Bəri başdan…

Gedişinə bəri başdan öyrəşdir məni…

Qoy anlayım, sən olsan da, yox kimisən, varlığınla tənhayam…

Bəri başdan sevmə, sevdirmə, oduna yanmayım pərvanə kimi…

Bəri başdan oxuma sənə yazdıqlarımı, yazmayım deyə…

Soyuq davran, əzizləmə, bağlama özünə…

Bəri başdan başlamadan de ki, mənə: “Bir gün hökmən gedəcəyəm.”

Bəri başdan bilim ki, ayrılıq var öndə…

Bəri başdan dəy xətrimə, möhkəm olum, ağlamayım sən gedəndə…

Çətindirmi, görəsən, bəri başdan bunları etmək?!

Комментарии