən nəsə alsa,
Özümə bəs nə qalacaq?!

Комментарии