Atalar sözü poetik dildə…

İnsanlar inanıb daşlaşan zaman

İnanmaz nəyəsə daşlaşmış insan…

İnsanlar küsərlər nəsə umanda,

Ummadan küsməyə bəhanə olmaz…

İnsanlar səhrada gül, ağac əkir,

Cahillər karvanın önündə gedir…

“El içində öl içində” deyiblər,

El içində ölmüş ata-babamız…

Yazılan pozulmaz olsaydı əgər,

Danmazdı sözünü yazan insanlar…

Qız bəzək, oğul şərəf olarsa,

Ailəni gəlin bəzər, ərsə şərəf qoruyar…

Oğlanın oyunu oğlan oyunu,

Qızın oyununu fələk oynamaz…

Комментарии