Içmək istəyirəm...

Içmək istəyirəm...
O qədər içmək ki, adımı unudum...
Güzgüyə baxanda tanımayım özümü... 
Cəsarət edib sındırım aynanı yumruğum ilə... Şüşə qırıqları girsin əlimə... Qanım axsın su yerinə... 
Amma ağlamayım...
İçmək istəyirəm... 
İçəndən sonra çırpım badəni yerə... Bəxtim kimi çilik-çilik olsun... 
Çıxım balkona... Yuxarıdan aşağıya baxım... Rəqs edim yağışın küləklə duet oxuduğu musiqiyə... 
Açım qollarımı... Qışqırım ucadan: Sizin acığınıza yaşayacağam... 
İçmək istəyirəm... 
İçəri keçmədən qapının kəndarında yerdə oturum... Qucaqlayıb dizimi dərindən nəfəs alım. Bu da keçər... Yetər ki, ağlama... Sən güclüsən, azadsan...

Комментарии