Bu yazımın birinci hissəsi birmənalı qarşılanmamışdır. Əminəm ki, ikinci hissəsi birinci hissədən geri qalmayacaqdır.
Əcnəbilər əcəbdirlər, əcaibdirlər, ya necədirlər?!
Əslində, müqayisə etmək istəməzdim. Amma niyə seçimlərin məhz əcnəbilərin xeyrinə edildiyini bilmək üçün səbəbləri axtarıb tapmaq lazımdır. Bunun üçün isə müşahidə etmək, sorğu aparmaq, əcnəbilərlə özümüzünküləri müqayisə etmək, mənfi və müsbət tərəflərini tərəzidə çəkmək lazımdır.
Onlarda nə var ki, bizdə o yoxdur, ya da ki, bizdə nə var ki, onlarda yoxdur?!
Deyim ki, çox şey…
Bizdə kimə nə xeyir edirsə, necə xeyir edirsə, eləcə qanunları, dini, siyasəti, münasibətləri, sözün özünü təhrif edir, yozurlar. Mütləq başqasının şəxsi həyatına, münasibətinə, azadlığına, insanın özünə, seçimlərinə, azadlığına müdaxilə edib, şərh bildirsinlər, müzakirə etsinlər. Bekarçılıqdandır… Onlarda isə qanun var, yazılmış, bir də normal insanlar arasında münasibət və şəxsi həyata, şəxsin özünə, seçimlərinə, azadlığına hörmət var… Qarışanlar varsa, kənardan gəlmələr, miqrantlardır, ya da qanı qarışanlar…
Bizdə susdurmaq və heyvandan da aşağı səviyyəyə salmaq dəbdədir. Cəsarətli, mübariz, sözü üzə deyənləri, gerçəkliyi və bu cəhətləri özündə daşıyan insanları sevməzlər. Heyvanları sevməzlər. Aqressiv olarlar digər heyvan və insanlara qarşı. Onlarda nəinki sevərlər, hətta dəyər verərlər. Heyvanı belə sevirlər, heyvana belə dəyər verirlər. heyvanlar insanlar kimi yaxşı yaşayır. Heyvanların belə insanlar kimi hüquqları var…
Bizdə övlad və həyat yoldaşı bir insan, şəxs yox, əşya, qulluqçudur, ailə başçısı, böyüklər isə mülkədardırlar. Qərarlar isə ailə daxilində birtərəfli qaydada verilir. Biri tabe edir, digəri tabe olur. Tabe olan susmağa məhkum edilir. Susmayan ya qovulur, ya döyülür, ya öldürülür. Bizdə yazılı qaydada hüquqlarımız olsa da, işləmir, qorunmur insan ailədaxili şiddət və zorakılıqdan. Onlarda isə övlad və həyat yoldaşı insan və şəxsdirlər. Ailədaxili qərarlar birlikdə verilir, orta əsrlərdən qalan mülkədarlıq prinsipləri ilə idarəetmə yoxdur, qarşılıqlı müzakirə, razılaşma var. Qarşılıqlılıq var. Hər kəsiz söz haqqı var. Orada övlad və həyat yoldaşının hüquqları var. Orada onların hüquqlarını qoruyan var.
Bizdə o qədər lazımsız xərclər edilir, lazımı xərclər ixtisara salınır ki, dəhşətə gəlirsən, büdcə düzgün idarə edilmir. Bədxərcliklə, xəsislik yan-yanadır. Özlərinə lazım olan xərclər edilir, digər ailə üzvlərinə lazım olan xərclər edilmir. Hələ digər ailə üzvlərinin işlənməsinə qadağa qoyulur. Qadınlarımız və uşaqlarımız da bilmir nə istəyir, nə zəruridir, nə isə yox… Gözləri nə görür istəyir.Sərmayə ailə yox, başqalarına edilir. Onlarda lazımsız xərclər birlikdə müzakirə nəticəsində müəyyən edilir, ixtisara salınır. Lazımı xərclər də, birgə müzakirədən sonra müəyyən edilir, azaldılır və ya artırılır. Paralel olaraq, xərclər artdıqca, qanuni olaraq alternativ gəlir mənbələri axtarılıb tapılır. Nə bədxərcdirlər, nə də ki, xəsis. Ağılları başlarındadır, düzgün idarə edirlər büdcələrini. Onlar sərmayələrini özlərinə və ailələrinə edirlər.
Bizdə qız doğulmaq ağır dərddir, təhsil almaq problemi, işə düzəlmək problemi var. Qadın potensial qurbandır doğulduğu andan. Qadın günahkardır istənilən halda. Onlarda qadın mütləq təhsil alır, işləyir, işdə zorakılıq hallarından qanunla qorunur. Qadın insan olduğundan qurban deyildir. Qadın insan olduğundan hər zaman günahkar deyildir.
Bizdə kişilər xəyanət edir, yalan danışır, evli olduqları halda, 4 ailə, qadın, məşğuqə saxlayır, qəhrəmandır, doğru edir, din bunu buyurub. Qadın dul və ya boşanmış olarsa, həyatına bir kişini salan kimi əxlaqsızdır, günahkardır, haram işlə məşğuldur. Yalan və xəyanət cinsindən asılı olmayaraq hər insana günah kimi sayılır. Belə də ki, tipik şərq qadını kimi düşünməsəm, bir kişiyə 4 nəfər arvad halaldırsa, bir qadına da 4 nəfər kişi halal olmalıdır. Rəsmiləşdirilsə, bir ərim Ərəb olar, biri Yevrey, biri Yapon, biri Alman… Hamısında pul var, hamısında inkişaf, zövq var, həyat var… İldə ən azı 4 dəfə bir yerdə -ölkədə olaram, səyahət edərəm, Alman Avropa Birliyində gəzdirər, Ərəb ərəb ölkələrində, Yevrey bütün dünyada, Yapon isə Asiyada… Olaram dünya vətəndaşı… Hamısı da mənə, biznesimə qəşəng sərmayə qoyar… Bizim bir çox qadınlarımızın tipik düşüncəsi deyilmi ərə getmək, pul, mal-mülk? Həyat, ziyarət, ticarət, münasibət… 4 ü bir arada… Keyf elə…
Bizdə səyahətə məşuqələri ilə gedərlər. Məşuqələri ilə keyf edərlər… Arvad, uşaq ailə qoy qaxılıb qalsın evində… Arada bir dəfə gəzdirərəm ölkə daxilində… Dili qısa olar. Onlarda isə pul yığırlar, ailəvi gedirlər istirahətə, gəzməyə, səyahətə.
Bizdə xanımın və ya sevgilinlə istirahət mərkəzi, diskotekaya, hamama getsən, hamısının gözləri və bir yeri zillənəcək yanındakı xanıma, dava düşəcək. Ya da pıçhapıç, müzakirələr başlayacaq. Onlarda sevgilisi, dostu, xanımı ilə istirahət mərkəzinə, diskotekaya getmək, ailənlə dincəlmək, əylənmək aid haldır, kimsə də yanındakı xanıma gözünü, bir yerini və iştahasını salmır. Ən azı özünə hörmət edir, etik qaydalar var…
Bizdə iş yerləri və ictimai yerlərdə etik davranış qaydaları kağız üzərində qalması üçün yazılır, əməl edilmir. Bizdə buna əməl edənlərə pis baxırlar, ələ salırlar. Onlarda isə iş yerləri və ictimai yerlərdə etik davranış qaydaları əməl edilməsi üçün yazılır və pozanlara qarşı ciddi intizam tədbirləri görülür.
Bizdə evlənən kimi uşaq istəyir evlənənləri tanıyan, tanımayan hər kəs. Elə bil, uşaqları da bunlar üçün doğmalıdırlar. Onlar isə evlənməyə, uşaq doğmağa tələsmirlər. Özləri və bir-biriləri üçün yaşayırlar. Alınırsa, hazırdırlarsa, valideyn olurlar. Kimsə demir, “Bir şey, mişey var?!”, yoxdursa, sonsuz çıxartmır kimsə kimsəni…
Nə yataqda, nəö həyatda kompleksli deyildirlər əcnəbilər… O olmaz, bu olmaz demirlər, mental dəyər deyib, insanları idarə etmirlər, müdaxilə etmirlər. Hərə öz işindədir.
Ağıl hamıda var, pul da… Kimisi istifadə edir, kimisi yox… Fərq budur.Bizimkilər xərclədikcə, azalır. Onlar isə xərclədikcə, artırırlar… Fərqli düşünən hər kəs, hətta fahişələr belə, xaricini ona görə seçir, özümüzünkünü deyil. Çoxluqda cəmiyyətimizdə nə qadınlar qadın kimidir, nə kişilər kişi kimi…
Advertisements
Occasionally, some of your visitors may see an adv

Комментарии