Powered By Blogger

5/30/2017

Sosial şəbəkələrdə etikanın qızıl qaydaları:

 
 
 
 
 
 
  1. Səhərin gözü açılmamış, eləcə də gecə saatlarında ismarıc yazmayın, zəng etməyin. Darıxırsınızsa, kitab oxuyun, musiqi dinləyin, filmə baxın.
  2. Uzun uzadı ismarıc yazmayın. Həmin insan işləyirsə və iş vaxtıdırsa, konkret olun, əsas mətləbə keçin.
  3. Dostluğunuza qəbul edən şəxsi dostluğuna düşməyinizə peşman etməyin (ucdan tutma var-yoxunu like etmək, bütün paylaşımlara rəy yazmaq, dürtmələmək, ismarıc bölməsini flora, fauna aləminə, smaylik deyişməsinə çevirməyin).
  4. Dostluqdan çıxarıldığınız zaman inadla geri dostluğa qəbul edilməyinizi tələb etməyin. Sizə bunun səbəbi bildirilirsə, bir daha həmin adamı narahat etməyin.
  5. Kimsə sizi bloka atıbsa, başqa bir real və saxta profil açıb dəng etməyin, ortaq dostlarınıza şikayət etməyin.
  6. Salam verən kimi, salamınız alınan kimi həmin adama “civi, lox” qismində görüb girişməyin. Arada yadınıza salın ki, beyniniz var.
  7. Bir neçə öndə gedən, klassik, psixoloji kitab oxumaqla, özünüzü intellektual insan kimi təqdim etməyin. Quyuya su tökməklə, quyu dolmur.
  8. Qarşı tərəfə seks obyekti kimi yanaşmayın, dərhal cütləşmək eşqinə düşməyin, seksual fantaziyalarınızı içinizə soxun.
  9. Həmin insanın paylaşımlarını bölüşərkən, paylaşarkən icazə alın, müəllifini qeyd edin.
  10. Həmin şəxsin şəxsi şəkil və ya məlumatlarını paylaşmayın, başqa tərəfə ötürməyin.
  11. Bloka atıldığınızda buna layiq olduğunuzu qəbul edin.
  12. Qaqa, alfa, beta meymun tipiylə “prava kaçat” etməyin, özünüzü “prav” çıxartmağa çalışmayın.
  13. Ünsiyyət müzakirə üçündür, mübahisə, söyüş, təhqir, dava üçün deyil. Səviyyənizin səviyyəsizlik olduğunu göstərməyin.
  14. Hər paylaşılan cırt-pırtı skrin edib səviyyəsiz saytlara, qruplara göndərməyin. Sabah eyni hərəkəti sizə qarşı kimsə edə bilər.
  15. Saxta profillər yaradaraq insanları bezdirməyin.
  16. Dostluq təklifiniz qəbul edilməyibsə, “bəxtinizi bir daha sınayın” variantına keçməyin, qarşınızdakı “beloçka” günəbaxan tumu deyil, insandır.
  17. Xəfiyyəlik, güdmək kimi məşğuliyyətinizi işinizə və şəxsi həyatınıza tətbiq edin, başqasının iş və həyatına burnunuzu soxmayın.
  18. Sizə cavab verilməyəndə, dastan yazmayın. Dastanlar yazılıb, şifahi xalq ədəbiyyatında qalıb.
  19. Bayatılar deyib, kimisə bişirməyə çalışmayın.
  20. Qarşı tərəfə adıyla müraciət edin. “az, can, dostik, aşkitom, canik, ürəyim” kimi deyil.
  21. Kimdənsə, şəxsən və ya paylaşımlarından xoşunuz gəlmirsə, onu izləməyə, oxumağa davam etməyin, belə məcburiyyətiniz yoxdur, izləmədən çıxardın, bloka atın. Onun haqqında bir dissertasiya həcmində atmacalı status yazmayın. “Qızıma deyəcəyəm, gəlinim tutacaq”.
  22. Qarşınızdakını uşaq, avam, ağılsız, özünüz kimi bilməyin. Ağıllı olun.
  23. Həmin insanı üzünə tərifləyib, dalınca şəbədə qoşmayın, qulp qoymayın, ağ yuyub qara sərməyin. Bir simanız olsun.
  24. İnsanı status, zarafatlarına, şəkillərinə görə qiymətləndirməyin. İnsanın yumor hissi varsa, sizin bu hissiniz yoxdursa, bu sizə əsas vermir ki, onu əxlaqsız hesab edəsiniz.
  25. Həmin insanı şəxsən özünüz tanımağa çalışın, başqaların rəy və sözləri ilə deyil.  
  26.  Sizə “salam” yazan və bir neçə həftə ünsiyyətdə olduğunuz kişiyə “potensial ər” kimi yanaşmayın. Eləcə də bunu edən qadına “gəlin tutmuşam” prizmasından baxmayın. 
  27. Qıjı və ya civi olmaq haqqınız var, amma başqalarına əziyyət verməyin, onların səhvi və günahı yoxdur sizə qarşı.                                                       28. Hər yediyinizi, getdiyiniz hər tualet, hamamın şəklini çəkib atmayın. Hamımız bilirik ki, yeyəndən sonra mütləq tualetə getmək lazımdır.                                   29. Bir, iki ədəd çırpışdırılmış dahi atalar sözü, məsəllər, aforizm, ulaşma, ağlaşma yazı və ya şeirlərinizlə insanların diqqətini cəlb etməyə çalışmayın.       30. Dilənməyin. Dilənçilik üçün başqa yerlər var.                                           31. Özünüz avarsınızsa, hamını özünüz kimi avara bilməyin, başqalarının vaxtını boş yerə almayın.                                                                                           32. Sosial şəbəkə istifadəçilərini əxlaqsız hesab etməyin.                                   33. Kimsə kiməsə cavabdeh deyil. Qarşı tərəfin sizin nəslinizə bir eralıq borcu yoxdur. O da sizin kimi insandır.                                                                       34. Empatik olun.                                                                                           35. İctimai, sosial, tanınmış adamlarla ictimai şəkildə şit zaraftlar edib, özünüzü “krutoy” göstərməyin. İctimai yerdə ictimai davranış, etika qaydaları var.
    Ardı var.

Комментариев нет: