Hamısı fırıldaq, yalandır, insanlardan istifadə edib, özünü inandıraraq, pul qopartmaqdır.
Birinci falçılardan başlayaq, ağlı və təhlil etmək, məntiqi düşüncəsi olan, mütaliə edən keçmişini, bu gün və sabahını da bilir, proqnoz verə bilər. Psixologiyadan azacıq başı çıxan adam bilir ki, falçılar insanların özlərindən lazım olan məlumatı mahiranə alaraq, özlərinə qarşı silah kimi istifadə edir. Onlara onların eşitmək istədiyindən artıq demir. Bir də ki, təhtəlşüura təsir məsələsi var. İnsanın fikirləri reallaşır.
Pis deyəcəksən müştərinə, o da başlayacaq pis düşünməyə və bu gerçəkləşəcək. Bu bir psixoloji təsir və manipulyasiyadır. Bunu anlamamaq gülüncdür. Bir də ki, səni aldadıb, bildiklərini sənə dediyinə görə ətək-ətək pul tökəsən, bu artıq gülməli yox, ağlanmalı məsələdir.
Falçı yanına bəxt açdıranları, sevgiyə, ərə getməyə görə, bəxt bağlamağa gedənlərin ağlının olmasına, adekvat insan olmasına şübhəm var.
Çöpçülərə gəlincə, dəyişilməzdir. Çöpçülərə qəti şəkildə inanmıram. Bununla bağlı sputnik az saytında dərc edilən yazıda öz fikrimi bildirmişəm. “Mən bu cür şeylərə inanmıram, aparmamışam, aparanları da anlamıram, cahillik kimi qəbul edirəm. Uşağa qarşı diqqətli olanda, nə yeyib içdiyinə baxanda, qoruyanda, “çöp” də düşməz. Bunu fırıldaqçılıq və insanları inandırmaq yolu ilə pul qazanmaq metodu hesab edirəm. Ətrafımda uşağını həftədə bir dəfə çöpçüyə aparan analar vardı, başa salmağa çalışırdım ki, uşağa çöp düşə bilməz. Bəziləri insanların sadəlövhlüyündən istifadə edir. Adi soyuqdəymə, dişçıxartma əlaməti olan kimi çöp söhbəti düşür ortalığa, dərhal qaçırlar uzaq bir məkanda yaşayan və məşhur çöpçüyə. Hətta bir dəfə analardan biri ilə getdim çöpçüyə ki, onun etdiyinə diqqətlə baxım. Baxdım, fırıldağının üstünü açdım, anaya bunu dedim, incidi. Çöpçü də anaya dedi ki, bir də o xanımın (yəni mənim) ayağı bura dəyməsin. Özü də hər dəfəsində taksiyə 5-10 manat, çöpçüyə ən azı 10 manat pul verənlər var. Tapıblar haqq yolunu, qazanırlar pullarını.”
Read more: http://sputnik.az/health/20161106/407613555/copculer-hekimler.html
Çıldaqçılara heç inanmıram. Bununla bağlı sputnik az saytında dərc edilən yazıda öz fikrimi tam ifadə etmişəm. “Getməmişəm, getmək niyyətim də yoxdur. Qorxu idarəolunandır. İnsan beyninin imkanları məhdud deyil”. Məncə, insan öz qorxularını özü dəf etməlidir. Kiməsə ehtiyac duymaq və ya digər qorxu vasitəsilə, digər bir qorxunu aradan qaldırmaq isə absurd bir şeydir.
Read more: http://sputnik.az/life/20161113/407696343/cildaq-cildaqci-tebabet-mualice.html
Sınıqçılara gəlincə isə… Sınıqçıların işini həkimlər görməlidir, tibbi təhsili olmayan avantüristlər yox. Mən bu cür insanların xidmətinə müraciət etməmişəm, özümü qorumuşam və sınıqlarım olsa nə vaxtsa, həkimə müraciət etmək niyyətim var. Övladımda iki dəfə qolçıxması oldu, uşaq poliklinikasına gedib, həll etdik. Tibbi yollarla. Səhhətimi risk altına qoymağı və özümü qeyri-peşəkarlara həvalə etməyi və pis nəticəyə görə pul ödəməyi fikirləşmirəm. O qədər sadəlövh deyiləm.
Bu kateqoriyalardan olan hər bir kəsə yalançı və fırıldaqçı və yalançı kimi yanaşıram və onların xidmətin istifadə etmək niyyətim yoxdur. İş görəndə, əməkdaşlıq edəndə, peşəkarlara müraciət etmək lazımdır. Pulunuzun, sağlamlığınızın qayğısına qalın ki, sonra sizi hansısa avantürist aldada bilməsin. Maariflənin, mütaliə edin. Müşahidə və təhlil edin. O zaman anlayacaqsınız ki, nə yalandır, nə doğrudur, qurban olmayacaqsınız.

Комментарии