Romantizm, yoxsa realizm?

Romantizm və realizm seçimi önündə qalsaydım, realizmi seçərdim, çünki mən real insanın adamıyam. Amma bəzən fikirlərdə romantika öz hökmran mövqesini təsdiqləyir.

Romatizm:

Bir ağ-qara dünyam var, bir də ki, rəngli… Hansı dünyamdasan, mən bilmədim ki…
Şərab, musiqi, aynabənd, gecənin qaranlığı, sərin külək, azacıq göz yaşları… Bu mənim iç dünyamın portretidir.
Səbəbi sən olsan, nəticəsi var, o da ki, ya ayrılıq, ya da ki, eqoizm…
Fotoşəkillərimə tez-tez baxıram, hər anın öz izi, hökmü var… O hökmü, izi axtarıram şəkillərimdə…
Nəyi, kimi sevdiyimi soruşursan, sanki sevdiyimin kiminsə sən olduğunu, nəyinsə tənhalıq olduğunu bilmirsən…
Realizm:

Nə qədər ki, kişilər qadınlara “civi və gəlin tutmuşam” səviyyəsində yanaşacaq, bir o qədər çox qadınlar onlara “lox” damğası vurub loxlayacaq. Onlara bu da azdır.
Insanlara risk və sərmayə obyekti kimi yanaşır, onları idarə edirəm.
Atılacaq bir addım var, ya kənara, ya arxaya, ya irəli… Sevgi cavabsız olanda addım geriyədir, sevgi üçbucağı varsa, kənaradır, sevgin qeyri-müəyyəndirsə, müəyyən etmək üçün irəlidir.
Rəsmimi çəkdim ki, özümü görüm, gördüm ki, rəsmimdəki aynadakından çox fərqlənir, cırıb tulladım.
Mənə deyəndə ki, “cavan görsənirsən, gözəlsən”, anlayıram ki, gözəlliyim tükənir, cavanlığım da əldən gedir.

Комментарии