Milli mental cəhətlərimiz… (satirik, tənqidi yazı)

Milli mental cəhətlərimiz deyəndə, qeyri-rəsmi, yazılı olmayan və şaiyə kimi dolaşan, yeri gəldi, gəlmədi hər şeyə ürcah edilən bir anlayışdır. Nə oldu, olmadı, hər şeyi onunla bağlamaq qeyd-şərtsiz və vacibdir, sanki prezidentin əmri, sərəncamıdır, dərhal müəyyən müddət ərzində icra edilməlidir.

Milli mental cəhətlərimizin çoxusu ayrıseçkiliyə əsaslanır və daha çox qadın və uşaqların əzilməsi, kişilərin qeyd-şərtsiz hegemonluğu və haqlı olmasını əsas şərt kimi qəbul edir.

Milli mental cəhətlərimizdə məsələn küçədə tində duran qaqaşların “ponyatka tolkovat” eləməsindən, onların ətəkli və ya şalvarda qız görəndə ağız suyunun axıtmasına baxmayaraq çöməldikləri zaman ayağa qalxıb, qızın dalınca fitləməsinədək, günəbaxan tumlarının çırtlayaraq yerə tökülməsindən yerə tüpürülməsinədək, ictimai nəqliyyat vasitələrində düşənlərə yer verməyib özünü heyvan sürüsü kimi girənlərin içəri soxmasınadək, tanımadığın insanlara önyarğılı yanaşıb qınamaqdan ona ad qoyub, damğa vurmağa və üzünə heç nə olmamış kimi güləməyədək bütün cəhətlər aiddir.

Qadına arvad, kişi kimi qadındır deməklə, təhqir etmək, qadağalar qoymaq da milli metallığımızın öndə gedən cəhətidir. Kişilərin milli mental düşüncəsinə görə qadın onlardan ağıllı, məntiqli, savadlı, işgüzar ola bilməz və ən azı 3 addım geridə olmalıdır.

Milli mental cəhətlərdən biri də budur ki, kişi və ya böyüklər haqsız olduqda, susmaq və içinə soxmaq lazımdır. O nə dedisə, doğrudur, qanundur. İnsanın öz həyatı, fikri əsla olmamalıdır.

İctimai yer və nəqliyyat vasitələrində əks cinsin nümayəndəsini marıtlamaq, ona özünü, sözünü soxmaq da mütləqdir. Utanmasalar, elə orada adamı soyundurar, ya da masturbasiya edərlər.

Bizim milli mental tələblərə əsasən, olmaz ifadəsi yoxdur, hər şey olar, amma altdan görülməlidir, gizlin, kimsə bilməsin… Yalan danışmaq olar, çünki özünü və ailəni, sevdiklərini qoruyursan, bu düşüncəli çox adam var.

Şəxsən tanımadığın adamla ailə qurmaq mütləqdir. Çünki böyüklər tövsiyə edir, onlar sınayıb, bəyənib.

Milli mental dəyərlərə görə təhsil almaq önəmli deyil. Əsas təhsilsiz olub ailə qurmaqdır və işləyib, böyüklərin əlinə baxmaqdır.

Qadın və uşağın etdiyinə, etmədiyinə irad bildirmək, tənqid etməkdir, onlara hörmət etməmək, onları aşağılamaqdır. Onlara fərd kimi yanaşan və fərqli yanaşan şəxsi isə peysər çıxartmaqdır.

İnsanların intim, özəl həyatına müdaxilə etməkdir. Onlardan olsa. hər evə bir gizli kamera edib, güdərlər kimin harada nə etdiyini bilmək üçün.

Hamıdan yaxşılıq etməsini umub, özünün yaxşılıq etməməsidir. Hamını özünə borclu çıxartmaqdır.

Küçədə, ictimai yerdə qızla oğlanı görən kimi seksual fantaziyalarını işə salıb, qızı fahişə, oğlanı baz çıxartmaqdır.

Qızdan bakirəlik tələb etmək, bakir olmayan kişiyə normal yanaşmaqdır. Elə bil ki, kişinin bakirliyini başqa kişilər pozur, qadınlar yox.

Ardı var.

Комментарии