Məni sevirdin?
-Bəlkə də, yox, əmin deyiləm…


Cəmiyyət, ağılsız adamlar özünü aldatmaq, özünə təsəlli vermək üçün çox ağıllı insanlara dəli damğasını vururlar, guya dəli insanlar daha təhlükəsiz və qorxusuz səslənir…



Mən səni sevməyə başlasam əgər,
Sən mənim odumda yanasan gərək…

Həyatda ən pis hal öz həyatında əsas ifaçı deyil, dublyor, bakvokalçısı olmaqdı. Həmişə kölgədə qalırsan.

Həyatla oyunumuz rus ruletkasını xatırladır. Bir güllə var, ya bu gün, ya da sabahlıq…

Ürək və qanımı, vicdan və hisslərimi hərraca çıxarmışam. İlk qiyməti siz verin. Mənə ağlım yetər.

İnsanlar arasında münasibətlərdə fasilə vacibdi. 45-90 dəqiqəlik dərsdə belə 15 dəqiqəlik tənəffüs var…

Içim özümü yandırır, çölüm özgəni, ona görə də intihar etmirəm ki, yananlar çox olsun.

Kiçik hekayə: Mən kəpənək insanam. Öncə tırtıl oldum, eybəcər, özünü sevməyən, bəyənməyən, narazı, sonra çox istədim, qınanıldım, qorunmaq üçün barama qurdum, vaxt keçdi, gücləndim, böyüdüm. Baramadan kəpənək kimi çıxdım. Həyatım dəyişdi, özgüvənim artdı, hər şeyim – diqqət, gözəllik, şöhrət, azadlıq, zirvəyə uçuşum vardı. Aşiq oldum bir oda, pərvanə oldum, yandım, sevgi məni məhv etdi, hər şeyimi itirdim, həyatımı belə…

Bakı mənə görə şifrəsini itirdiyin, unutduğun seyfə və ya korporativ elektron ünvana, buluda bənzəyir. Önəmli nəsə var, təcili əldə etməlisən, amma girə bilmirsən. Digər vasitələrdən istifadə etmək üçün isə gərək qeyri-adekvat birisi olasan…

İslam həmrəyliyi yarışmasında şərqli “Allahu əkbər” deyib, dua oxuyanacan, qərbli qorxusundan finiş nöqtəsinə çatıb medalını qazanacaq…

Günəşin çıxması, havanın açılması, buludların dağılması üçün hökmən ildırım çaxmalı, yağış yağmalıdır.

Sevgi seçimi arasında qaldığınız zaman sevdiyiniz şəxs sizi sevmirsə, sizi sevəni seçin.

Sizinlə oynayan şəxslə elə oynayın ki, oyuncağınız olduğunu anlamasın, oyun onun olsun, qaydaları sizin, ən peşəkar oyunçu da onun oyununda siz olun. Belə etsəniz, bu oyunda siz udacaqsınız və qazanc əldə edəcəksiniz. Bir daha kimsə sizinlə də oynamayacaq.

Ürəksiz yaşamaq olsaydı, ya satardım, ya atardım… Bu qədər ağrımazdı…

Nəyə görə yaradıcı insanlara sərmayə qoyulmur, niyə məhsulları alınmır? Çünki istedad məhsulu deyil, ucuz və keyfiyyətsiz məhsuldur. Ədəbiyyatda, musiqidə belletristika çoxdur, söz yığnağıdır, rəsm və incəsənətdə isə sadəcə mənasız bir rəsm və incəsənətdir. Yüngül və mənasız, düşündürməyən, adi. Ona görə də inkişaf etmək yerinə, geri gedir. Ona görə də zövqlər korlanır. Yaradıcı bazarda yaradıcı məhsullar satılmadığından sağlam və təkmil olmayan tələb və təklif olur.

İndiki intellegentin bədii təsviri- mitil insan itil get…

Cəmiyyət, insanlar ruhumu, qanımı necə zəhərləyirsə, nə damarıma qoyulan regidron sistem, nə təbii vəsaitlər zəhəri çıxara bilir, nə də ki, bio, ruh halımı bərpa edə bilir…

Комментарии