İnsan istəyəndə darıxar ancaq,
Yadına salanda keçmiş anları…
İnsan istəyəndə unudar ancaq,
Arzunu gözündə qoyan insanı…
İnsan istəyəndə susacaq ancaq,
Deyəcək, yazacaq, sonra pozacaq…
İnsan istəyəndə davam edəcək,
Həyatı yaşamaq eşqiylə birgə…
İnsan istəyəndə, xoşbəxt olacaq,
Neqativ, pisliyi siləndən sonra…
İnsan istəyəndə sağlam olacaq,
Özünü sevərək qoruya bilsə…
Əgər darıxsam…
Əgər darıxsam, pislə onu… Yadıma düşsün, biganə qala bilsəm, darıxmaram… Nifrət edəndə də, sevəndə də, insan darıxar…
Əgər darıxsam, çimdiklə məni… Ayılım, gəlim özümə, anlayım ki, gerçəklik, həyatda hər şey başqadır…
Əgər darıxsam, qoyma darıxım… Elə et, darıxma səbəbim bir anlıq ərşə çəkilsin, yuxusuz gecəmdə yatmaq istərkən, yuxumu çəkmişdi neçə bir ərşə…
Əgər darıxsam, sən axtar məni… Varlığın qoy olsun, mənə bir dəstək, anlayım ki, tək deyiləm, darıxmağa yoxdur səbəb…
Əgər darıxsam, sev məni o an… Təsəlli ver, aldatmadan, ümid ver boşaltmadan, söz ver, goplamadan, reallığı pay ver mənə, o payında sən də ol mənə görə…
Əgər darıxsam, güldür üzümü… Zarafat et, lətifə danış, tənqid et, satiran ilə tənqid et məni, anlayım ki, səhv etmişəm, qüsurlarım daha çoxdur, anlayım ki, qınamağa əsas yoxdur…
Əgər darıxsam, sil onu həyatımdan, apar uzağa məni… Yaşat mənə bir gün olsa da, öz varlığını, ruhuma hopdur dostluğunu, bilim ki, sən daha yaxşısan, dəyməz ona görə darıxmağa…
Əgər darıxsam, söy, döy məni… Bilim ki, darıxmaq yalnış addımdır. Yaşamaq lazımdır, darıxmaq yerinə…

Комментарии