Kök altında qalanlar… 18-

Indigo rəngim, miraj arzularım, sonsuz xəyallarım… Reallıq…

Bir çox önəmli məqamlar var:

Xəyal gələcəkdir, xatirə keçmiş. Biz ya xəyallarımızla, ya da xatirələrimizlə yaşadığımızdan indiki günümüzü unudur, yaşamırıq…
Nə qədər ki, insanlar ailə qurmağa bir tip, sevməyə başqa, tam fərqli tip insan seçəcək, bir o qədər çox ailə dağılacaq.
İstənilən münasibətdə ən çətin iş durğu işarəsini düzgün seçməkdir. Bitirərkən nöqtə və nidanı qoymaq, şübhə edərkən və şans verərkən vergül və ya üç nöqtəni seçmək, dolaşanda, çaşanda suallarla vəziyyəti aydınlatmaq, şərtlər qoyulan zaman iki nöqtəni qoymaqdır. Ən çətini suallı nidadır, nöqtəli vergüldür, nə bitirə bilirsən, nə də aydınlaşdırıb davam etmək istəyirsən…
Kimisi rəqəmə bənzəyir, kimisi həndəsi fiqura, kimisi mürəkkəb düstura, kimisi qarışıq rənglərə…
Kök altında qalanlar kimlərdir?!

İşsizlər, təqaüdçülər, kimsəsizlər, övladlığa götürülməli olan uşaqlar, surroqat ana və atalar, küçəyə atılanlar, qanundankənar doğulduqları üçün atılanlar, xəstələr və s.

Bu siyahını artırmaq olar. Cəmiyyətin bir üzvü olub, cəmiyyətdən təcrid olunanlar, özlərini təcrid edənlər, cəmiyyətin təcrid etdikləri var. Ümumilikdə kök altında qalanlar insanlardır. Hamımız kimi… Hər birimiz kök altında qala bilərik. Bu gün kvadrat kökük, kubuq, sabah kökaltı ola bilərik…

Kökaltı nədir?

Kökaltı — n vahiddən fərqli natural insan olduqda , n-ci qüvvəti a-ya bərabər olan insana a insanının n-ci dərəcədən kökü deyilir.

a insanının n-ci dərəcədən kökü n kimi işarə olunur. n-ci dərəcədən kökün tərifinə görə (n)n=a eyniliyi doğrudur. Tərif: Mənfi olmayan insanın n-ci dərəcədən mənfi olmayan kökünə, bu insanın n-ci dərəcədən hesabı kökü deyilir.

Kökaltı aşağıdakı xassələrə malikdir:

Hasilin kökü vuruqların kökləri hasilinə bərabərdir, a olarsa, onda
Qismətin kökü bölünənlə bölənin kökləri qismətinə bərabərdir, yəni a olarsa, onda
Kökün natural üstlü qüvvəti, kökaltı ifadənin həmin üstlü qüvvətinin kökünə bərabərdir, yəni a n, m N olarsa (n) m =n
Kökün dərəcəsinin hər hansı natural insana vurub kökaltı ifadəni həmin dərəcədən qüvvətə yüksəltsək kökün qiyməti dəyişmir, yəni a olarsa n = nm
Bir də var kvadrat köklər… Kök altında qalanların kvadratı, ya da kökaltında qalmayanlar.. Kvadrat köklər tənlikdir. Xüsusi düsturla hesablanır.

Sadəcə kvadratlar, kublar, üstü n olanlar var. Yəni həmin insanın iki qat artıq olması, üç qat təkrarlanması, sonsuzluğa doğru getməsi. Necə deyərlər, genetikanın deşifrə edilməsi…

Kvadratlar insanın  özü-özünə vurulmasından alınan hasildir.

Kvadrat dərəcəsi 2 olan qüvvət şəklində göstərilir.
Kvadrat sırası:

0, 1, 4, 9, 16, 25, 36, 49 və s. Bu yaş artımına da bənzəyir. İnsan böyüdükcə, özünə vurğunluq da arta və azala bilər.

Kök altında qalan insanlar o kök altında qalan rəqəmlər kimidir. Tam və tam olmayan insanlardır.

Ana və ata olmaq istəyən, ola bilməyən, tək insanlar…Yarımçıq, natamamdırlar. Kök altındadırlar. Nə cəmiyyətin üzvü kimi cəmiyyəti saymaya bilir, nə də öz istəyindən imtina edə bilir.

Övladlığa övlad götürmək istəyənlərə qoyulan rəsmi və qeyri-rəsmi tələblər onu valideyn olmaq hüququnu məhdudlaşdırır. Nazirlər Kabinetinin15 avqust 2000-ci il tarixli qərarı ilə təsdiq edilmiş xəstəliklər siyahısında olan xəstəliklərdən birinə tutulmuş şəxslərə də uşaq övladlığa götürməyə icazə verilmir: “Bu xəstəliklər aşağıdakılardır: Vərəm (aktiv və xroniki), bədxassəli onkoloji, narkomanlıq, toksikomanlıq, xroniki alkoqolizm, infeksion, ruhi xəstəliklər, əmək qabiliyyətini itirməklə I və II qrup əlilliyə gətirib çıxaran bütün travmalar və xəstəliklər, daxili orqanların, sinir sisteminin, dayaq-hərəkət aparatının xəstəlikləri”. Məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən, məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edilmiş və ya valideynlik hüquqları məhdudlaşdırılmış, qanunla üzərinə qoyulan vəzifəni yerinə yetirmədiyinə görə qəyyum və ya himayəçi vəzifələrindən kənarlaşdırılmış, əvvəllər məhkəmə tərəfindən təqsirkar bilinərək bu hüququ ləğv edilmiş və səhhətinə görə valideyn vəzifələrini həyata keçirə bilməyən şəxslər övladlığa uşaq götürə bilməzlər. Övladlığa götürən şəxs nikahda deyilsə, onunla övladlığa götürülən uşağın yaş fərqi 16-dan az olmamalıdır. Məhkəmə tərəfindən üzürlü hesab edilən səbəb olduqda, yaş fərqi qısaldıla bilər. Lakin, ögey ata (ana) uşağı övladlığa götürəndə yaş fərqinin olması tələb edilmir: “Valideynləri olan uşaq yalnız onların razılığı ilə övladlığa götürülə bilər. Yetkinlik yaşına çatmayan valideynlərin uşaqlarının övladlığa götürülməsi zamanı həmin valideynlərin qəyyumlarının (himayəçilərinin) və valideynlərinin notariat qaydasında yazılı razılığı tələb olunur. Valideynlər, qəyyumlar və himayəçilər olmadıqda isə müvafiq icra hakimiyyəti orqanının razılığı tələb olunur. Valideynlər övladlığa götürmə barədə məhkəmə qətnaməsi qəbul edilənədək öz uşaqlarını övladlığa vermək barədə razılığı geri götürə bilərlər. Valideynlər öz uşaqlarını konkret şəxsə və ya konkret şəxsi göstərmədən övladlığa verməyə razılıq verə bilərlər”. 10 yaşına çatmış uşaq övladlığa götürüldükdə isə onun razılıq verməsi zəruridir. Övladlığa uşaq götürmək, kiməsə ailə sevincini yaşatmaq məgər əxlaqsızlıqdır?

Süni mayalanma və ya donor, surroqatlıq kimi imkanlara üz tutanların qınanılması ayrı bir dərddir. Bilən də, bilməyən də həmin insanı humanistlikdə deyil, əxlaqsızlıqda ittiham edir, həmin insanın hüquq və azadlıqlarını əlindən alır. Sonsuz olan birisinə kiminsə kömək etməsi, uşaq sevincini yaşatması məgər əxlaqsızlıqdır? Bəlkə hətta öz yoldaşının üçün tibbi metodların müdaxiləsi ilə valideyn olmaq hüququnu qanunun o insana verdiyini unudur insanlar? Yazılan qanunlar pozulmursa, yazılmamış qanunları üstün tutmaq nə dərəcədə ağıllı, şüurlu addımdır? Niyə süni mayalanma, surroqat valideyn xidmətindən istifadə edənlər qınanılmalı və əxlaqsız hesab edilməli, övladları isə təcrid edilməlidir axı? Ya da niyə donor kimi iki tərəfin razılaşması və qanunla bunun tənzimlənməsi mexanizmi olduğu və qanunun qadağa etmədiyini “əxlaq qoruyucu və ya polisləri” qadağan etməlidir?  Surroqatlıq valideyn olmaq insana valideyn olmaq sevincini bəxş etməkdir. Surroqat tərəf daşıyıcıdır.  Niyə görə reproduktiv sağlam olmayan insanı valideyn olmaq hüququndan məhrum etməliyik? Din və milli mentalitet insan hüquqlarına ziddirsə, mən onları qəbul etmirəm, mənim fikrimcə, hər kəsin öz seçimi olmalıdır.

Bizim cəmiyyət reproduiktiv sağlam olub, uşaq doğan və sonra onu atan, ondan imtina edən, abortla məhv edəni də qınayır, uşaq doğmaq imkanı olmayan, amma övlad sahibi olmaq istəyəni də qınayır. Bu tarazı və doğru yanaşma deyil.

İkinci məsələ, kökaltında həm də fərqlənən insanlar var, istedadlı, yaradıcı insanlar qınanılaraq, qaralanaraq, dəli hesab edilərək təcrid edilir. Bu haqqı digər kim verib?! İndiqo insanlar var. Onlar əgər fərqlənirlərsə, xüsusi bir bilik, bacarıq sahibidirlərsə, onları şərləmək və ya pisləmək humanist yanaşmadırmı?

Unutmayın ki, indiqo fərqli və qarışı, fərqli, cəlbedici rəngdir. Eləcə də indiqo insanlar belədirlər.

“İndigo – qeyri-adi qabiliyyətə, fenomen istedada malik yeni nəsl insanlar. İndigoların fərqli cəhəti də odur ki, onlar ətraf aləmi dərk etmək üçün intuisiyaya daha çox üstünlük verirlər. Bunda əlavə, indigo rəngli auraya malik insanlar telepatik olaraq uzaq məsafələrdən bir-biri ilə əlaqə qurumağı da bacara bilirlər. Onlardan əksəriyyəti rentgen kimi insanların daxili organlarını görə, hiss edə, ovucları ilə kitabları oxuya və s. fenomenal qabiliyyətlərə də malikdirlər. İndigo insanlar keçmiş həyatını, uşaq yaşlarında baş verən hadisələri kiçik detalları ilə olduğu kimi yadda saxlaya bilirlər. Bəzi indigo insanlar noosfera ilə əlaqəyə girib, oradan lazımı informasiyaları qəbul edir, bəziləri hətta kosmosdan gələn signalları belə analiz etmək imkanına malik olur. Bəzi indigolar fərqli immunitet lərinə görə başqalarından seçilir.

Amerikan psixologu Li Kerroll özünün “indigo uşaqlar” kitabında onları 4 tipə ayırır və hər tipin həyat programlarını təsvir edir.

Humanistlər. Gələcəkdə onlar həkim, hüquqşunas, müəllim, dənizçi, biznesmen, siyasətçi, elmi işçi olacaqlar. Bu tipə daxil olan uşaqlar həddən çox müxtəlif məlumatlara meylli olurlar. İstənilən insanlarla, istənilən mövzuda uzun və səmimi söhbətə girə bilirlər. Onlar hiperaktivdirlər. Özlərinə o qədər də fikir vermirlər. Otaqları səliqəsiz, dağınıqlı olur. Uşaq vaxtı onlar heç cür dərk edə bilmirlər ki, bir oyuncaqla necə oynamaq olar. Onlar bütün oyuncaqlarını dağıdıb ya hamısı ilə oynayacaq, ya da ki, heç birinə əl vurmayacaq.
Konseptualistlər. (konseptualizm – insan ağlında ümumi təsəvvürlərin mövcudluğu) Daha çox yayılmış tipdir. Bunlar gələcəyin mühəndisi, arxitektoru, dizayneri, kosmonavtı, hərbiçisi, səyahətçisidir. Bu tipə daxil olan uşaqlar gözəl bədən quruluşları ilə seçilirlər. Diribaş, enerjili, lider olmağa can atmaqları ilə fərqlənirlər. Uşaq vaxtı xüsusi qayğıya tələbkardırlar. Oğlan uşaqları ən çox anaya, qızlar isə ataya meyilli olurlar. Əgər onları valideynlərindən ayırsalar, bu onlarda dərin psixoloji nəticəyə gətirib çıxarır. Belə indigolar yeniyetmə dövründə pis adətlərə meyilli olur, ən çox da narkotiklərə. Valideynləri onlara qarşı daha diqqətli olmalıdırlar.
Sənətkarlar. Bu tipə daxil olan insanlar müasir həyatla uzlaşa bilmirlər. Onlar çox həssas və zərif olurlar. Onlar gələcəkdə öz sənətinin sənətkarına çevrilirlər. Əgər onlar tibbdədirsə yaxşı cərrah, incəsənətdədirsə, məşhur aktyorlara çevrilirlər. Onlar artıq 4-10 yaşında bir neçə sənətlə maraqlanır, axırda isə birini seçirlər.
Bütün ölçülərdə yaşaya bilən. Bu tip indigolar dalaşqan, daha çox agressiv olurlar. Qalan 3 tipdən fərqli olaraq yekəpər bədən quruluşuna və düşdüyü mühitə uyğunlaşması ilə seçilirlər. Bu uşaqlar hər şey haqqında biləndirlər. Hətta gənc yaşlarından valideynlərinə məsləhət də verirlər. Hər şeyi özləri etməyə çalışır. Belə çox bilmişlərdən gələcəkdə böyük şəxsiyyətlər çıxır. Bunlar dünyaya yeni fəlsəfə, yeni din gətirən insanlardır.
İndiqo insanların əsas missiyası həyatın itirlimiş harmoniyasını geri qaytarmaqdır. Onlar özünü dərk edir. Öz dünyasını ələ almağı, psixikasını, düşüncələrini və hisslərini idarə etməyi bacarır.

İndigo auralı insanlar daxilən ziddiyətli şəxslərdir. Onların insanlara sevgisində xüsusi bir ahənglik olur. Sadə və fərasətli, agressiv, başqaları ilə o qədər də maraqlanmamaq kimi bir çox xüsusiyyətləri özündə cəmliyirlər. Onlar nüfuzlu insanları qəbul etmir, özlərini daha əhəmiyyətli sayırlar.

İndigo insanların marağına səbəb olan bir şeyi onlar yarımçıq cümlədən mənimsəməyə, dərk etməyə başlayırlar. Bundan əlavə onların rəgəmli texnologiyalardan yaxşı başı çıxır. İndigo insanların reallığa baxışı tam fərqli olur və onlar müəyyən problemləri heç kəsin görə bilmədiyi və gözləniləməyən tərəfdən həll etməyə çalışır.

Özlərinin unikallığına baxmayaraq, onların da bəzi çatışmamazlıqları vardır. Ətrafdakıların onları başa düşməməsi səbəbindən özlərinə qapılırlar. İntellektual potensiallarının çox olmasına baxmayaraq, onlar dərs programlarını çox çətinliklə ödəyə bilirlər. Öz daxili meyarlarına rəhbərlik edən indigolar özlərinə lazım olan və lazım olmayanı öyrənməyə çalışırlar. Onlara imtahan vermək çətindir. Onlar heç cür dərk etmir ki, oxuyub kiməsə cavab verməlidirlər. Onlar ətraf cəmiyyətə, onların hərəkət tərzinə uyğunlaşa bilmirlər. “Düzəlməkdən” imtina edirlər. “Öz səhvlərini” qəbul etmək istəmirlər. İndigo üçün vacibi onun özü kimisi ilə bir yerdə olmasıdır.

İidigolar özləri-özlərinə təhlükəli deyillər. Onların nəyisə dağıtmaq məqsədi də yoxdur. Amma əgər cəmiyyət onu qəbul etmirsə, onun hərəkətlərinə normal baxmırsa, onda onlar agressiv ola bilirlər. Düşdüyü mühit onları qəbul etmirsə, o qisas ala bilir. İndigo uşaqları aldatmaq təşəbbüsü heç cür mümkün deyil. Sonra isə onun inamını qaytarmaq da qeyri-mümkündür.

İndigolar hər zaman müşahidəçi və ağıllı olurlar. İndigolar hətta valideyn və ətrafındakılarının zəif nöqtələrini bilib, onları idarə etməyi də bacarırlar. İndigolar əmindirlər ki, onlar seçilmişlərdən biridir və Yerdə öz missiyaları var və onlara qarşı heç kim çıxa bilməz.”(vikipediyadan:az.wikipedia.org/wiki/%C4%B0ndiqo_u%C5%9Faqlar)

İndiqo insanların xüsusi bioenerjisi olur. Ağrıları götürməyə qadirdir. Telekinez, teleportasiya, telepatik bacarıqları olur. Onlar insanları kitab kimi oxuyur, müşahidə, təhlil edir. bəzən manipulyasiya, provokasiya, spekulyasiya edir.

Ya da xəstə insanları təcrid etmək, xəstə insanlara hər anda onların xəstə olduqlarını xatırlatmaq nə dərəcədə doğrudur? Xəstə insanlar da bir zamanlar sağlam olmuşlar.

İşsizlər – bir zaman işi olan və müəyyən səbəblərdən işi olmayan şəxslərdir ki, onların iş tapması özlərindən həm asılıdır, həm yox. İşsizlik müvəqqəti çətinlik olsa da, bir çox digər problemləri və çətinlikləri yaradır. Çünki işsizlik birbaşa xərclərin artması və gəlirlərin olmamasıdır. Pulun olmaması isə insanın həyatına birbaşa təsir edir.

Təqaüdçülərə digərlərinin qayğısını, münasibətini hər kəs görür, çoxusu qınayır, amma kimsə bir tədbir görmür. Sanki kimsə təqaüdə çıxmayacaq, əmək və ya fiziki imkan, qabiliyyətini itirməyəcək. Hər zaman sağlam qalacaq, işləyəcək.

Kimsəsiz və övladlığa götürülməli olan uşaqlar isə hər zaman ikinci dərəcəli varlıq kimi qəbul edilir. Sanki hər kəs ailəyə sahibdir. Heç kim yetim deyil, uşaq evində böyüməyib, çətinlikləri görməyib, sanki öz övladlarına həm özünün, həm də digər valideynin varlığını övladı ölənədək təmin edəcəkdir.

Surroqat ana və atalar (sperma donoru) guya milli mentalitetə, əxlaqa ziddir. Hələ dinə ziyandır. Din humanist dindirsə, insan haqqlarına zidd olmamalıdır.

Küçəyə atılanlar, qanundankənar doğulduqları üçün atılanlar sayca az deyildir. Öz övladını, valideynini atan, onlardan imtina edən o qədər adam var, hələ özlərini ailə və insan hesab edirlər. Atılanlar əzilmək istəməyən və əzilməyən insanlardır. Sonra küçəyə və həyata təkbaşına atıldığından yaşamaq üçün əzilməli olurlar. Bir də cəmiyyət onları əzir.

Kök altında qalanlar yaxşı insanlardır. Onları pis hesab edənlərin özü pisdir.

Kimsə nəyisə gizli edəndə, deyirlər ki, “öz işidir, özü bilər, bizə nə?!”, nəyisə gizlətməyib edəndə, deyirlər ki, “ayıb olsun, namus əldən gedir, əxlaqsızlıqdır”…
Əsl əxlaqsız belə düşünən ikiüzlü insanlardır.

Məhz, dar düşüncə, din və milli mentalitet pərdəsi altında və bəhanəsi ilə hər şey gizlin edilir, aşkara çıxarılmır. Çünki gizlin ediləndə qınanılmır, açıq ediləndə isə daşlanır açıq və səmimi insanlar.

Çünki hər şeyi göz önündə olan, səmimi, təbii insanlar cəmiyyət üçün təhlükəlidir. Çünki onları tabe və idarə etmək mümkün deyil, onlara çatmaq mümkün deyil, onları ləkələmək, pislik etmək mənasızdır.

Təmiz, təbii, səmimi insanlara atılan çirkab, ləkə, böhtan ağ donda gül butonunu xatırlayır. Diqqəti cəlb edir, ağ isə ağdır.

Комментарии