Bir cəmiyyətin ki, sevdiyi rəng qaradır, gəlirləri qara rəngli təbii ehtiyatdan gəlir, qara düşüncələr var, insanları qaralamaq əsas məşğuliyyətlərdəndir, qara pərdə arxasında gizlənmək adəti vardır, insanların günü qaradır, qaranlığa öyrəşiblər, qan belə asan şəkildə qaralır, insanlara qaramat deyilir, qara bazarın olmasına niyə təəccüb edirik ki?!
Çox adam qara rəngi seçir, geyimi, əmlakındakı mebeli, saçı, avtomobili…
Gəlirlər qara rəngli neftdən gəlir, qara rəngli neftin benzini, dizeli, yanacağı olur bizim hərəkət üçün seçimimiz…
Qadınları, kişiləri, uşaqları da narazıdır, qara-qara düşünürlər, etiraz edirlər, narazıdırlar…
Kimsə xoşa gəlməyəndə qaralayırıq, ya da xoşumuza gələndə, göz götürməyəndə, paxıllayırıq, paxıllıqdan qaralayırıq, kimisə həyatımızdan silirik, yenə üstündən xətt çəkəndə düşür qara siyahıya…
Camaat da çoxluq şəklində özünə deyir, qara camaat…
Qara pərdələrimizi asırıq işimizdə, avtomobilimizdə, sanki qara işlərimiz var, gizlədirik qara-qara işlərimizi, seçilməsin qara pərdələrimizdən….
İnsanlar bir xoş gün görmür sanki, günlərini qara edəcək bir səbəb hökmən tapılır.
İnsanlar sanki işıqdan qorxur, ya da qənaət edirlər işığa, qaranlığa meyl edirlər, qəlbləri də, beyinləri də qaranlıqdadır. Qara qüvvələr sanki zəbt edib onları, qaranlıqdan çıxa bilmirlər.
Qanımızı qaraltmağa qanqaraldan insanlar var. Qanqaraldan olayları da insanlar yaradar. Qanımızı qırmızıdan qaraltmağa hər zaman bir səbəb tapmaq olar, olmayan yerdən…
Fleqmatik, melanxolik təbiətli, xarakterli, qapalı insanlara qaramat deyirik. Qaramat insanlar isə qaramatını tökərlər başqalarına lap zəhrimar kimi…
Qara bazarın olmasına niyə təəccüb edək ki?
Qara dünyanın, qara insanların, qaranı sevənlərin ağ dünyası olmayacaq ki, ağ bazarı olmayacaq ki…
Pullarımızı belə qara mühasibatlıqda gizlədən insanlarıq… Qara işlərimizdən gələn qara pulları…

Комментарии