1-ci ismarıc:
-Salam, ata, hardasan? Bayram yaxınlaşır, hamı səni gözləyir.
2-ci ismarıc:
Ata, sənə zəng edirəm, ismarıc yazıram, niyə susursan?
3-cü ismarıc:
Tvyə baxırıq, anamla nənəm xəbərlərdə nə eşitdilərsə, nigarandırlar, evdə var-gəl edirlər, anam ağlayır, nənəm onu sakitləşdirməyə çalışır. Ata, bilmirsən, nə olub?
4-cü ismarıc:
-Ata, evdə adət var ki, səni gözləyək, bayramda növbən bitir, sabah da balaca bacımın doğum günüdür. Bayrama özüm üçün heç nə istəmirəm. Bacıma sənin gəlişini hədiyyə etmək istəyirəm, tez gəl, gözləyirik.
5-ci ismarıc:
-Anam nənəmlə harasa gedirlər iki gündür, bacımı mənə tapşırıblar. Bacım isə ağlayır. Gəl, ata, qızını al qucağına, öp, qısqanmayacağam, inciməyəcəyəm, söz verirəm. Bu gün bacımın günüdür, bu gün o ağlamamalıdır, Ata.
6-cı ismarıc:
-Ata, anamla nənəm qayıdıblar, ağlayırlar, onlara deyiblər ki, qəza olub işlədiyin yerdə, sən də varsan ölənlərin arasında. Bir cavab yaz, nə olar, de ki, yalandır. Anam çağırır bacımla məni, yəqin bizə nəsə deyəcəklər. Səndən cavab gözləyirəm, bilirəm ki, ölməmisən.Tapşırdığın kimi sən gələnədək evin kişisi mən olacağam, səni məyus etməyəcəyəm, sən də məni məyus etmə. Gəl, darıxırıq.

Комментарии