К основному контенту
Qadınlarla bağlı fikirlərim…
- Ağıllı, güclü, savadlı, işgüzar və özünə güvənən kişilər ağıllı, güclü, savadlı, işgüzar və özünə güvənən qadınlardan qorxmaz. Əksinə, birlikdə əlbir olub, iş görər və irəli gedər, uğur əldə edərlər… Bu cür qadınlardan qorxan kişilərin ciddi problemlərinin olması danılmaz faktdır.
- Qadın 20 yaşında: Bircə ərə gedim, hər kişiyə potensial ərim kimi baxmalıyam.
Qadın 25 yaşında: Yaşım keçir, ərə getməliyəm…
Qadın 30 yaşında: Ərə getməyə niyə tələsdim axı?! Gərək tələsməyəydim…
Qadın 35 yaşında: Həyatımı məhv etdin, sənə rast gəldiyim gün ölsəydim kaş…
Qadın 40 yaşında: Özüm üçün yaşamadım…
Qadın 45 yaşında: O yaşım yoxdur artıq…
Qadın 50 yaşında: Bircə uşaqlarımı yerbəyer edim, gəbərim sonra…
- Qadağalar:
Qadın 20 yaşında: Olmaz. Ərə gedərsən, ərin bilər, özün bilərsən.
Qadın 25 yaşında: Olmaz. Qızışma… Birini taparsan, ərə gedərsən…
Qadın 30 yaşında: Olmaz. Çünki mən sənin ərinəm, belə istəyirəm.
Qadın 35 yaşında: Olmaz. Çünki mən varam. Sözüm qanundur.
Qadın 40 yaşında: Olmaz. Onsuz da o yaşın yoxdur. Kimdir sənə baxan… Məndən savayı kimə lazımsan axı?!
Qadın 45 yaşında: Olmaz. Sənin taylarının nəvələri var. Bambılı olma… Yaşından utan…
Qadın 50 yaşında: Olmaz. Öl öldüyün yerdə… Bir ayağın qəbirə gedir, 20 yaşın yoxdur.
- Qadın keyfindən boşanmır, tərk etmir, spirtli içki içmir, siqaret çəkmir, özünü xoşbəxt göstərmir…
Kənardan qınanılacağını bilə-bilə edərsə bunu, deməli cəsarətlidir, güclüdür, yaralıdır, bədbəxtdir, qəlbində boşluq var, ağlayır, əslində o qadın…
Комментарии