Vicdanımı bu il asdım dar ağacından, kəndiri də möhkəm etdim, əl-qolunu bağladım ki, qaçmasın, stulunu da özüm itələdim, durub baxdım kənardan, ta ki, boğulub ölənədək. Birdən sağ çıxar, sözünü deyər qərar verəndə…
Ürəyimi atdım çaya, bir əlimdə çay daşı, bir əlimdə sabun, yudum, sürtdüm, ləkələrdən təmizləyib bəyazlatmaq üçün… Sonra sərdim qurumağa… Qışdır axı… Çətin indi tez quruyar. Bəlkə buz bağlayıb, üzərində vardır sırsıralar… Yayadək qoy qalsın sərili ipdən…
Sevgimi satdım bazarda, tələblərim vardır təkliflərin önündə… Hərraca çıxardım sevgimi… Təkliflər çox oldu… Böhran var deyə, qiyməti aşağı oldu, satdım ən yüksək qiymət deyənə…
Ruhumu incitdim dəfələrlə, gördüm sadiqdir, döydüm, söydüm, boşadım sonra, göndərdim gəldiyi yerə… İndi mülk davasındadır. Bölüşürük nə kimə məxsusdur, ona, ya mənə?!
Fikirlərimi pula dəyişdim… Yaşamaq lazımdır, axı necəsə…
Özümdən də bir şey qalmayıb…
Sifətimi dəyişdim, simamı da… Dəbdədir sima dəyişmək, zamanın tələbidir, uymaq lazımdır…
İnsanlığımı azdırdım həyatımdakı dolambac yolda, çətin birdə çıxar qarşıma, tapar məni… Mənə də lazım deyil…
Yükümü, dərd, problemlərimi atdım başqasının üzərinə, çıxardım borclu…
Borclarımı ötürdüm gələcəyimə… İndi hər kəs belə edir, bəhsəbəsdir, qalmayım mən də geridə… Hətta ötüm keçim, haqlayım hər kəsi…
Zirvəmi daşla özüm hörüb, qaldırdım hündür bir nöqtəyə, əlçatmaz, həsəd çəkəcək bir məntəqəyə, sonsuzluq hədəfimdir, öz gücümə, ətrafına hasar çəkdim… Kimsə keçməsin ərazimə… Kimsə bilməsin zirvəmdə nə var, kim var. Öz qalam, öz zirvəm… Kimsə qalxmasın zirvəmə…
Cəsarətimi vurmuşam güllə ilə… Xəstəxanadadır. Halı da yaxşı deyil. Can verir… Bir ayağı gordadır…
Yaddaşımı doldurduqca bir tərəfdən, silirəm zibilləri, lazım olmayanı. Nəyimə lazım?! Yer tutur beynimin bir küncündə…
Xəyallarımı ümidlərimi axtarmağa yollamışam. Ümidimi isə öldürmüşəm. Xəyalımsa ümidsiz qayıda bilməz geriyə… Şərt qoymuşam önünə…
Əxlaqımı müasirliyimin sonsuzluğunda batırmışam. Liberal dəyərləri olan, multimədəni, tolerant, azad insanda mental dəyərlər, əxlaq olmamalıdır.
Qürurumu sürgün etmişəm… Elə bir yerə ki, izləri də silmişəm ardınca… Geriyə yolu tapmasın deyə…
Pulumu gizlətmişəm… Kimə nə dəxli nə qədərdir?! Azdır, ya çoxdur… Öz işimdir, hardan qazanmağım da mənim özəl sirrimdir…
Sirrlərimi bölüşmüşəm, yalan şəklində… İnsanlar inanmır, nə doğrudur, nə yalandır sirrlərimdə…
Vaxtımı pulla almışam… Tapşırmışam vaxtıma mənə uyğunlaşsın… Tabe olsun bütün əmrlərimə…
İnciməyin, yoxdur artıq…
Zamanə adamıyam… Belə də olmalıdır.
Guya ki, siz belə deyilsiniz?! Bundan da betərsiniz!
Qınamayın! Mən ki, sizi qınamıram?!

Комментарии