Aztv

Azdır, sazdır bu tv…
Azad söz varmı, deyə bilmərəm…
Amma aparıcılarının yeri var…
Ölkədən birdəfəlik getmək istəyənlər aeroportda gözləmə zalında bu kanala baxsalar, əminəm ki, biletlərini geri qaytarıb, vətənlərini tərk etməzlər.
Vətəndaşlıqdan çıxmaq istəyənlərdən bu kanal müsahibə götürsün, bəs edər, həmin insan nəinki vətəndaşlıqdan çıxar, hətta internetdə oturub ölkəni təbliğ və reklam edər ki, hamı bu ölkənin vətəndaşı olsun…
Konkret istirahətdir…
Konkret yüksək motivasiyadır.
Konkret rahatlıqdır, hipnozdur, fərdi inkişaf proqramı, həyat kouçudur.
Aparıcıların və verilişlərdə seçilən mövzu və xarizmanı, informasiyanın təqdim edilməsini hələ heç demirəm. O başqa bir aləmdir.
Deyərdim ki, bəlkə bir az yavaşlayaq, sonra düşünürəm ki, mənəvi və ruh inkişafı tempi yavaşlamamalı, daim irəliyə doğru getməlidir.
Həm də ki, Aztv ilk ölkə telekanalıdır. Peşəkarlar yetişdirib, məktəbdir.
Həm də ki, Aztv heç olmazsa, çaşanda informasiya xarakterli, intellektual proqram və yarışları verir. Gənclər və uşaqlar üçün proqramlar nəzərdə tutulmuşdur.
Filmlərin tərcüməsi və dublyajını demirəm heç… Bu qədər etik və doğru tərcüməni haradan eşidə bilərik…
Aztv əxlaqı olmayanlar üçün bir əxlaq dərsi keçir.

Uşaq yaşlarımdan bəyənmişəm bu telekanalı, hələ binasını demirəm, uşaq vaxtından tez-tez ayaq döydüyüm yer olmuşdur.
Keyfi olmayan insanlar üçün əsl antidepressant vasitədir, hələ klassik musiqi zövqünü demirəm. göstərdikləri Bakı və fondakı sakit musiqini demirəm, lap əynini geyinib, o musiqini yükləyib, həmin yerləri gəzmək istəyir adam…

Комментарии