Dostum, gəl gedək…
İndi hara?!
İntihara…
İntahası…
Giriş sözü:
İntihar nədir?!
İntihar insanın emosional, hissi, iqtisadi, sosial, siyasi, elmi, mənəvi, psixi, depressiya və narazılığının bitməsi üçün son çıxış yolu kimi ölümü seçmək, özünə qəsd etməkdir. Cinayət tərkibli işdir. Əgər bir insanı intihara sövq edən səbəblər insan amilindən qaynaqlanırsa, o insan amili cinayət məsuliyyətinə cəlb edilə bilər.
Adətən problem, münaqişə, anlaşılmazlıq, ruhi rahatsızlıq, özgüvənin aşağı düşməsi və düşdüyü depressiyadan çıxa bilməməyin sonu məhz intiharla nəticələnir. İnsan bütün hər şeyin o öldüyündə bitəcəyini düşünür. Bir yandan yanılır. Bir yandan isə doğru düşünür. Doğru düşünür, ona görə ki, onun üçün hər şey bitir. Yanılır ona görə ki, onun ətrafında olan ailəsi, yaxınlarına öz təsirini göstərir. Özü də ki, mənfi təsirini…
Ölüm haqqında hər kəs düşünür. Elə intihar haqqında da… Varlısı da, kasıbı da… Uğurlusu da, uğursuzu da…
Ölmək üçün hər kəsin bir səbəbi var…
Niyə gizlədim ki, ən azı 6 dəfə intihara cəhd etmişəm. Hər dəfə xilas olmuşam. Ölmədiyimə peşiman deyiləm.
Son zamanlar ölüm və intihar haqqında çox sayda xəbərlər oxuyuram, bu haqda çox düşünürəm. Amma daha intihar etmək üçün deyil, intihar halını anlamaq və azaltmaq üçün…
İntiharı dəstəkləmirəm, intihar edənləri də qınamıram, anlamağa çalışıram.
Amma dəfələrlə intihara cəhd edən insan kimi bir qərara gəlmişəm:
Problem, dərd, çətinlik və pis insanların, ölümün acığına yaşamaq lazımdır. Həyatımı və özümü çox sevdiyim üçün yaşamaq lazımdır.
Hər intihar etmə cəhdimdə, ya vaz keçmişəm, ya cəhdim baş tutmayıb. Hər cəhdimdən vaz keçəndə, uğursuz cəhdimdən sonra anlamışam ki, neqativ məqam və olaylar belə, məni indiki insan edib, bilik və təcrübə qazandırıb, ölmək hər zaman mümkündür, ölmək asandır. Ən çətini yaşamaqdır. Həmişə asandan qaçıb, çətinə əl atmışam.
Bir gün öz həyatımla bağlı bir roman yazacağam və bloqumda hissə-hissə dərc edəcəyəm. Oxuduqca, deyəcəksiniz ki, nə əcəb bu qədər pozitiv qala və hələ də yaşamağa davam edirəm?!
Cavabım: Həyat yaşamaq üçün verilir, ölmək üçün deyil, vaxtı gələndə öləcəyəm. İndi isə yaşamaq vaxtıdır, ölmək deyildir.
Dünyanı saxlayın, düşmək istəyirəm. Həyatı saxlayın, ölmək istəyirəm.
Kiçik həyat hekayəsi:
O, bir qız idi…
Anası çox mühafizəkar, tələbkar idi. Anasını qorxduğu üçün sevirdi. Qorxudan yaranan sevginin bir tərəfi nifrət ola bilər. Bu isə təhlükəlidir.Hər dəfə anası onu danlayanda, anası hirslənəndə, həyətə çıxıb ağlayardı. Əlinə lezva alıb damarlarını kəsməyə cəhd edərdi. Axşam yatmaq istəyəndə isə balışı ilə özünü boğub öldürməyə çalışardı. Nəfəsi kəsilənə yaxın vurnuxardı, əllərini balışdan çəkərdi, beləcə ölüm ondan yan keçərdi.
Ölüm onu tez-tez görməyə gələrdi. Yuxusunda yatarkən. Ağır xəstələnib 3 gün halsızlaşıb pis günə düşərkən, içində ağrıları olarkən…
İkici dəfə ölməyə cəhdi 3 dəfə zorlanmağa cəhdin qurbanı olanda etmişdi. Çünki hansı cəmiyyətdə yaşadığını, anasının belə şeylərə necə yanaşdığını bildiyindən, susub ölmək istəyərdi. Ya maşın yolunu elə keçərdi ki, vurub atsın kənara, kimsə kömək etməsin, ölsün. Ya metroda qatarın altına atmaq istəyərdi. Ya da ki, yuxu və ürək dərmanlarını gizlin alaraq, qəbul edib, ölümünü gözləyərdi. Yuxulayıb yatardı, amma ölməzdi.
Başqası onun yerində olsaydı, bəlkə də çoxdan ölmüşdü.
Üçüncü dəfə ölmək istəyi isə zorlandığı gün və onun qorumağa cəhd etməyən sevdiyi insandan ayrıldığı gün idi. Bilirdi ki, evdə, dost, tanışlardan kimsə bilsə, qəbul etməyəcəklər onu, ölüm tək çarədir.
Dördüncü dəfə ölmək istəyi onu olduğu kimi qəbul edən və keçmişdəki dəhşətləri ona unutduracaq həyat yoldaşı ilə ilk davası olan gün idi. Hamilə idi, uşağını və özünü öldürmək istəyirdi.
Ərinin dostu onu zorlamağa cəhd edəndən sonra və evində olan qonaq tərəfindən müdafiə edilən qızcığaza əri inanmamışdı. Həmin dost yenə arsızcasına evə gəlirdi. Hələ evində gecələmək istəyirdi. Qız bunu biləndə həmin qonaqların evi tərk etməsini tələb etdi. Evdən getmək istəməyən arsız və namussuz dost özüylə gətirdiyi sevgilisini də evdə gecələtmək istəyirdi. Onların evdən getməsinə səbəb qızın öz damarlarını hamının gözü qabağında kəsməyə cəhd etməsi idi. O gündən onlar qorxdular, qovuldular və bir daha gəlmədilər.
Daha sonra intihara cəhd etmək və ölmək istəyi gündəlik və adi bir fikir və hal idi.
Ər döyürdü, mənəvi, psixoloji təzyiqlər göstərirdi, alçaldırdı, söyürdü, dərhal intihara cəhd edilirdi. Ya vannaya girib suda özünü boğmaq cəhdləri, ya dərmanlar atıb uzanıb ölümü gözləmək cəhdləri, ya bıçaqla özünü bıçaqlamaq cəhdləri. Dərmanlar, bıçaq, çəngəllər, qələm və qələmdaşlar, iti nə varsa, hər bir şey gizlədilirdi əri tərəfindən.
Sonda qızcığaz dözmədi, ayrıldı. Ayrıldığı andan ölməyə bəhanəsi daha çox artdı. Cəmiyyətin damğaları, kişilərin zorakılığa cəhdləri, əxlaqsız təklifləri, söz-söhbətlər, tənhalıq…
Xəstəliyi ilə bağlı dözülməz ağrıları, sevdiyi ərin yanında olmaması, övladının atasını seçməsi onun həyatda yaşamaq səbəblərimi almış idi. O, evdə dəli olurdu. Hər gün ölmək istəyirdi. Ölmək istəyini unutmaq üçün isə ya içirdi, ya piyada gəzirdi şəhərdə. Ya da dostlarla gəzirdi, işdən gec çıxırdı. Yadına düşməsin tənhalığı, yadına düşməsin keçmişi, yadına düşməsin yaşadıqları, yadına düşdükcə, ölmək istəməsin deyə…
Son söz:
Hər neqativ hadisə və səbəbdən, problemdən qaçmaq yolu kimi ancaq ölüm ağla gələn ilk fikir olur. Gah son məktub yazırıq, gah yazmırıq. İntizarda qoyuruq hər kəsi.
İnsanın ölmək istəyində günahkar da, cinayətkar da, səbəbkar da, qurban da həmin insanın özüdür. Bunu anlayanda ölmək istəyindən vaz keçmək asanlaşır, yaşamaq asanlaşır.
Anasından qorxan bir qızın anasına bu qədər səbəbi deməsi qeyri-mümkün idi. Atasına daha yaxın idi. Atasına birini deyirdi, beşini yox.
Bir çox hallarda, intihara səbəb onu bu yoldan çəkindirən və əksinə bu yola sürükləyən yaxın və doğmaları olur. Varlıqları bir səbəbdir, yoxluqları başqa bir səbəb.
İntihar edən şəxs üçün başqa insan, sonrakı aqibəti, başqa dünya yoxdur. Onun əsas məqsədi bu dünya ilə vidalaşmaq, azad olmaqdır.
İnsan anlamalıdır ki, sevgi və ayrılığa görə intihar etmək doğru deyil. İnsan özünə görə öz həyatını yaşamalıdır, yaşayır da, yaşasın da, həyatına daxil olub, çıxanlara görə deyil. Əksinə, sevinmək lazımdır ki, bitdi, hər son bir başlanğıcdır. Hər başlanğıc bir sondur. Başlanğıc varsa, son vardır, son vardırsa, başlanğıc vardır.
Həyat insanları ya sındırır zəif edir, ya da yıxıb, yenidən qaldıraraq güclü edir.
Həyat qalib gəlirsə, güclüsən, həyata qalib gəlirsənsə, zəifsən. Ölümə qalib gəlirsənsə, güclənmisən, ölüm qalib gəlirsə, zəifləmisən…

Комментарии