Bir…

Bir baxışla bax mənə, istər düz olsun, istərsə tərs… Baxışlarından qəlbinə gedən yol işıqlı olsun, bir də maneəsiz…

Bir öpüşlə öp məni, istər yüngül olsun, əlinlə havadan göndər öpüşü, istər öp əlimdən, yanağımdan, alnımdan, istər saçlarımdan… Öpüşün olsun könüllü, səmimi, doğma…

Bir qəlbinlə, ağlın ilə sev məni… Fəth et, zəbt et, sevdir özünü… Ruhun yaşasın, var olsun orda. Ruhunu hiss edim sevgində…

Bir söz demə… Deməmişdən öncə, anlayım deyəcəyini, bağrıma basım səni sevindiyimdən…

Bacarsan bunu, sevirsən məni…

Bacarmasan, unut məni, sənlik deyiləm…

Комментарии