Zibildən də betər insan…

Səndən mənə qalanları
Atdım zibil qutusuna…
Atdığım o zibillərin
İçində var sənin siman…

O zibilin içində sən,
Axtarırsan öz ruhunu…
Axtardıqca zibildə sən,
Unutdun kim olduğunu…

Yüküm yaman yüngülləşmiş
Ağrımaz daha heç yerim,
Ağrıların səbəbiysə,
Səndən qalan zibil imiş…

Zibildən də betər insan,
Betər varlıq var dünyada…
Səndən betər zibil yoxdur,
Deyir səni tanıyanlar…

Комментарии