Bir dostum Sumqayıtda qalır, eləcə də yaxın və yaradıcı rəfiqəm də Sumqayıtda yaşayır. Keçmiş sevgilim, yəni ailə quranadək sevdiyim və 3 il guya gizli görüşdüyüm insan da məhz Sumqayıtda yaşadığından orada az olmamışam. Sakit, səliqəli şəhərdir. Amma o şəhəri yaxşı tanımadığımdan, məni şəhərə dəvət edən şəxsdən xahiş edirəm ki, qarşılasın.
2006-cı ildə sevgilimlə gizli görüşlər üçün Sumqayıta avtobusla gedirdik. 20 yanvar metrosu tərəfdən ikarus avtobusları gedirdi. Ayrılandan sonra ora getməməyi özümə söz vermişdim. Xatirələrim məni üzməsin deyə, uzaqlaşmışdım. 2009-cu ildən 2016-cı ilədək getmirdim də. Düz 7 illik fasilədən sonra Sumqayıta getdim. Rəfiqəm məni H.Cavidin poeziya günü, yaradıcılıq tədbirinə çağırmışdı. Getdim, peşman olmadım. Bu dəfə isə adambaşına gediş haqqı olan 1 manatlıq taksilərdən istifadə etdim. Deyilən yerdə rəfiqəm məni artıq gözləyirdi. Hava soyuq, yağışlı idi, park isə mərmər daşlardan bəzədildiyindən sürüşkən idi. Sürüşərək Heydər Əliyev parkında yerləşən keçmiş Heydər Əliyev Mərkəzi, indiki Poeziya Mərkəzinin önünə gəlib çıxdım. Tədbir Cavidin yaradıcılığından daha çox Ümummilli liderin tərif və yadetmə tədbirinə bənzədi. Cavid qəbrində çevrilirdi yəqin ki… O zaman anladım ki, niyə Sumqayıtda cəmi bir elə park var, Bakıda hər rayonda ən azı 1 elə park var. Sumqayıtda bir park olsa da, sevgiləri sonsuzdur. Hər gün hər tədbirdə dəxli oldu, olmadı yad edib, sevirlər, daha bilmirəm, içdən gələn sevgidir, ya yaltaqlıq, süni sevgi. Babalarını yuyan deyiləm.
Daha sonra iki aydan sonra bir nəfərlə tanış oldum, indi o insanla çox yaxşı və yaxın dostuq. O, məni dəvət etdi Sumqayıta. Etiraz etmədim. O, həm də mənim yazılarımı oxuduğundan maraqlı bir təklif irəli sürdü: Bakı-Sumqayıt sürətli qatara minib gəlim.
Bakıdan Sumqayıta getmək qismət olmadı. Halbuki, çox istərdim ki, ən azı 80 qəpiyə ekonom klass, 1 manat 20 qəpiyə isə biznes klassda sərnişin olmaqla, Dəvəçiyə gedim, arada Xırdalan, Biləcəri, Sumqayıtı da ziyarət edim pəncərədəki görüntülərin sayəsində.
Nə isə. Bir gün Şeytanın qıçını sındırıb, başına torba hörüb, saqqızını oğrulayıb, mindim ADY-nun dediyi sürətli Sumqayıt-Bakı qatarına.
Bilet aparat vasitəsilə verilir, birdəfəlik istifadə üçündür, keçib aparatında eyniləşdirilir. Bunu bəyəndim. Bileti aldınızsa, atmayın, itirməyin, o biri tərəfdə onun vasitəsilə çıxacaqsınız.
Nəzarətçi xanımlar çox mədəni, gülərüz, səliqəli və vahid geyim formasındadır, nəzakətli, zahirən çox gözəldirlər, etik davranırlar. Bunu çox bəyəndim.
Dayanacaq Xırdalan və Biləcəridə də var. Yaxşı fikirdir, bu ucuz qiymətə evə çatma imkanıdır.
Şərait biznes klassda geniş, işıqlı vaqonlarında internetin olması, yük qoymaq üçün yerlərin olması faktları da sevindirir. Kresloları da çox rahatdır.
Təhlükəsizlik və nəzarət üçün vaqonlarda kameralar var, işlək olub-olmadığını bilmirəm.
Vaqonların temperaturuna nəzarət edilir, qışda soyuq olmur.
Bu xidmətdən istifadə qaydaları sərnişinlərin nəzərinə çatdırılır.
Şikayətim də var:
Təhlükəsizlik sıfır dərəcəsindədir. Terrorçu bədəninə bomba bağlayıb keçə bilər, heç iri həcmli çantalar da yoxlanılmır. Bu isə birbaşa insan həyatının təhlükəsizliyi təmin edilməməsidir. Gediş nə sürətlidir və nə də təhlükəsizdir.
Qatarların ekonom və biznes klass vaqonları tez-tez dəyişdirilir.
Sürətli qatar deyilir. Halbuki sürəti nədə görürlər, bilmirəm. Metronun qatarı və bakubus avtobusu ondan sürətli hərəkət edir.
Xahiş edirəm, şikayət və iradlarım nəzərə alınsın.

Комментарии