Uşağımızı doğmadan, döyülürük, söyülürük, döyüldükcə, söyüldükcə, səbəbini, səbəbkarı, günahkarı axtarırıq. Bu isə bizim doğulmayan övladımız olur. Neqativlə yükləndikcə, özümüz neqativləşirik.
Döyülüb söyülməyə adətkar olmuşuq. Neqativ adiləşib…
Aqressiya olmadan həyatımızı təsəvvür edə bilmirik, darıxırıq.
Uşağa hamilə qaldığımız andan söyüş, neqativ enerji, stress, aqressiya mühitində yaşayanda uşağa da ötürürük bu informasiyanı… Uşaqda özünü göstərir doğulanda…
İlk söyüşümüz, aqressiyamız planlaşdırılmamış, gözlənilməyən hamiləlik zamanı olur, abort etmiriksə, ikinci dalğası gəlir. Uşağı doğuruqsa, üçüncü dalğası gəlir. Qız uşağı olduğunu biləndə, daha çox söyülürük, çünki oğlan daha əzizdir. Daha demirlər ki, uşağın cinsi tək anadan asılı deyildir. Önəmli tərəf atadır.
Qız uşağımız doğulandan, ya da heç cinsinə baxmadan uşağımız doğulandan yanında söyüş, təhqir, döyülmək, neqativlik, aqressiya görür, hürkür, ağlayır. Tökdüklərimizi yığır, öyrənir, müşahidə edir. Vay o gündən ilk dediyi söz də söyüş ola…
Yaxşı nümunəyik…
Ana olduğumuz gündən söyülürük, döyülürük ki, uşağa yaxşı baxmırıq, yaxşı ana və həyat yoldaşı deyilik. Hamiləlik dövründən gələn qapaz və təpikləri yeməyə, udmağa və hələ dözərək, sevdiyimiz üçün qəbul etməyə davam edirik. Ər döyər də, söyər də… Ata döyər də, söyər də… Qardaş döyər də, söyər də…
Sonra uşağımızın tərbiyə metodu kimi döymək və söyməyi seçirik. O isə bu tərbiyəni görüb, yaxşıdır kimi ötürür öz uşaqlarına. Sanki belə də olmalıdır.
Nəsə istəyir, söyürük, döyürük, istəmir, yenə döyürük, söyürük.
O, istədiyi oldu, olmadı, yenə aqressiya, o istədiyi alındı, alınmadı, eyni metod.
Uşaq susdu, danışdı, fərq etməz, yenə eyni metod.
Uşağımızı kimsə incidir, döymək və söyməyi öyrədirik. Uşaq danışmağa başlayan, səs çıxardan kimi kimisə söyməyi öyrədirik, bir az gəzməyi, sürünməyi, hərəkət etməyi bacaran kimi kimisə vurmağı, döyməyi öyrədirik.
Biz hələ o səviyyəyə çatmamışıq ki, uşağımıza bir insan kimi baxaq, yanaşaq, hörmət edək, onunla bir şəxs, fərd kimi davranaq, danışaq, sözlə başa salaq. Onda ağıl və məntiq inkişaf etdirmək yerinə, sevgi oyatmaq yerinə, ən asan metodu seçirik. Çünki biz özümüz bu metodun qurbanıyıq. Genimizə, yaddaşımıza hopub, işləyib.
Biz insan ola bilmədiyimiz üçün uşaqlarımızı da insan edə bilmirik. Sonra isə çıxıb ağız dolusu uşaq və gənclərimizi tənqid edir, qınayırıq. Nə tökərsən aşına, o çıxar qaşığına…
Bəlkə bir özümüzdəki səhvləri görək, bəlkə özümüzdən başlayaq, bəlkə özümüzü qınayaq, tənqid edək. O uşaqları axı biz belə tərbiyə edirik. Özümüz daha bir psixoloji sağlam olmayan, kompleksli, aqressiv uşaq böyüdür, özümüz bu təhlükənin özülünə aqressiyanı əlavə edirik.
Bəlkə söhbət edək, bəlkə insan kimi yanaşaq, bəlkə sevək və sevgini öyrədək?! Bəlkə o zaman müsbət nəticə əldə edə bildik, gələcəyimiz sağlam gənclərdən ibarət oldu, düşünməyə dəyməzmi?!

Комментарии