Mən ikiləşmişəm…
Ziddiyyətliyəm…
Ağ – qara kimiyəm…
Şahmat taxtası kimi dama-damadır həyatım, addımlar bu damaların üzərindədir… Səhvlər bağışlanmaz… Səhv addımlar uduzdurur məni, itirirəm önəmli fiqurlarımı…
Qrim var sanki üzümdə…
Bir yarısı gülər, təbəssümlədir. Bir yarısı ağlayar, kədərdən…
Sanki iki yerə kəsiblər məni…
Tam deyiləm, bölünmüşəm… Digər tayıma birləşməmiş, qanım axacaq su yerinə, çürüyəcəyəm, birləşməsəm…
İkiləşmiş simam var…
Biri yaxşıdır, biri pis…
Həyat kimiyəm…
Bir az yumşaq, bir az sərt…
İmtahan kimiyəm…
Birindən keçirəm, birindən kəsilirəm…
Bir tərəfdə işığam, bir tərəfdə qaranlıq…
Bir tərəfdə aydın səmayam, bir tərəfdə dolmuş bulud…
Özüm də bilmirəm, indi mən kiməm?!

Комментарии